Ən çox bu ölkələrlə ticarət edirik

Image

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 169 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 115 ölkəyə məhsul ixrac olunub, 157 ölkədən idxal olunub. 

Gununxeberi.az  xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. 

Bildirilib ki, 2024-cü ilin yanvar-iyul aylarında ölkənin xarici ticarət dövriyyəsi 26239,4 milyon ABŞ dolları təşkil edib.

Ticarət dövriyyəsinin 15446,2 milyon dollarını və ya 58,9 faizini ölkədən ixrac olunan məhsulların, 10793,2 milyon dollarını (41,1 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 4653,0 milyon dollar məbləğində müsbət saldo yaranıb. 

2023-cü ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 3,3 faiz, real ifadədə 5,0 faiz, o cümlədən idxal 3,0 faiz, ixrac isə 6,1 faiz azalıb. 2024-cü ilin yanvar-iyul aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 6,6 faiz, real ifadədə 16,3 faiz azalaraq 1874,7 milyon dollar təşkil edib.   

Ölkənin xarici ticarət dövriyyəsinin 23,1 faizi İtaliya, 13,5 faizi Türkiyə, 9,6 faizi Rusiya, 7,3 faizi Çin, 4,3 faizi İsrail, 3,2 faizi Almaniya, 2,7 faizi ABŞ, 2,6 faizi Hindistan, 2,4 faizi Çexiya, 2,2 faizi Avstraliya, hər biri 2,0 faiz olmaqla Xorvatiya və Birləşmiş Krallıq, hər biri 1,5 faiz olmaqla Portuqaliya və Yunanıstan, hər biri 1,3 faiz olmaqla Gürcüstan, Bolqarıstan və İran, 1,2 faizi Rumıniya, hər biri 1,0 faiz olmaqla Ukrayna, Tailand və Türkmənistan, hər biri 0,9 faiz olmaqla Belarus və Koreya, 12,2 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.

İxracın 36,8 faizini İtaliyaya, 14,5 faizini Türkiyəyə, 7,0 faizini İsrailə, 4,1 faizini Rusiyaya, 3,7 faizini Çexiyaya, 3,6 faizini Hindistana, 3,4 faizini Xorvatiyaya, hər biri 2,5 faiz olmaqla Portuqaliya və Birləşmiş Krallığa, 2,4 faizini Almaniyaya, 2,3 faizini Yunanıstana, 2,0 faizini Bolqarıstana, 1,9 faizini Gürcüstana, 1,8 faizini Rumıniyaya, 1,5 faizini Tailanda, 1,0 faizini Tunisə, hər biri 0,8 faiz olmaqla Niderland və İndoneziyaya, hər biri 0,7 faiz olmaqla Ukrayna, İspaniya və Serbiyaya, 0,6 faizini ABŞ-a, 4,7 faizini isə digər ölkələrə göndərilən məhsulların dəyəri təşkil edib.

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (34,2 faiz), Türkiyəyə (18,9 faiz), Gürcüstana (7,2 faiz), ABŞ-a (5,5 faiz), İsveçrəyə (4,2 faiz), Omana (3,5 faiz), Ukraynaya (3,3 faiz), Türkmənistana (2,8 faiz), Qazaxıstana (2,0 faiz), Almaniyaya (1,7 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (1,4 faiz), Belarusa (1,3 faiz), Niderlanda (1,3 faiz), Qırğızıstana (1,2 faiz), İtaliyaya (1,1 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

Ölkəyə idxal olunan məhsulların ümumi dəyərinin 18,2 faizi Çin, 17,8 faizi Rusiya, 12,0 faizi Türkiyə, 5,7 faizi ABŞ, 5,5 faizi Avstraliya, 4,3 faizi Almaniya, 3,1 faizi İran, 2,7 faizi İtaliya, 2,2 faizi Koreya, 2,1 faizi Belarus, hər biri 1,9 faiz olmaqla Türkmənistan və Yaponiya, hər biri 1,5 faiz olmaqla Ukrayna və Kanada, 1,4 faizi Birləşmiş Krallıq, hər biri 1,2 faiz olmaqla Fransa və Hindistan, 1,0 faizi Braziliya, hər biri 0,9 faiz olmaqla Özbəkistan və Qazaxıstan, 0,8 faizi Polşa, hər biri 0,7 faiz olmaqla İspaniya və Vyetnam, 10,8 faizi isə digər ölkələr ilə aparılan idxal əməliyyatlarının payına düşüb. 

2024-cü ilin yanvar-iyul aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən şəkər ixracı 24,2 faiz, tütün – 3,6 dəfə, meyvə və tərəvəz şirələri – 1,1 faiz, meyvə və tərəvəz konservləri – 19,5 faiz, bitki yağları – 4,2 dəfə, marqarin, qida üçün yararlı digər qarışıqlar – 3,0 dəfə, çay – 5,3 faiz, pambıq lifi – 90,5 faiz, mineral gübrələr – 2,3 dəfə, bentonit gili – 10,1 faiz artmış, təzə meyvə ixracı isə 0,5 faiz, təzə tərəvəz - 2,3 faiz, kartof – 32,0 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 32,7 faiz, polipropilen – 25,1 faiz, polietilen – 29,6 faiz, elektrik enerjisi – 66,7 faiz, emal olunmamış alüminium – 18,8 faiz, sement klinkerləri – 7,5 faiz, qara metallardan çubuqlar – 28,3 faiz, pambıq ipliyi – 16,7 faiz, qara metallardan borular – 40,4 faiz azalmışdır.  2023-cü ilin yanvar-iyul ayları ilə müqayisədə 2024-cü ilin yanvar-iyul aylarında təzə meyvə idxalı 32,4 faiz, xam şəkər – 4,0 faiz, bitki yağları – 38,0 faiz, kərə yağı, digər süd yağları və pastaları – 64,7 faiz, unlu qənnadı məmulatları – 14,2 faiz, şokolad və şokolad məhsulları – 17,9 faiz, çay – 15,5 faiz, quş əti və onun əlavə məhsulları – 17,9 faiz, mal əti – 86,7 faiz, təzə tərəvəz – 68,2 faiz, qara metallardan borular – 18,2 faiz, hesablama maşınları, blok və qurğuları – 18,1 faiz, yük avtomobilləri – 26,0 faiz, məişət kondisionerləri – 45,7 faiz, sintetik yuyucu vasitələr – 2,1 faiz, mebellər – 52,4 faiz, qara metallardan çubuqlar – 45,5 faiz, mineral gübrələr – 47,9 faiz, paltaryuyan maşınlar – 6,7 faiz, polipropilen – 29,7 faiz, qara metallardan künclüklər – 1,2 faiz, avtobuslar – 62,5 faiz, sement – 7,5 faiz artmış, buğda idxalı isə 20,3 faiz, kartof – 4,5 faiz, siqaretlər – 71,1 faiz, minik avtomobilləri – 12,6 faiz, dərman vasitələri – 27,6 faiz, polad prokatı – 8,2 faiz, rezin şinlər – 13,2 faiz, polietilen – 7,8 faiz, məişət soyuducuları – 2,4 faiz azalıb.








XƏBƏR LENTİ

19.09.2024 | 22:15
Ağdamın Xıdırlı kəndindən FOTOLAR

19.09.2024 | 22:12
Leyla Əliyeva növbəti abad həyətin açılışında - Fotolar

19.09.2024 | 22:09
“İmarət”in azarkeş tutumu nə qədər olacaq?

19.09.2024 | 22:07
Bu da “Aghdam City Hotel” - Fotolar

19.09.2024 | 22:06
Prezidentin bir günü... - Fotolar

19.09.2024 | 19:56
Baş Prokurorluq vətəndaşın iddialarına cavab verdi

19.09.2024 | 19:55
Prezident Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış oldu

19.09.2024 | 19:53
Prezident Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunda aparılan işlərlə tanış oldu - YENİLƏNİB

19.09.2024 | 19:50
Şuşada Bayraq Meydanının açılışı oldu

19.09.2024 | 19:47
Bu küçədə hərəkət qismən məhdudlaşdırılacaq

19.09.2024 | 19:46
Musiqimizin doğulduğu ev... - Video

19.09.2024 | 19:40
Muxtar Babayev Masahiro İmai ilə görüşdü

19.09.2024 | 18:54
Ukrayna və Rusiya Azərbaycanın vasitəçiliyinə RAZIDIR

19.09.2024 | 18:51
Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

19.09.2024 | 18:49
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

19.09.2024 | 18:32
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”

19.09.2024 | 18:30
MEK oxucuları üçün videotəlimat hazırladı

19.09.2024 | 18:02
Prezident və oğlu Kəngərlidə bərpa işləri ilə tanış oldular - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 17:59
İlham Əliyev oğlu ilə birlikdə Ağdama getdi - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 16:53
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edildi

19.09.2024 | 16:51
Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür

19.09.2024 | 16:49
EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə jurnalistlər üçün seminar keçirilib

19.09.2024 | 16:29
Azərbaycanda məşhur taksi şirkəti cəzalandırıldı

19.09.2024 | 16:10
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub

19.09.2024 | 15:50
Prezident İlham Əliyev Xankəndidə

19.09.2024 | 15:40
Xankəndidə “Bulud” hotelinin açılışı oldu

19.09.2024 | 15:38
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

19.09.2024 | 15:32
“İmarət” stadionunun təməli qoyuldu

19.09.2024 | 15:29
Dini Komitənin sədri Şəhidlər məscidini ziyarət edib

19.09.2024 | 15:28
Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

19.09.2024 | 15:11
Hakan Fidan BRICS, Suriya, kibertəhlükəsizlik və soyuq müharibə BARƏDƏ

19.09.2024 | 15:07
Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç BÖLGƏ

19.09.2024 | 14:51
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

19.09.2024 | 14:27
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

19.09.2024 | 14:12
8 tüfəng polisə könüllü təhvil verildi

19.09.2024 | 14:02
Qayınanasının taleyini yaşayan gəlin, 40-a çata bilməyən ata-oğul

19.09.2024 | 14:01
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

19.09.2024 | 14:00
Sərhədi qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanıldı

19.09.2024 | 13:59
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19.09.2024 | 13:56
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30