Bakıda 2 tanınmış liseyin direktorları vəzifələrindən AZAD EDİLDİ
Bakı şəhərində yerləşən Fizika, riyaziyyat və informatika təmayüllü liseyin direktoru Tariyel Talıbov və Kimya, biologiya təmayüllü respublika liseyinin direktoru Kamran Rəhimov vəzifələrindən azad edilib.
Gununxeberı.az Modern.az-ın məlumatına görə, onlar çalışmanın yaş həddinə çatma səbəbi ilə əmək fəaliyyətini başa vurublar.
Direktorların əvəzinə hələlik təyinat yoxdur.
Qeyd edək ki, Talıbov Tariyel 1993-cü ildən Fizika, riyaziyyat və informatika təmayüllü liseyə rəhbərlik edirdi.