İcra Hakimiyyətləri ləğv olunur? - TARİX AÇIQLANDI

Image

Azərbaycan son illərdə dinamik inkişaf yolunda mühüm islahatlara imza atmaqda davam edir. Bu islahatların növbəti mərhələsi ölkənin idarəetmə modelində radikal dəyişikliklərə yönəlmişdir. Prezident İlham Əliyevin sərəncamı ilə ölkədə 14 iqtisadi rayonun yaradılması bu prosesin təməl daşı kimi qəbul edilir və ölkənin yeni idarəetmə modelinə keçidini daha da aktuallaşdırır.

Mövcud icra hakimiyyətlərinin ləğvi ilə start veriləcək bu yenilənmə Azərbaycanda dövlət idarəçiliyinin daha səmərəli və müasir tələblərə cavab verən bir struktura çevrilməsi məqsədi daşıyır. Yeni yaradılan iqtisadi rayonlar isə ölkənin müxtəlif bölgələrinin spesifik ehtiyaclarına uyğun iqtisadi inkişafın təmin edilməsi üçün mühüm addım olaraq dəyərləndirilir.

Hazırda işğaldan azad edilmiş rayonlarda xüsusi nümayəndəlik institutu fəaliyyət göstərir. Dövlət başçısının sərəncamı ilə yaradılmış yeni institut faktiki olaraq bütün idarəetmə mexanizmini həyata keçirir. Hazırkı idarəetmə modelinin dəyişdirilməsi və icra hakimiyyətlərinin ləğvi ilə ölkənin iqtisadi və sosial həyatı daha müasir prinsiplərə əsaslanaraq inkişaf edəcəyi proqnozlaşıdırılır.

Musavat.com xəbər verir ki, məsələ ilə bağlı danışan Milli Məclisin sabiq deputatı Vahid Əhmədov News24.az-a bildirib ki, bununla bağlı artıq işlərə başlanılıb və prosesin ölkənin uzunmüddətli inkişaf strategiyasında mühüm rol oynayacağı gözlənilir:

“Bununla bağlı uzun zamandır müzakirələr gedir, amma icra hakimiyyətlərinin ləğv olunması üçün Konstitusiyada dəyişiklik lazımdır. Ölkədə referendum keçirilməlidir. Artıq cənab prezidentin sərəncamı ilə Qarabağda nümayəndəliklər təyin olunub və onlar öz işlərini kifayət qədər peşəkarcasına yerinə yetirirlər. Bu heç də şübhəli deyil ki, irəliləyən zamanlarda ölkəmizin digər ərazilərinə də prezidentin xüsusi nümayəndəsi təyin olunacaq. Bu məsələ ilin əvvəlində müzakirə olunmuşdu. Bildirilmişdi ki, yerli icra hakimiyyətləri ləğv olunsun və onların yerində yerli nümayəndəliklər yaradılsın”.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların davamı olaraq, Azərbaycan idarəetmə modelində əhəmiyyətli dəyişikliklərə hazırlaşır. Onun sözlərinə görə, Milli Məclisdə bu mövzu ilə bağlı geniş müzakirələr gedib və bu müsbət qarşılanıb:

Vahid Əhmədov əlavə edib ki, cənab Prezident belə bir qərar verməklə tamamilə doğru bir addım atıb, icra hakimiyyətlərinin ləğvi və yeni iqtisadi rayonların yaradılması ilə Azərbaycan daha müasir və çevik bir idarəetmə modelinə keçəcək:

“Faktiki olaraq Qarabağa təyin olunan prezidentin xüsusi nümayəndəlikləri özünü yaxşı mənada doğruldub. Belə görünür ki, bütün Azərbaycan ərazilərində bu modeli tətbiq etmək olar. Yerli icra hakimiyyəti orqanları özünü bəzi yerlərdə doğrulda bilmədi. Bu prosesin uzun çəkəcəyini düşünmürəm, yaxın aylarda artıq tamamilə yeni modelə keçid edə bilərik”.









XƏBƏR LENTİ

19.09.2024 | 22:15
Ağdamın Xıdırlı kəndindən FOTOLAR

19.09.2024 | 22:12
Leyla Əliyeva növbəti abad həyətin açılışında - Fotolar

19.09.2024 | 22:09
“İmarət”in azarkeş tutumu nə qədər olacaq?

19.09.2024 | 22:07
Bu da “Aghdam City Hotel” - Fotolar

19.09.2024 | 22:06
Prezidentin bir günü... - Fotolar

19.09.2024 | 19:56
Baş Prokurorluq vətəndaşın iddialarına cavab verdi

19.09.2024 | 19:55
Prezident Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış oldu

19.09.2024 | 19:53
Prezident Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunda aparılan işlərlə tanış oldu - YENİLƏNİB

19.09.2024 | 19:50
Şuşada Bayraq Meydanının açılışı oldu

19.09.2024 | 19:47
Bu küçədə hərəkət qismən məhdudlaşdırılacaq

19.09.2024 | 19:46
Musiqimizin doğulduğu ev... - Video

19.09.2024 | 19:40
Muxtar Babayev Masahiro İmai ilə görüşdü

19.09.2024 | 18:54
Ukrayna və Rusiya Azərbaycanın vasitəçiliyinə RAZIDIR

19.09.2024 | 18:51
Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

19.09.2024 | 18:49
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

19.09.2024 | 18:32
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”

19.09.2024 | 18:30
MEK oxucuları üçün videotəlimat hazırladı

19.09.2024 | 18:02
Prezident və oğlu Kəngərlidə bərpa işləri ilə tanış oldular - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 17:59
İlham Əliyev oğlu ilə birlikdə Ağdama getdi - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 16:53
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edildi

19.09.2024 | 16:51
Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür

19.09.2024 | 16:49
EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə jurnalistlər üçün seminar keçirilib

19.09.2024 | 16:29
Azərbaycanda məşhur taksi şirkəti cəzalandırıldı

19.09.2024 | 16:10
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub

19.09.2024 | 15:50
Prezident İlham Əliyev Xankəndidə

19.09.2024 | 15:40
Xankəndidə “Bulud” hotelinin açılışı oldu

19.09.2024 | 15:38
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

19.09.2024 | 15:32
“İmarət” stadionunun təməli qoyuldu

19.09.2024 | 15:29
Dini Komitənin sədri Şəhidlər məscidini ziyarət edib

19.09.2024 | 15:28
Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

19.09.2024 | 15:11
Hakan Fidan BRICS, Suriya, kibertəhlükəsizlik və soyuq müharibə BARƏDƏ

19.09.2024 | 15:07
Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç BÖLGƏ

19.09.2024 | 14:51
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

19.09.2024 | 14:27
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

19.09.2024 | 14:12
8 tüfəng polisə könüllü təhvil verildi

19.09.2024 | 14:02
Qayınanasının taleyini yaşayan gəlin, 40-a çata bilməyən ata-oğul

19.09.2024 | 14:01
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

19.09.2024 | 14:00
Sərhədi qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanıldı

19.09.2024 | 13:59
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19.09.2024 | 13:56
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30