Qəza “Xalqlar Dostluğu” istiqamətində sıxlıq yaratdı - Foto
Xətai rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) “Gununxeberı.az ”ya verilən məlumata görə, qəza səbəbindən metronun “Xalqlar Dostluğu” stansiyası istiqamətində sıxlıq yaranıb.
Sıxlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.