“Bağırov” tunelinin çıxışında qəza - Tıxac yarandı
Heydər Əliyev prospekti, "Bağırov" tunelin çıxışında yol qəzası baş verib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, qəza səbəbindən həm mərkəz, həm də metronun "Koroğlu" stansiyası istiqamətində sıxlıq yaranıb. Avtomobillərin rahat hərəkətini təmin etmək məqsədilə işlər görülür.