Bayden, Harris və Tramp bir arada - Foto
ABŞ prezidentliyinə namizəd Donald Tramp, rəqibi Kamala Harris və hazırkı Prezident Co Bayden Nyu-Yorkda 11 sentyabr hadisələrinin ildönümü mərasiminə qatılıblar.
“Gununxeberı.az ” xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
İlk debat zamanı üz-üzə gələn prezidentliyə namizədlər K.Harris və D.Tramp mərasimdə bir daha əl-ələ görüşüblər.
Donald Trampı vitse-prezident postuna namizəd Ceyms Devid Vans müşayiət edib.