Ermənistanda zavodda partlayış - Ölən və yaralananlar var
Ermənistanın ən böyük istilik elektrik stansiyası olan Razdan İES-in ərazisindəki tökmə zavodunda partlayış baş verib.
“Gununxeberı.az 'Qafqazinfo”-a ıstınadin xəbər verir ki, bu haqda respublikanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, xilasedicilərin sözlərinə görə, partlayışdan sonra 6 nəfər xəstəxanaya yerləşdirilib, onlardan biri daha sonra xəstəxanada ölüb.