Bakıda yeni su və kanalizasiya layihələri icra olunur - VİDEO

Image




Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti istehlakçıların içməli su ilə təmin olunması və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması, eləcə də mövcud sistemlərin müntəzəm işinin təmin olunması məqsədilə yeni layihələr həyata keçirir. 

Bu barədə "Gununxeberi.az "a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidmətindən məlumat verilib. 

Bakı şəhərində içməli su və tullantı su şəbəkələrinin təmir-bərpa işləri aparılır. Hazırda planla nəzərdə tutulmuş işlərin əksər hissəsi yekunlaşıb. 

Paytaxtın əsas magistral avtomobil yollarından sayılan 8 Noyabr prospekti boyu müxtəlif küçələrdə magistral su kəmərləri dəyişdirilib, 15 nöqtədə abonent xətləri çəkilib və birləşmələr verilib. 

Corat küçəsində içməli su xəttinin inşası işləri yekunlaşmaq üzrədir. Həmin prospektin müxtəlif nöqtələrində mövcud içməli su xətlərinin dəyişdirilməsi işləri davam etdirilir. 

Eyni zamanda Atatürk prospekti ilə Məmməd Araz küçəsinin kəsişməsində, Səbail rayonu Parlament prospekti, Teymur Elçin küçəsində, Nərimanov rayonu Əhməd Rəcəbli, Əhməd bəy Ağaoğlu küçələrində, Suraxanı rayonu Səttar Bəhlulzadə küçəsində, Salyan şosesi boyu - Bibiheybət şosesindən Lökbatan dairəsinədək, Dilarə Əliyeva küçəsi boyu, o cümlədən şəhərin müxtəlif yerlərində içməli su xətləri dəyişdirilib və ya təmir-bərpa işləri yerinə yetirilib.

İçməli su şəbəkələri ilə yanaşı tullantı su xətlərinin də təmiri, bərpası, yenilənməsi həyata keçirilib. Tədbirlər Planına uyğun olaraq, Bakı buxtası, Su İdman Sarayı, Dünyagöz xəstəxanası, Bulvar İdarəsi, Yusif Məmmədəliyev küçəsi, “Mariot” otelinin ətrafında və şəhərin müxtəlif nöqtələrində yağış kollektorlarının dənizə çıxış hissələrinin uzadılması işləri görülüb. 

Nəcəfqulu Rəfiyev küçəsində mövcud yağış kanalizasiya xəttinin dənizə çıxış hissəsində neft tutucu qurğu yerləşdirilməsi üçün kamera yağış xəttinin tikintisinə start verilib. 

8 Noyabr prospekti boyu müxtəlif küçələrdə, Binəqədi rayonu Cəfər Xəndan küçəsində, Azadlıq prospektinin kəsişməsində, Səbail rayonu Bibiheybət döngəsi və şəhərin müxtəlif yerlərində kanalizasiya xətlərinin dəyişdirilməsi və ya təmir-bərpa işləri həyata keçirilib.
Səbail rayonu, Bibiheybət döngəsi, Şamaxı yolu Hökməli dairəsi yaxınlığında kanalizasiya kollektoru tikilib. 

Tədbirlər Planında işlərin qısa müddətdə başa çatdırılması nəzərdə tutulur.

Təmir-bərpa işləri, köhnə xətlərin, kanalizasiya sistemlərinin yenilənməsi, əhaliyə fasiləsiz suyun verilməsində qısa müddətli fasilələr yaradır. Bu barədə xidmətin sosial şəbəkə hesablarında elanlar yayımlanır, media orqanlarında məlumatlar dərc olunur. Maksimum səviyyədə səy göstərilir ki, yenidənqurma zamanı suyun verilməsində, kanalizasiya sistemlərinin idarə olunmasında əhali çətinlik yaşamasın, fasilələrin müddəti qısa olsun və işlər daha tez yekunlaşsın. 

Ali məqsəd ölkə vətəndaşlarının sosial rifahının yüksəldilməsinə xidmət göstərməkdir. 

 








XƏBƏR LENTİ

19.09.2024 | 22:15
Ağdamın Xıdırlı kəndindən FOTOLAR

19.09.2024 | 22:12
Leyla Əliyeva növbəti abad həyətin açılışında - Fotolar

19.09.2024 | 22:09
“İmarət”in azarkeş tutumu nə qədər olacaq?

19.09.2024 | 22:07
Bu da “Aghdam City Hotel” - Fotolar

19.09.2024 | 22:06
Prezidentin bir günü... - Fotolar

19.09.2024 | 19:56
Baş Prokurorluq vətəndaşın iddialarına cavab verdi

19.09.2024 | 19:55
Prezident Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış oldu

19.09.2024 | 19:53
Prezident Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunda aparılan işlərlə tanış oldu - YENİLƏNİB

19.09.2024 | 19:50
Şuşada Bayraq Meydanının açılışı oldu

19.09.2024 | 19:47
Bu küçədə hərəkət qismən məhdudlaşdırılacaq

19.09.2024 | 19:46
Musiqimizin doğulduğu ev... - Video

19.09.2024 | 19:40
Muxtar Babayev Masahiro İmai ilə görüşdü

19.09.2024 | 18:54
Ukrayna və Rusiya Azərbaycanın vasitəçiliyinə RAZIDIR

19.09.2024 | 18:51
Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

19.09.2024 | 18:49
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

19.09.2024 | 18:32
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”

19.09.2024 | 18:30
MEK oxucuları üçün videotəlimat hazırladı

19.09.2024 | 18:02
Prezident və oğlu Kəngərlidə bərpa işləri ilə tanış oldular - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 17:59
İlham Əliyev oğlu ilə birlikdə Ağdama getdi - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 16:53
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edildi

19.09.2024 | 16:51
Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür

19.09.2024 | 16:49
EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə jurnalistlər üçün seminar keçirilib

19.09.2024 | 16:29
Azərbaycanda məşhur taksi şirkəti cəzalandırıldı

19.09.2024 | 16:10
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub

19.09.2024 | 15:50
Prezident İlham Əliyev Xankəndidə

19.09.2024 | 15:40
Xankəndidə “Bulud” hotelinin açılışı oldu

19.09.2024 | 15:38
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

19.09.2024 | 15:32
“İmarət” stadionunun təməli qoyuldu

19.09.2024 | 15:29
Dini Komitənin sədri Şəhidlər məscidini ziyarət edib

19.09.2024 | 15:28
Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

19.09.2024 | 15:11
Hakan Fidan BRICS, Suriya, kibertəhlükəsizlik və soyuq müharibə BARƏDƏ

19.09.2024 | 15:07
Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç BÖLGƏ

19.09.2024 | 14:51
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

19.09.2024 | 14:27
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

19.09.2024 | 14:12
8 tüfəng polisə könüllü təhvil verildi

19.09.2024 | 14:02
Qayınanasının taleyini yaşayan gəlin, 40-a çata bilməyən ata-oğul

19.09.2024 | 14:01
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

19.09.2024 | 14:00
Sərhədi qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanıldı

19.09.2024 | 13:59
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19.09.2024 | 13:56
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30