Pirallahı rayonunda yüksək nəticələr əldə etmiş məzunlarla görüş keçirildi -Fotolar

Image

Pirallahı rayonunda yüksək nəticələr əldə etmiş məzunlarla görüş keçirildi


       11 sentyabr 2024-cü il tarixdə Gənclər Mərkəzində Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2023-2024-cü tədris ilinin yekunlarının müzakirəsi və respublikanın ali təhsil müəssisələrinə qəbul imtahanlarında rayon üzrə yüksək nəticələr əldə etmiş məzunlarla görüş keçirilmişdir. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Bakı Şəhəri İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov və şöbənin əməkdaşı Mirtural Mirsultanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsilin təşkili sektorunun aparıcı məsləhətçisi, Xəzər və Pirallahı rayonları üzrə kurator Əfqan İskəndərov, YAP Pirallahı rayon Təşkilatının sədri Emil Abasov, Rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov, Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, şəhid ailələri və müharibə iştirakçıları, təhsil, mədəniyyət və səhiyyə müəssisələrinin kollektivləri, 2023-2024-cü tədris ilində yüksək nəticələr göstərmiş məzunlar və onların valideynləri iştirak etdilər.

       Tədbirdən öncə qonaqlar və məzunlar Ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edərək, qarşısına gül dəstələri düzdülər. 

       Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad  edilmiş, mövzu ilə əlaqəli video-çarx nümayiş etdirilmişdir.

Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Arzu Əliyevaya çıxış edərək 2023-2024-cü tədris ilinin yekunlarına dair hesabat xarakterli məruzə ilə çıxış etmişdir. Bildirmişdir ki, 2023-2024-cü tədris ilində Pirallahı rayon ümumtəhsil məktəblərindən məzun olan 168 şagirddən 77 nəfəri (66%) tələbə adını qazanıb.Tələbə adını qazanan məzunlardan 8 nəfəri 500-dən yüksək bal toplayaraq Respublikamızın müxtəlif ali təhsil ocaqlarına qəbul olublar.

      Daha sonra Bakı Şəhəri İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdiri Elmin İmanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Əfqan İskəndərov,  YAP Pirallahı rayon Təşkilatının sədri Emil Abasov tələbə adını qazanan məzunları təbrik edərək, onlara savadlı, bilikli, bacarıqlı gənc kadr kimi müstəqil Azərbaycanın inkişafı, tərəqqisi naminə görülən işlərdə layiqli töhfələr vermələrini arzulayıblar. Natiqlər bu gün ölkəmizdə davamlı inkişaf və sabitliklə yanaşı, həm də sağlam mənəvi mühitin formalaşdığını, məktəblilərin milli ruhda yetişdiklərini qeyd ediblər və bu nailiyyətlərin dövlətin təhsilə olan diqqət və qayğısının bariz nümunəsi olduğunu vurğulayıblar. Təhsil və təlim -tərbiyə sahəsində görülən işlərdən danışarkən vurğulanıb ki, Pirallahı rayonu respublikada sayılıb seçilən nümunəvi rayonlar arasındadır. 

     Rayon üzrə ən yüksək nəticə əldə edərək, tələbə adını qazanmış 186 nömrəli tam orta məktəbin məzunu Əminə Əskərova, bu il fəaliyyətə başlayan Qarabağ Universitetinə daxil olan Y.Əliyev adına 235 nömrəli məktəbin məzunu Elnur Cabbarlı gənclərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya  və müəllimlərinə hədsiz minnətdarlıq hissini çatdıraraq, gələcəkdə savadlı və vicdanlı mütəxəssis olaraq vətənimizin inkişafı naminə əlindən gələni əsirgəməyəcəyinə söz verdilər. Qazandıqları bu uğurları dövlətimizin inkişafı və çiçəklənməsi naminə sərf edəcəklərinə əminliklərini bildirdilər.

      Pirallahı rayonu üzrə ən yüksək nəticələrdən birinin sahibi olan İsmayılzadə Rafiqin anası Natəvan İsmayılova valideynlər adından çıxış edərək məzunların üzərində əməyi olan hər kəsə öz minnətdarlığını bildirdi. Tələbə adını qazanmış bütün gənclər bundan sonrakı fəaliyyətlərində, təhsil aldıqları ali təhsil ocaqlarında həmişə Azərbaycan Respublikasının adını daim yüksəkdə tutacaqlarına əminliyini ifadə etmişdir.

     Sonda Pirallahı Rayon İcra Haikimiyyətinin başçısı Vasif İmanov ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən, həmçinin tələbə adını qazanan bütün məzunları, onların valideynlərini təbrik edib, müəllimlərə təşəkkürünü bildirib. Ümummilli Lider Heydər Əliyevin ötən əsrin 70-ci illərində əsasını qoyduğu təhsil strategiyası Ulu Öndərin siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən böyük diqqət və qayğı ilə əhatələnib. Məhz bunun bariz nəticəsidir ki, rayonumuzda təhsil göstəriciləri ildən ilə artan temp üzrə inkişaf edir. Vətənpərvərlik tərbiyəsi öz Vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin, hər an Vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün olduqca vacibdir. Bu baxımdan təhsil müəssisələrində təlim-tərbiyə işinin düzgün təşkili mühüm əhəmiyyətə malikdir. Qürurverici haldır ki, bu ilki məzunlar arasında rayonumuzdan  3 nəfər Dövlət Sərhəd Xidmət Xidmətinin Akademiyasına, 1 nəfəri isə Polis Akademiyasına qəbul olunmuşdur.  Vasif İmanov xüsusilə qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Xankəndi şəhərində Qarabağ Universitetinin təsis edilməsi Azərbaycan təhsil sisteminə yeni bir canlanma gətirib. Çox sevindirici və qürurlu haldır ki, bu il Qarabağ Universitetinə qəbul olan məzunlar arasında bizim rayonun da təmsilçisi var.

       Tədbirin sonunda qəbul imtahanlarında yüksək nəticə əldə etmiş məzunlar və rayonun ictimai həyatında fərqlənən bir qrup müəllim Rayon İcra Hakimiyyəti tərəfindən hədiyyə və Fəxri Fərmanlarla təltif olundular.

     Tədbir xoş əhval-ruhiyyədə xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb. 


Gununxeberı.az 










XƏBƏR LENTİ

19.09.2024 | 18:54
Ukrayna və Rusiya Azərbaycanın vasitəçiliyinə RAZIDIR

19.09.2024 | 18:51
Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

19.09.2024 | 18:49
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

19.09.2024 | 18:32
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”

19.09.2024 | 18:30
MEK oxucuları üçün videotəlimat hazırladı

19.09.2024 | 18:02
Prezident və oğlu Kəngərlidə bərpa işləri ilə tanış oldular - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 17:59
İlham Əliyev oğlu ilə birlikdə Ağdama getdi - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 16:53
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edildi

19.09.2024 | 16:51
Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür

19.09.2024 | 16:49
EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə jurnalistlər üçün seminar keçirilib

19.09.2024 | 16:29
Azərbaycanda məşhur taksi şirkəti cəzalandırıldı

19.09.2024 | 16:10
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub

19.09.2024 | 15:50
Prezident İlham Əliyev Xankəndidə

19.09.2024 | 15:40
Xankəndidə “Bulud” hotelinin açılışı oldu

19.09.2024 | 15:38
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

19.09.2024 | 15:32
“İmarət” stadionunun təməli qoyuldu

19.09.2024 | 15:29
Dini Komitənin sədri Şəhidlər məscidini ziyarət edib

19.09.2024 | 15:28
Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

19.09.2024 | 15:11
Hakan Fidan BRICS, Suriya, kibertəhlükəsizlik və soyuq müharibə BARƏDƏ

19.09.2024 | 15:07
Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç BÖLGƏ

19.09.2024 | 14:51
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

19.09.2024 | 14:27
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

19.09.2024 | 14:12
8 tüfəng polisə könüllü təhvil verildi

19.09.2024 | 14:02
Qayınanasının taleyini yaşayan gəlin, 40-a çata bilməyən ata-oğul

19.09.2024 | 14:01
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

19.09.2024 | 14:00
Sərhədi qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanıldı

19.09.2024 | 13:59
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19.09.2024 | 13:56
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

19.09.2024 | 13:02
Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

19.09.2024 | 12:58
Oğurladığı bank kartı ilə alış-veriş etdi

19.09.2024 | 12:57
“Kitab köşkü” – “AzerGold” QSC-dən daha bir maarifləndirici layihə-Fotolar

19.09.2024 | 12:43
Sabah Azərbaycanda iş günü deyil? - Rəsmi CAVAB

19.09.2024 | 12:40
Rəsmi Bakıdan İrəvana tutarlı CAVAB

19.09.2024 | 12:26
İcma dövlətləri Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıdışını dəstəkləməyə çağırıb

19.09.2024 | 12:25
Nazir: Türkiyədə terrorun kökünü kəsəcəyik

19.09.2024 | 12:20
Rusiyada qeyri-qanuni yaşayan miqrantlar : azərbaycanlılar ilk beşlikdədir...

19.09.2024 | 12:10
İlham Əliyevlə Heydər Əliyev Ağdamın Kəngərli kəndində

19.09.2024 | 12:00
Gələn il Azərbaycanda pensiya və maaşlar ARTA BİLƏR

19.09.2024 | 11:57
Vergidən şikayətlər 20 faiz azalıb

19.09.2024 | 11:55
Prezidentlə oğlu Ağdamda kəndin təməlini qoydu

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30