AzMİU ilə TİF arasında əməkdaşlıq müqaviləsi imzalandı - FOTOLAR

Image



Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə Təhsilin İnkişafı Fondu arasında (TİF) “TələbəPlus” layihəsi çərçivəsində əməkdaşlıq müqaviləsi imzalanıb.

"Gununxeberı.az  xəbər verir ki,sənədi AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova və Fondun İdarə Heyətinin sədri Elnur Nəsibov imzalayıblar.

Bununla bağlı AzMİU-da iki qurumun rəhbərləri və nümayəndə heyətləri arasında görüş keçirilib. Görüşdə vurğulanıb ki, “TələbəPlus” layihəsi TİF, “Kapital Bank” və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin əməkdaşlığı çərçivəsində gerçəkləşdirilir və vahid tələbə kartlarının tətbiq edilməsini nəzərdə tutur. Builki tədris ilindən etibarən tətbiq olunan vahid tələbə kartı universitetə giriş-çıxış, debet, ödəniş kartı kimi istifadə ilə yanaşı, tələbələrə endirim, güzəşt və kəşbək imkanları təklif edir.

Professor Gülçöhrə Məmmədova dünya təcrübəsində rast gəlinən bu cür sosialyönümlü layihələrin Azərbaycanda da tətbiq olunmasını böyük nailiyyət kimi qiymətləndirib və tələbələr adına sevindirici hal olduğunu qeyd edib. Rektor bildirib ki, tələbələrə sosial dəstək xarakterli ideya və təşəbbüslər ali təhsil almaq imkanlarını genişləndirməklə yanaşı ümumilikdə gənclərin bu istiqamətə yönəlməsinə də xidmət edir. 

Elnur Nəsibov layihənin necə ortaya çıxması, bunun üçün aparılan danışıqlar barədə məlumat verib. AzMİU-nun müqavilənin imzalandığı ilk ali təhsil ocaqlarından biri olduğuna diqqət çəkən, eyni zamanda, layihənin bütün ölkə üzrə tələbələrin eyni güzəşt və endirimlərdən yararlanmalarını təmin etmək məqsədilə həyata keçirildiyini deyən Fond rəhbəri ilkin olaraq 150 min tələbə kartının istifadəyə verilməsinin planlaşdırıldığını qeyd edib. Elnur Nəsibov alış-veriş mərkəzlərində və tələbələrin ən çox istifadə etdiyi müxtəlif iaşə obyektlərində onlara özəl güzəştlər olunması üçün Fondun öz tərəfdaşları ilə birlikdə 200-dən artıq şirkətlə razılaşma əldə etdiyini diqqətə çatdırıb. Bildirib ki, Mədəniyyət Nazirliyi ilə ilkin anlaşmaya əsasən, muzeylər, qalereyalar və sərgi salonlarında da tələbələr üçün xüsusi güzəştlər tətbiq ediləcək. Əlavə edib ki, tələbələrə güzəştlərin əhatə dairəsi bundan sonra da genişləndiriləcək.

Bunlarla yanaşı, söhbət zamanı gələcəkdə bütün təhsil ictimaiyyətini əhatə edəcək belə layihələrin gerçəkləşdirilməsinin planlaşdırıldığı da qeyd edilib. 

Görüşdə, həmçinin AzMİU ilə TİF arasında gələcək əməkdaşlıqlar üzrə fikir mübadiləsi aparılıb, Fond tərəfindən universitetdə Dayanıqlı İnkişaf Mərkəzinin yaradılması, elmi-pedaqoji heyətin və təhsilalanların IELTS imtahanına təşviq edilməsi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. 

Sonra qonaqlar AzMİU-nun Memarlıq və Dizayn fakültələrinin tədris binalarında olublar. Rektor qonaqlara tədris binasının tarixi, memarlığı, sərgilənən diplom və kurs işləri, fotostendlər haqqında məlumat verib.

  • AzMİU ilə TİF arasında əməkdaşlıq müqaviləsi imzalandı - FOTOLAR
  • AzMİU ilə TİF arasında əməkdaşlıq müqaviləsi imzalandı - FOTOLAR
  • AzMİU ilə TİF arasında əməkdaşlıq müqaviləsi imzalandı - FOTOLAR
  • AzMİU ilə TİF arasında əməkdaşlıq müqaviləsi imzalandı - FOTOLAR








XƏBƏR LENTİ

19.09.2024 | 22:15
Ağdamın Xıdırlı kəndindən FOTOLAR

19.09.2024 | 22:12
Leyla Əliyeva növbəti abad həyətin açılışında - Fotolar

19.09.2024 | 22:09
“İmarət”in azarkeş tutumu nə qədər olacaq?

19.09.2024 | 22:07
Bu da “Aghdam City Hotel” - Fotolar

19.09.2024 | 22:06
Prezidentin bir günü... - Fotolar

19.09.2024 | 19:56
Baş Prokurorluq vətəndaşın iddialarına cavab verdi

19.09.2024 | 19:55
Prezident Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış oldu

19.09.2024 | 19:53
Prezident Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunda aparılan işlərlə tanış oldu - YENİLƏNİB

19.09.2024 | 19:50
Şuşada Bayraq Meydanının açılışı oldu

19.09.2024 | 19:47
Bu küçədə hərəkət qismən məhdudlaşdırılacaq

19.09.2024 | 19:46
Musiqimizin doğulduğu ev... - Video

19.09.2024 | 19:40
Muxtar Babayev Masahiro İmai ilə görüşdü

19.09.2024 | 18:54
Ukrayna və Rusiya Azərbaycanın vasitəçiliyinə RAZIDIR

19.09.2024 | 18:51
Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

19.09.2024 | 18:49
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

19.09.2024 | 18:32
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”

19.09.2024 | 18:30
MEK oxucuları üçün videotəlimat hazırladı

19.09.2024 | 18:02
Prezident və oğlu Kəngərlidə bərpa işləri ilə tanış oldular - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 17:59
İlham Əliyev oğlu ilə birlikdə Ağdama getdi - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 16:53
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edildi

19.09.2024 | 16:51
Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür

19.09.2024 | 16:49
EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə jurnalistlər üçün seminar keçirilib

19.09.2024 | 16:29
Azərbaycanda məşhur taksi şirkəti cəzalandırıldı

19.09.2024 | 16:10
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub

19.09.2024 | 15:50
Prezident İlham Əliyev Xankəndidə

19.09.2024 | 15:40
Xankəndidə “Bulud” hotelinin açılışı oldu

19.09.2024 | 15:38
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

19.09.2024 | 15:32
“İmarət” stadionunun təməli qoyuldu

19.09.2024 | 15:29
Dini Komitənin sədri Şəhidlər məscidini ziyarət edib

19.09.2024 | 15:28
Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

19.09.2024 | 15:11
Hakan Fidan BRICS, Suriya, kibertəhlükəsizlik və soyuq müharibə BARƏDƏ

19.09.2024 | 15:07
Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç BÖLGƏ

19.09.2024 | 14:51
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

19.09.2024 | 14:27
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

19.09.2024 | 14:12
8 tüfəng polisə könüllü təhvil verildi

19.09.2024 | 14:02
Qayınanasının taleyini yaşayan gəlin, 40-a çata bilməyən ata-oğul

19.09.2024 | 14:01
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

19.09.2024 | 14:00
Sərhədi qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanıldı

19.09.2024 | 13:59
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19.09.2024 | 13:56
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30