Azyaşlı övladına zorakılıq edən valideynləri hansı cəza gözləyir?
Ötən günlərdə Xudatda 7 yaşlı qızın anası tərəfindən döyülməsi barədə xəbərlər yenidən valideynlərin azyaşlı övladlarına zorakılıq etməsi məsələsini gündəmə gətirib. Belə olan halda valideynləri hansı cəza gözləyir?
Mövzu ilə bağlı açıqlama verən Daxili İşlər Nazirliyinin nümayəndəsi İmran Əliyev bildirib ki, valideynləri tərəfindən azyaşlılara qarşı zorakılıq faktakları ilə bağlı hərhansı bir məlumat daxil olduqda bu əməli törətmiş şəxslər məsuliyyət tədbirinə cəlb olunur:
“Bununla yanaşı Ailə Məcəlləsinin 72-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı, sosial xidmətlər agentliyi və polis əməkdaşlarının iştirakı ilə birlikdə həmin azyaşlılar valideynlərindən alınır".(modern)