Xəzər rayonunda qəbul imtahanlarında yüksək nəticə göstərən tələbələrlə görüş keçirildi - FOTOLAR

Image



Xəzər rayonunda 2023-2024-cü tədris ilində ali təhsil ocaqlarına qəbul

imtahanlarında yüksək nəticə əldə edərək 600-dən yuxarı bal toplayan tələbələrlə görüş

keçirilib.

6 sentyabr 2024-cü il tarixində Mərdəkan Mədəniyyət Mərkəzində keçirilən görüşdə

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin

müdir müavini Hüseyn Əsgərov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, RİH

başçısının müavinlər, RİH başçısı Aparatının şöbə müdirləri, Təhsil İşçiləri Azad Həmkarlar

İttifaqının Xəzər Rayon Komitəsinin sədri Həzərxan Əbilov, Vətən Müharibəsi Qəhrəmanı

şəhid Elçin Mansurovun anası Məleykə Məcidova, təhsil müəssisələrinin nümayəndələri,

tələbə adını qazanmış gənclər və onların valideynləri iştirak ediblər.

Görüş Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü naminə canından

keçən şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Xəzər Rayon İcra Hakimiyətinin başçısı Elşən Salahov ali təhsil

ocaqlarına qəbul imtahanlarından uğurla keçərək tələbə adını qazanan bütün məzunları,

onların valideynlərini və müəllimlərini təbrik edərək, Ümummilli Lider Heydər Əliyevin ötən

əsrin 70-ci illərində əsasını qoyduğu təhsil strategiyasının ölkəmizdə milli köklərə bağlı,

yeni təfəkkürlü və təhsilli gənc kadrların yetişdirilməsinə hesablandığını və təhsilin millətin

taleyi üçün misilsiz əhəmiyyət daşıdığını hər zaman vurğulayan Ulu öndər Heydər Əliyevin

bu sahəyə çox böyük diqqət və qayğı göstərdiyini qeyd etdi. Elşən Salahov bildirdi ki,

Ümummilli Liderin siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti

cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə

təhsilə olan diqqət və qayğı göz qabağındadır. Tədris müəssisələrinin maddi-texniki bazası

möhkəmləndirilir, yeni məktəb binaları inşa edilir, mövcud məktəb binaları təmir olunur və

ya yenidən qurulur. Tədris prosesidə ən qabaqcıl texnologiyaların imkanlarından istifadə

edilir. Yaradılan şərait artıq öz bəhrəsini göstərməkdədir. Məhz bu diqqət və qayğının

nəticəsidir ki, Xəzər rayonunda tələbə adını qazanan abituriyentlərdən 68-i 600-dən yuxarı

bal toplayaraq ali təhsil ocaqlarına daxil olublar. Həmçinin E.Salahov onların arasında

təhsilini Qarabağ Universitetində davam etdirəcək bir tələbəmizin olmasının sevindirici hal

olduğunu vurğuladı.

Sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, YAP Xəzər

rayon təşkilatının sədri Namiq Əhmədov, Vətən Müharibəsi Qəhrəmanı şəhid Elçin

Mansurovun anası Məleykə Məcidova və 149 №li tam orta məktəbin direktoru Rəhilə

Baxşıyeva çıxış edərək, bu gün ölkəmizdə davamlı inkişaf və sabitliklə yanaşı, həm də

sağlam mənəvi mühitin formalaşdığını, məktəblilərin milli ruhda yetişdiklərini qeyd ediblər

və bu nailiyyətlərin dövlətin təhsilə olan diqqət və qayğısının bariz nümunəsi olduğunu

vurğulayıblar.

Çıxış edən natiqlər tələbə adını qazanan gənclərə yeni yeni nailiyyətlər arzulayıblar.

Görüşdə həmçinin qəbul imtahanında 675 bal toplayan 124 nömrəli məktəbin

məzunu Zeyqəm Hüseynli və 674 bal toplayan 117 nömrəli məktəbin məzunu Aydan

Xanəhmədli çıxış edərək, onlara yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə ölkə

başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya gənclər

adından öz təşəkkürlərini bildiriblər.

Tədbirdə 2023-2024-cü tədris ilində ali təhsil ocaqlarına qəbul imtahanlarında yüksək

nəticə əldə edərək 600-dən yuxarı bal toplayan tələbələr Xəzər Rayon İcra Hakimiyyəti

tərəfində Diplomlarla təltif olunaraq onlara hədiyyələr təqdim edilib.

Sonda xatirə şəkli çəkilib.



  • Xəzər rayonunda qəbul imtahanlarında yüksək nəticə göstərən tələbələrlə görüş keçirildi - FOTOLAR
  • Xəzər rayonunda qəbul imtahanlarında yüksək nəticə göstərən tələbələrlə görüş keçirildi - FOTOLAR
  • Xəzər rayonunda qəbul imtahanlarında yüksək nəticə göstərən tələbələrlə görüş keçirildi - FOTOLAR
  • Xəzər rayonunda qəbul imtahanlarında yüksək nəticə göstərən tələbələrlə görüş keçirildi - FOTOLAR
  • Xəzər rayonunda qəbul imtahanlarında yüksək nəticə göstərən tələbələrlə görüş keçirildi - FOTOLAR
  • Xəzər rayonunda qəbul imtahanlarında yüksək nəticə göstərən tələbələrlə görüş keçirildi - FOTOLAR
  • Xəzər rayonunda qəbul imtahanlarında yüksək nəticə göstərən tələbələrlə görüş keçirildi - FOTOLAR
  • Xəzər rayonunda qəbul imtahanlarında yüksək nəticə göstərən tələbələrlə görüş keçirildi - FOTOLAR
  • Xəzər rayonunda qəbul imtahanlarında yüksək nəticə göstərən tələbələrlə görüş keçirildi - FOTOLARXəzər rayonunda qəbul imtahanlarında yüksək nəticə göstərən tələbələrlə görüş keçirildi - FOTOLAR 








XƏBƏR LENTİ

19.09.2024 | 19:56
Baş Prokurorluq vətəndaşın iddialarına cavab verdi

19.09.2024 | 19:55
Prezident Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış oldu

19.09.2024 | 19:53
Prezident Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunda aparılan işlərlə tanış oldu - YENİLƏNİB

19.09.2024 | 19:50
Şuşada Bayraq Meydanının açılışı oldu

19.09.2024 | 19:47
Bu küçədə hərəkət qismən məhdudlaşdırılacaq

19.09.2024 | 19:46
Musiqimizin doğulduğu ev... - Video

19.09.2024 | 19:40
Muxtar Babayev Masahiro İmai ilə görüşdü

19.09.2024 | 18:54
Ukrayna və Rusiya Azərbaycanın vasitəçiliyinə RAZIDIR

19.09.2024 | 18:51
Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

19.09.2024 | 18:49
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

19.09.2024 | 18:32
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”

19.09.2024 | 18:30
MEK oxucuları üçün videotəlimat hazırladı

19.09.2024 | 18:02
Prezident və oğlu Kəngərlidə bərpa işləri ilə tanış oldular - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 17:59
İlham Əliyev oğlu ilə birlikdə Ağdama getdi - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 16:53
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edildi

19.09.2024 | 16:51
Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür

19.09.2024 | 16:49
EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə jurnalistlər üçün seminar keçirilib

19.09.2024 | 16:29
Azərbaycanda məşhur taksi şirkəti cəzalandırıldı

19.09.2024 | 16:10
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub

19.09.2024 | 15:50
Prezident İlham Əliyev Xankəndidə

19.09.2024 | 15:40
Xankəndidə “Bulud” hotelinin açılışı oldu

19.09.2024 | 15:38
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

19.09.2024 | 15:32
“İmarət” stadionunun təməli qoyuldu

19.09.2024 | 15:29
Dini Komitənin sədri Şəhidlər məscidini ziyarət edib

19.09.2024 | 15:28
Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

19.09.2024 | 15:11
Hakan Fidan BRICS, Suriya, kibertəhlükəsizlik və soyuq müharibə BARƏDƏ

19.09.2024 | 15:07
Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç BÖLGƏ

19.09.2024 | 14:51
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

19.09.2024 | 14:27
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

19.09.2024 | 14:12
8 tüfəng polisə könüllü təhvil verildi

19.09.2024 | 14:02
Qayınanasının taleyini yaşayan gəlin, 40-a çata bilməyən ata-oğul

19.09.2024 | 14:01
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

19.09.2024 | 14:00
Sərhədi qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanıldı

19.09.2024 | 13:59
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19.09.2024 | 13:56
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

19.09.2024 | 13:02
Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

19.09.2024 | 12:58
Oğurladığı bank kartı ilə alış-veriş etdi

19.09.2024 | 12:57
“Kitab köşkü” – “AzerGold” QSC-dən daha bir maarifləndirici layihə-Fotolar

19.09.2024 | 12:43
Sabah Azərbaycanda iş günü deyil? - Rəsmi CAVAB

19.09.2024 | 12:40
Rəsmi Bakıdan İrəvana tutarlı CAVAB

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30