Azərbaycan İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır

Image


 

Azərbaycanın İtaliya ilə iqtisadi-ticarət sahəsində əməkdaşlığı xüsusi əhəmiyyətə malikdir. İtaliya Azərbaycanın mühüm ticarət və ixracat tərəfdaşıdır. Azərbaycanın Avropaya neft ixracı İtaliya üzərindən gerçəkləşir. İki ölkənin enerji sahəsində əməkdaşlığı yüksək səviyyədədir. Azərbaycan İtaliyanın neft təchizatında 1-ci, qaz təchizatında isə 2-ci yeri tutur. Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Adriatik qaz boru kəməri (TAP) ikitərəfli enerji əməkdaşlığını və İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirən vacib faktordur. BTC ilə Ceyhan limanına çıxardığımız neftin əsas alıcısı İtaliyadır. Bu baxımdan İtaliya enerji sahəsində Azərbaycanın ən böyük partnyorudur. TAP layihəsi üzrə Azərbaycan qazının əsas alıcıları Yunanıstan, Bolqarıstan, Serbiya ilə yanaşı həm də İtaliyadır. Ölkəmizlə Avropa İttifaqı arasında əldə edilən razılaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının tədarükü ildə azı 20 milyard kubmetrə çatmalıdır. Təbii ki, bu həcmin Avropaya çatdırılmasında "Cənub qaz dəhlizi"nin bir hissəsi olan TAP da mühüm rol oynayacaq.

Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlıq, iki ölkə arasındakı münasibətlərin müxtəlif sahələrdə genişləndiyini və dərinləşdiyini əks etdirir. Bu tərəfdaşlıq, enerji, iqtisadiyyat, ticarət, mədəniyyət və siyasi sahələrdə inkişaf edən əlaqələri əhatə edir və hər iki ölkənin qarşılıqlı maraqlarını təmin etmək məqsədini daşıyır. İqtisadi əlaqələr Azərbaycan və İtaliya arasındakı strateji tərəfdaşlığın digər mühüm bir istiqamətidir. İtaliya, Azərbaycanın iqtisadi inkişafında mühüm rol oynayan xarici sərmayəçilərdən biridir. İki ölkə arasında iqtisadi əməkdaşlıq müxtəlif sahələri əhatə edir, o cümlədən sənaye, infrastruktura sərmayə, müştərək investisiya layihələri və texnologiya transferi. İtaliyanın müasir texnologiyaları və təcrübəsi, Azərbaycanın inkişaf etməkdə olan iqtisadi sektorlarına dəyərli töhfələr verir. İki ölkə arasındakı ticarət mübadiləsi də müsbət istiqamətdə inkişaf edir, bu da iqtisadi əməkdaşlığın genişlənməsinə gətirib çıxarır. Azərbaycan və İtaliya arasındakı strateji tərəfdaşlığın əsas sahələrindən biri enerji sektorudur. Azərbaycan, zəngin enerji resursları ilə tanınır, xüsusən də neft və qaz sahəsindəki ehtiyatları ilə. Bu baxımdan, Azərbaycan İtaliya üçün mühüm enerji tərəfdaşıdır. İtaliya, enerji təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycanın enerji resurslarına ehtiyac duyur. Bu əməkdaşlıq çərçivəsində, Azərbaycan qazı İtaliya bazarına nəql olunur və Trans-Adriatik Boru Kəməri layihəsi bu əməkdaşlığın əhəmiyyətli bir hissəsini təşkil edir. Bu layihə Azərbaycanın qazını Avropaya çatdırmaqla, İtaliya enerji bazarını şaxələndirir və enerji təhlükəsizliyini artırır.

Bu gün Qarabağ və Şərqi Zəngəzurun bərpası işində başda qardaş Türkiyə şirkətləri yer tutur. Quruculuq işlərinə ilk olaraq çətin gündə, yaxşı gündə hər zaman Azərbaycanın yanında olan qardaş ölkə qoşulmuş və bu istiqamətdə birinci müqavilə Türkiyə şirkəti ilə bağlanıb. İtaliya şirkətləri də irimiqyaslı layihələrdə podratçı olaraq yaxından iştirak edirlər. Əslində, İtaliya hazırda fəaliyyət göstərən şirkətlərin sayına görə Türkiyə şirkətlərindən sonra ikinci yerdədir. Onlar çox mühüm layihələr üzərində işləyirlər.

 

 

Xəzər rayonu, 117 №li tam orta məktəbin 

tarix müəllimi Günay Məmmədova

 








XƏBƏR LENTİ

19.09.2024 | 22:15
Ağdamın Xıdırlı kəndindən FOTOLAR

19.09.2024 | 22:12
Leyla Əliyeva növbəti abad həyətin açılışında - Fotolar

19.09.2024 | 22:09
“İmarət”in azarkeş tutumu nə qədər olacaq?

19.09.2024 | 22:07
Bu da “Aghdam City Hotel” - Fotolar

19.09.2024 | 22:06
Prezidentin bir günü... - Fotolar

19.09.2024 | 19:56
Baş Prokurorluq vətəndaşın iddialarına cavab verdi

19.09.2024 | 19:55
Prezident Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış oldu

19.09.2024 | 19:53
Prezident Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunda aparılan işlərlə tanış oldu - YENİLƏNİB

19.09.2024 | 19:50
Şuşada Bayraq Meydanının açılışı oldu

19.09.2024 | 19:47
Bu küçədə hərəkət qismən məhdudlaşdırılacaq

19.09.2024 | 19:46
Musiqimizin doğulduğu ev... - Video

19.09.2024 | 19:40
Muxtar Babayev Masahiro İmai ilə görüşdü

19.09.2024 | 18:54
Ukrayna və Rusiya Azərbaycanın vasitəçiliyinə RAZIDIR

19.09.2024 | 18:51
Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

19.09.2024 | 18:49
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

19.09.2024 | 18:32
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”

19.09.2024 | 18:30
MEK oxucuları üçün videotəlimat hazırladı

19.09.2024 | 18:02
Prezident və oğlu Kəngərlidə bərpa işləri ilə tanış oldular - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 17:59
İlham Əliyev oğlu ilə birlikdə Ağdama getdi - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 16:53
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edildi

19.09.2024 | 16:51
Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür

19.09.2024 | 16:49
EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə jurnalistlər üçün seminar keçirilib

19.09.2024 | 16:29
Azərbaycanda məşhur taksi şirkəti cəzalandırıldı

19.09.2024 | 16:10
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub

19.09.2024 | 15:50
Prezident İlham Əliyev Xankəndidə

19.09.2024 | 15:40
Xankəndidə “Bulud” hotelinin açılışı oldu

19.09.2024 | 15:38
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

19.09.2024 | 15:32
“İmarət” stadionunun təməli qoyuldu

19.09.2024 | 15:29
Dini Komitənin sədri Şəhidlər məscidini ziyarət edib

19.09.2024 | 15:28
Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

19.09.2024 | 15:11
Hakan Fidan BRICS, Suriya, kibertəhlükəsizlik və soyuq müharibə BARƏDƏ

19.09.2024 | 15:07
Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç BÖLGƏ

19.09.2024 | 14:51
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

19.09.2024 | 14:27
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

19.09.2024 | 14:12
8 tüfəng polisə könüllü təhvil verildi

19.09.2024 | 14:02
Qayınanasının taleyini yaşayan gəlin, 40-a çata bilməyən ata-oğul

19.09.2024 | 14:01
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

19.09.2024 | 14:00
Sərhədi qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanıldı

19.09.2024 | 13:59
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19.09.2024 | 13:56
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30