ABŞ “İran Air”ə sanksiya tətbiq etdi
Vaşinqton administrasiyası İranın “Iran Air” aviaşirkətini sanksiyalar siyahısına əlavə edib.
“Gununxeberi.az ” xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi bəyanat yayıb.
Sənəddə bildirilir ki, şirkətə qarşı yeni məhdudiyyətlər onun Rusiya ilə əlaqələri, eləcə də silahların daşınması ilə bağlıdır.
Qeyd edək ki, ABŞ daha əvvəl İran Hava Yollarına qarşı sanksiyalar tətbiq edib. Bundan əlavə, ABŞ Maliyyə Nazirliyi bir sıra digər İran fiziki və hüquqi şəxslərinə qarşı məhdudiyyətlər elan edib.