Əhəmiyyəti böyük olan debat - Nələr müzakirə olundu?

Image






ABŞ-də seçkiöncəsi sabiq Prezident Donald Tramp və hazırkı vitse-prezident Kamala Harris arasında ilk debat keçirilib.

“Gununxeberı.az ” xəbər verir ki, onlar Filadelfiyada üz-üzə gəliblər.

Teledebat 1 saat 45 dəqiqə çəkib. 

Nələr baş verdi? Hansı mövzular müzakirə olundu?

Müzakirələr zamanı siyasətçilər iqtisadi vəziyyətdən tutmuş Ukraynadakı münaqişəyə qədər geniş spektrli məsələlərdən danışıblar. 

Debatın əvvələrində Tramp Harrisi marksist adlandırıb. O, Harrisin son dörd ildə bütün siyasi baxışlarını “pəncərədən atdığını”, demokratların dörd il ərzində iqtisadiyyatı məhv etdiyini, Harrisin isə Co Baydenin iqtisadi proqramını kopyaladığını söyləyib.

Həmçinin keçmiş Amerika lideri deyir ki, o, Ukraynadakı münaqişənin bitməsini istəyir. Tramp bir daha əmin edib ki, o, hələ dövlət başçısı vəzifəsinə başlamazdan əvvəl Ukrayna münaqişəsinə son qoyacaq.

“Mən bunu tez edəcəyəm və Ukrayna ilə Rusiya arasındakı müharibəni bitirəcəyəm. Seçilsəm, bunu vəzifəyə başlamazdan əvvəl edəcəm”, - deyə siyasətçi bildirib.

Namizədlər bir neçə dəfə bir-birini yalan danışmaqda ittiham ediblər. Müzakirənin əvvəlində Harris deyib ki, tamaşaçılar Trampdan “çoxlu yalanlar, şikayətlər və ad çəkmələr” eşidəcəklər.

Vitse-prezident  bildirib ki, Trampın prezidentliyindən sonra ABŞ-də demokratiya vətəndaş müharibəsindən sonra ən pis vəziyyətdə idi: “Donald Tramp özündən sonra ən pis işsizlik səviyyəsini qoyub gedib. Tramp bizi bir əsrin ən pis ictimai sağlamlıq epidemiyası ilə tərk edib”.

Harris hesab edir ki, onun seçkilərdəki rəqibi ticarət müharibələrinin başlamasına töhfə verib. Kamala Harris Trampı prezidentlik dövründə Talibanla danışıqlara girdiyinə görə də tənqid edib: “Donald Tramp prezident olarkən ağlasığmaz sövdələşmələrdən birini etdi. O, Əfqanıstan hökumətindən yan keçərək birbaşa Taliban terror qruplaşması ilə danışıqlar aparıb”.

Tramp isə cavabında deyib: “Taliban əsgərlərimizi öldürdü. Sonra mən Talibanla əlaqə saxladım. Daha sonra 18 ay ərzində bir nəfər də olsun əsgərimizi öldürmədilər”.

Donald Tramp seçkilərdə qalib gələcəyi təqdirdə xarici mallara ciddi rüsumlar tətbiq etməyi planlaşdırır. Daha sonra Kamala Harris iddia edib ki, rəqibi seçkilərdə qalib gəlsə, ölkədə abortları tamamilə qadağan edəcək.

Debatın gedişində Ağ Evin keçmiş rəhbəri hazırki Prezident Co Baydeni Ukraynadakı münaqişəni həll etmək üçün Rusiya ilə əlaqə saxlamadığına və çimərlikdə çox vaxt keçirdiyinə görə tənqid edib.

Tramp bildirib ki, demokratlar administrasiyanın ABŞ-ni üçüncü dünya müharibəsinə aparacaq. Onun sözlərinə görə, bu administrasiya milyonlarla insanın ölkəyə gəlməsinə icazə verib və bu, ciddi problemlərə gətirib çıxarıb.

Bundan başqa Tramp ona edilən hücumu tənqid edərək, Harrisi günahlandırıb: “Bu hücum onun açıqlamalarına görə baş verdi”.

Keçmiş prezident Harrisin Ağ Evdə hakimiyyətdə olarkən kampaniya planlarını niyə həyata keçirmədiyini soruşub:

“O, bütün bu gözəl şeyləri edəcəkmiş. Niyə bu vaxta qədər etməyib? Üç il yarımdır ki, Ağ Evdə çalışır. Onların sərhədi düzəltmək üçün üç il yarım vaxtı olub. Onların iş yerləri və danışdığımız hər şeyi yaratmaq üçün üç il yarım vaxtı var idi”.

Harrisə qarşı ittihamlar səsləndirərək “İsrailə nifrət edir” deyən Tramp, “Əgər o, prezident olarsa, iki il ərzində İsrailin mövcud olmayacağına inanıram”, - deyə bildirib.

Özünü müdafiə edərək inkar edən Harris, “Bu, qətiyyən doğru deyil. Mən karyeram və həyatım boyu İsraili və İsrail xalqını dəstəkləmişəm”, - cavabını verib.

Harris iddia edib ki, dünya liderləri Trampı lağa qoyurlar.

O, Bayden və Harrisi ölkə tarixinin ən pis prezident və vitse-prezidenti adlandıraraq debatı yekunlaşdırıb,Qafqazınfo.az 








XƏBƏR LENTİ

19.09.2024 | 22:15
Ağdamın Xıdırlı kəndindən FOTOLAR

19.09.2024 | 22:12
Leyla Əliyeva növbəti abad həyətin açılışında - Fotolar

19.09.2024 | 22:09
“İmarət”in azarkeş tutumu nə qədər olacaq?

19.09.2024 | 22:07
Bu da “Aghdam City Hotel” - Fotolar

19.09.2024 | 22:06
Prezidentin bir günü... - Fotolar

19.09.2024 | 19:56
Baş Prokurorluq vətəndaşın iddialarına cavab verdi

19.09.2024 | 19:55
Prezident Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış oldu

19.09.2024 | 19:53
Prezident Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunda aparılan işlərlə tanış oldu - YENİLƏNİB

19.09.2024 | 19:50
Şuşada Bayraq Meydanının açılışı oldu

19.09.2024 | 19:47
Bu küçədə hərəkət qismən məhdudlaşdırılacaq

19.09.2024 | 19:46
Musiqimizin doğulduğu ev... - Video

19.09.2024 | 19:40
Muxtar Babayev Masahiro İmai ilə görüşdü

19.09.2024 | 18:54
Ukrayna və Rusiya Azərbaycanın vasitəçiliyinə RAZIDIR

19.09.2024 | 18:51
Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

19.09.2024 | 18:49
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

19.09.2024 | 18:32
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”

19.09.2024 | 18:30
MEK oxucuları üçün videotəlimat hazırladı

19.09.2024 | 18:02
Prezident və oğlu Kəngərlidə bərpa işləri ilə tanış oldular - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 17:59
İlham Əliyev oğlu ilə birlikdə Ağdama getdi - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 16:53
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edildi

19.09.2024 | 16:51
Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür

19.09.2024 | 16:49
EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə jurnalistlər üçün seminar keçirilib

19.09.2024 | 16:29
Azərbaycanda məşhur taksi şirkəti cəzalandırıldı

19.09.2024 | 16:10
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub

19.09.2024 | 15:50
Prezident İlham Əliyev Xankəndidə

19.09.2024 | 15:40
Xankəndidə “Bulud” hotelinin açılışı oldu

19.09.2024 | 15:38
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

19.09.2024 | 15:32
“İmarət” stadionunun təməli qoyuldu

19.09.2024 | 15:29
Dini Komitənin sədri Şəhidlər məscidini ziyarət edib

19.09.2024 | 15:28
Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

19.09.2024 | 15:11
Hakan Fidan BRICS, Suriya, kibertəhlükəsizlik və soyuq müharibə BARƏDƏ

19.09.2024 | 15:07
Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç BÖLGƏ

19.09.2024 | 14:51
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

19.09.2024 | 14:27
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

19.09.2024 | 14:12
8 tüfəng polisə könüllü təhvil verildi

19.09.2024 | 14:02
Qayınanasının taleyini yaşayan gəlin, 40-a çata bilməyən ata-oğul

19.09.2024 | 14:01
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

19.09.2024 | 14:00
Sərhədi qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanıldı

19.09.2024 | 13:59
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19.09.2024 | 13:56
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30