Yeni Milli Məclisdən gözləntilər! - Qərbi Azərbaycana doğru...

Image





Ölkəmizdə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə Milli Məclisin köhnə tərkibinin fəaliyyəti başa çatmış oldu. Qısaca olaraq qiymətləndirsək, ötən dövr ərzində qanunverici orqan üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdi, cəmiyyətimizin inkişafına yönəlik çoxsaylı qanunlar qəbul etdi. Parlament rəhbərliyi Azərbaycanın dünya dövlətləri, nüfuzlu xarici qurumlarla əlaqələrinin möhkəmlənməsində əhəmiyyətli addımlar atdı. Başqa sözlə, parlamentarilərimiz tərəfindən  ölkəmizin milli maraqları bütün beynəlxalq auditoriyalarda qorundu, haqq səsimiz xarici tribunalarda qətiyyətlə səsləndirildi.

Milli Məclisin yeni tərkibi təkcə bu siyasəti davam etdirməklə kifayətlənməməli, yeni dövrdə yeni çağırışlara uyğun şəraitdə ardıcıl və gərgin işləməlidir. Bu gün dünyada və regionumuzda baş verən hadisələr göz önündədir. Azərbaycan öz torpaqlarını işğaldan qurtarsa da, beynəlxalq dairələrin ermənipərəstliyini azalda bilməyib. Erməni lobbisinin, havadarlarının ölkəmizə qarşı fəaliyyəti davam edir və bu, Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsinə ciddi əngəl törədir. Hər gün demək olar, sülh prosesinə zidd mövqelər, təxribatçı fəaliyyət ortaya qoyulur. Ümumiyyətlə, dünyada baş verən proseslər Cənubi Qafqaz regionuna birbaşa və dolayısı təsir göstərir ki, belə bir mürəkkəb dövrdə Azərbaycana güclü parlament diplomatiyası lazımdır. Azərbaycanın sülhə, ədalətə, həmrəyliyə, birlik və bərabərliyə yönəlik təşəbbüsləri qlobal miqyasda dəstəklənməli və geniş təbliğ olunmalıdır.      

Bəs, belə bir mürəkkəb dövrdə formalaşan Milli Məclisin yeni tərkibi bunun üçün lazımi potensiala malikdirmi?

Milli Məclisin yeni tərkibinə diqqət yetirdikdə parlament diplomatiyasını yeni dövrün tələblərinə uyğun qurulacağına böyük inam yaranır. Məlumdur ki, parlament hakimiyyətin əsas qollarından biridir, üzərinə böyük məsuliyyət düşür, ölkənin bütün sahələrinə aid məsələlərin, problemlərin başlıca müzakirə müstəvisidir. Seçilmiş millət vəkillərinin- istər qanunvericilik fəaliyyətində təcrübəsi olanlar, istərsə də qanunvericiliyə yeni gələnlər məşğul olduqları sahələrdə qazandıqları səriştə, cəmiyyətdə tutduqları ictimai mövqe, malik olduqları dünyagörüşlə Milli Məclisin fəaliyyətinə, yeni dövrün çağırışlarına böyük töhfələr verəcəkləri şübhə doğurmur.              

Xüsusilə burada fərqli bir məqam var. Seçkilərin qalibləri içərisində kifayət qədər diplomatik təcrübəyə malik, Qərbi Azərbaycan kökənli millət vəkilləri yer alıb. Bu, son dövrlər gücləndirilən, yeni müstəviyə daşınan Qərbi Azərbaycan siyasətinə seçicilərin, xalqın dəstəyi, 2022-ci ildə Qərbi Azərbaycan icması ilə bağlı atılan addımların davamıdır. İcma bilirik ki, “Azərbaycan Qaçqınlar Cəmiyyəti”nin hüquqi varisinə çevrildi, müvafiq strukturları formalaşdı, inzibati binanın şəraiti yeniləndi. Binada yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev Qərbi Azərbaycan ziyalıları ilə görüşüb Ermənistan ərazisindəki tarixi Azərbaycan torpaqlarında soydaşlarımızın yaşaması gerçəyinin, onların 1988-1991-ci illərdə Ermənistandan deportasiya olunması, maddi və mənəvi ziyana uğraması, bir sözlə yaşanan faciənin dünyaya çatdırılmasında icmanın üzərinə düşən vəzifələri anlatdı,  onun fəaliyyətinin güclənməsi ilə bağlı müvafiq tapşırıqlar verdi. Beləliklə, biz dövlət və toplum olaraq keçmişlərdə Ermənistana birləşdirilmiş Qərbi Azərbaycan torpaqları ilə bağlı haqqımızı almaq, o torpaqlardan deportasiya olunan soydaşlarımızın yurdlarına qayıtması məsələsində açıq mövqe ortaya qoymuşuq və bu mövqedə axıra kimi getməyə qərarlıyıq.

Bu baxımdan son seçkilərdə tarixi Azərbaycandan olan yeni millət vəkillərinin seçkilərdə uğur qazanmasını bu proseslər fonunda dərindən idrak etmək lazımdır. Eyni zamanda, bu regiondan olan millət vəkillərinin sayının bu seçkilərdə yeni simalarla artması siyasi məsələlərdə güclü potensial deməkdir və həmin personaların bioqrafiyası ilə tanış olduqda belə bir əminlik yaranır ki, yaxın dövrdə fəal parlament diplomatiyasının formalaşacağına şahidlik edə biləcəyik.

Qərbi Azərbaycan kökənli bir sıra yeni parlamentarilərin bioqrafiyası bunu deməyə əsas verir.

Yeni millət vəkillərindən olan Qaya Məmmədov diplomatik xidmətində fəaliyyətinə 1999-cu ildə başlayıb. O, Xarici İşlər Nazirliyinin müxtəlif idarələrində, çalışıb. 2007-2008-ci illərdə NATO Beynəlxalq Qərargahının Müdafiə siyasəti və planlaması idarəsində tərəfdaşlıq zabiti vəzifəsində işləyib, Azərbaycan Prezidenti tərəfindən “Diplomatik xidmətdə fərqlənməyə görə” medalı ilə təltif edilib. Bir sıra universitetlərdə xarici siyasət və diplomatiya məsələləri üzrə mühazirələr deyib.

Göyçə mahalının Basarkeçər rayonunun Qanlı kəndində anadan olan, yeddinci sinifə qədər Qanlı kənd orta məktəbində təhsil alan, daha sonra Ermənistandan azərbaycanlıların qovulması səbəbindən təhsilini Bakı şəhərində davam etdirən Rizvan Nəbiyev 20 ildən artıqdır diplomatik fəaliyyətdədir. Azərbaycanın Almaniyadakı Səfirliyində və Xarici İşlər Nazirliyində müxtəlif məsul vəzifələrdə çalışıb. 80-dən artıq dövlətlə beynəlxalq müqavilələrin və digər sənədlərin razılaşdırılması və imzalanmasına töhfə verib. Səmərəli fəaliyyəti ilə əlaqədar olaraq “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib və bir sıra digər təltiflərə layiq görülüb.

Digər yeni millət vəkili Zaur Şükürov Azərbaycanın Cənubi Afrika Respublikasındakı müvəqqəti işlər vəkili, diplomatik missiyanın rəhbəri olub. Azərbaycan Xarici İşlər Nazirliyinin mərkəzi aparatında müxtəlif vəzifələrdə- şöbə müdiri, idarə rəisinin müavini, idarə rəisi, nazirin köməkçisi postlarında çalışıb. Diplomatik xidmətdə çalışdığı 25 ilə yaxın dövrdə ölkəmizin zəngin tarixi-mədəni irsi, “Qan yaddaşı”mız, Azərbaycan həqiqətləri barədə məlumatların fəaliyyət göstərdiyim ölkələrin yerli ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl iş aparıb.

Milli Məclisin yeni tərkibində yer alan Pərvanə Vəliyeva uzun illər QHT sahəsində fəaliyyət göstərib. BMT, ATƏT, ÜST və digər beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq təcrübəsinə malikdir. 2023-cü ilin yayından Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadlarına qarşı fəaliyyətə başlayan "Environmental Protection First” (EPF) Koalisiyasının həmtəsisçisidir. 2024-cü ilin fevral ayında COP29 Təşkilat Komitəsinin üzvü təyin olunub.

QHT sahəsində geniş təcrübəyə malik, başqa bir yeni millət vəkili Azər Allahverənov Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədridir. Fəlsəfə üzrə fəlsəfə doktorudur və sosial və humanitar məsələlərlə əlaqədar elmi tədqiqatlarla məşğuldur. O, səmərəli fəaliyyətinə görə, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalına, həmçinin bir sıra nüfuzlu qurumların mükafatlarına layiq görülüb.

Gənc və kifayət qədər aktiv mövqeyi ilə fərqlənən millət vəkillərindən olan Kamal Cəfərov Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, ABŞ, Avstraliya, Böyük Britaniya, Fransa, İtaliya, Macarıstan, Pakistan, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Müxtəlif dövlət qurumlarında çalışmış K.Cəfərov zəngin biliyə, təcrübəyə malikdir.

Seçicilərin yenidən etimadını qazanan Tahir Mirkişili Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çin, İspaniya, İsveçrə, İtaliya, Kanada, Koreya, Litva, Niderland, Türkiyə, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri və ATƏT-in Parlament Assambleyasında nümayəndə heyətinin üzvü olub.

Digər millət vəkili Tural Gəncəliyev Xarici İşlər Nazirliyinin strukturlarında rəhbər vəzifələrdə çalışıb. Milli Məclisin İnsan hüquqları komitəsinin, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycan-Kanada parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Almaniya, ABŞ, Böyük Britaniya, Fransa, İspaniya, İsveç, İtaliya, Meksika, Portuqaliya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının, eyni zamanda  Parlamentlərarası İttifaqda, ATƏT-in Parlament Assambleyasında, Avropa Şurasının Parlament Assambleyasında və Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin, Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvü olub.  

Xanım millət vəkili Fatma Yıldırım Belçika Krallığında fəaliyyət göstərən “Avropa Azərbaycanlılar Mərkəzi” diaspor təşkilatının rəhbəri kimi uğurlu fəaliyyət göstərib. 1994-2012-ci illərdə elmi-pedaqoji fəaliyyətlə yanaşı, müxtəlif özəl şirkətlərdə insan resurslarının idarə edilməsi sahəsində rəhbər vəzifələrdə işləyib, Sonralar dövlət qurumlarında çalışıb. Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Belçika, Çexiya, İsrail, İtaliya, Qazaxıstan, Latviya, Niderland, Özbəkistan, Rusiya, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının, GUAM Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olub.

2003-2005-ci illərdə Ümumdünya Səhiyyə Təşkilatında (ÜST) inzibati yardımçı, 2000-2015-ci illərdə isə Rostropoviç-Vişnevskaya Fondunun Azərbaycan nümayəndəliyinin Prezidenti olan Soltan Məmmədov 2015-ci ildən Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr Departamentinin rəisidir. Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olub.

Beləliklə, millət vəkillərinin sadalanan bu fəaliyyətləri, bir sıra xarici dillərdə sərbəst danışmaları diplomatik, həmçinin digər sahələrdə təcrübələrini birmənalı təsdiq edir və parlament diplomatiyasının güclənəcəyində böyük rol oynayacaqlarına şübhə yeri qoymur.   

Üstəgəl,  Qərbi Azərbaycan kökənli başqa millət vəkillərimiz də var ki, onları uzun illərdir tanıyırıq, təkrar seçilmələri ilə aydın görünür ki, bu dəfəki parlamentdə Qərbi Azərbaycan istiqaməti tamamilə gücləndirilib.

Sentyabrin 2-də Ermənistanda revanşıst qüvvələrin, qondarma rejimin tör-töküntülərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü təhdid edən təxribatçı açıqlamaları, xaricdəki lobbilərinə, havadarlarına güvənərək, beynəlxalq təminat altında Qarabağa “qayıdış” bəyanatları səsləndirmələri Qərbi Azərbaycan icmasının fəaliyyətinin gücləndirilməsi qərarında bizi tamamilə haqlı çıxarır. Demək ki, Qərbi Azərbaycana doğru hərəkat artıq icma çərçivəsindən çıxıb daha geniş arealda, məqsədyönlü fəaliyyət göstərməlidir. Bu məsələdə Milli Məclisə üzv seçilmiş, əslən Qərbi Azərbaycandan olan, 1980-ci illərin sonlarında hələ kiçik yaşlarında o torpaqları tərk etmək məcburiyyətini yaşamış şəxslərin üzərinə böyük yük və məsuliyyət düşür. Onlar bunu bacaracaqlar!

Elman Babayev







XƏBƏR LENTİ

15.09.2024 | 20:20
Şampanlar partladıldı... - Fotolar

15.09.2024 | 20:17
"Azərbaycan Himni mənə güc verir" - "Ferrari"nin pilotu

15.09.2024 | 20:15
Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırıldı - FOTO

15.09.2024 | 20:13
Formula 1 başa çatdı - FOTOLAR

15.09.2024 | 16:22
Milli Kitabxanada “15 sentyabr - Bilik Günü” adlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

15.09.2024 | 13:50
İlham Əliyev “Formula 1”in prezidentini qəbul edib

15.09.2024 | 13:49
"Formula 2" yarışının qalibi mükafatlandırılıb - YENİLƏNİB

15.09.2024 | 13:47
Beynəlxalq Avtomobil Federasiyasının prezidenti İlham Əliyevin qəbulunda

15.09.2024 | 13:46
Bakının azad olunmasının 106-cı ili

15.09.2024 | 13:41
İsveçrə və dünya reytinqində 7-ci sırada olan Sürix Universitetinə qəbul olan tələbə ilə müsahibə

15.09.2024 | 11:22
Rəsmi Ankaradan Bakıya azadlıq təbriki

14.09.2024 | 21:26
"Qarabağ" "Səbail"i məğlub etdi

14.09.2024 | 21:25
"Formula 1"də üçüncü sərbəst yürüş başa çatdı - YENİLƏNİB

14.09.2024 | 21:24
Almaniyada Yaşayan Azərbaycanlı Həkimlərin III Forumu keçirilir - FOTOLAR

14.09.2024 | 21:15
Elçin Tağıyev Şəhid Hüseyn Nəsibovun valideyinlərini ziyarət edib- Fotolar

14.09.2024 | 21:08
AHİK sədri Sahib Məmmədov “Naftalan” Kurort Birliyində olub, mövcud vəziyyətlə maraqlanıb

14.09.2024 | 19:47
Polad Bülbüloğlu Rusiyada yüksək mükafata layiq görüldü

14.09.2024 | 19:35
"Formula 2": Sprint yarışının qalibi bəlli oldu (YENİLƏNİB)

14.09.2024 | 19:29
Antiterror tədbirləri tam və qəti Qələbəni təmin etdi

14.09.2024 | 17:08
Yer kürəsi yeni peyk ələ keçirəcək

14.09.2024 | 16:05
Ermənistanda Qərbi Nil qızdırmasından ölənlərin sayı artıb

14.09.2024 | 16:04
Siyəzəndə 400 şagirdin təhsil aldığı məktəb bağlanıb

14.09.2024 | 14:17
Yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası

14.09.2024 | 14:16
"Formula 1"də üçüncü sərbəst yürüş başa çatdı - YENİLƏNİB

14.09.2024 | 14:15
TƏBİB xəstəxanalarda elektron sistemin çökməsinin səbəbini AÇIQLADI - YENİLƏNİB

14.09.2024 | 14:13
“Öz adımdan və Mehriban xanımın adından başsağlığı verirəm”

14.09.2024 | 14:01
Amerikalı və erməni mütəxəssislər kibertəhlükəsizlik üzrə birgə təlimlər keçiriblər

14.09.2024 | 13:12
Alimlər prostat xərçəngi xəstəliyinə qarşı yeni təbii vasitə kəşf ediblər

14.09.2024 | 12:59
Fatma Səttarova vəfat etdi

14.09.2024 | 12:57
Bakıda bir gecənin içində parkın ərazisində bina tikiblər - İDDİA

14.09.2024 | 12:53
AHİK sədri sanatoriya direktorunu işdən çıxardı - FOTO

14.09.2024 | 12:50
Qərb Cənubi Qafqazda sülh və sabitliyə öz maraqlarına təhdid kimi baxır — Millət vəkili

14.09.2024 | 12:45
Bakıda problem yaradan yabanı ağacların götürülməsi asanlaşdırıldı — FOTOLAR

14.09.2024 | 12:42
Kamaləddin Qafarov: “Bu gün ölkələrin milli təhlükəsizliyi enerji təhlükəsizliyi ilə sıx bağlıdır”

14.09.2024 | 12:41
İlon Maskın şəxsi mühafizəsi ona hər il milyonlarla dollara başa gəlir

14.09.2024 | 12:37
Respublika Gənclər Kitabxanasında 15 sentyabr - Bilik Günü ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb

14.09.2024 | 12:10
Süni intellektdə inqilab: "ChatGPT"nin yeni modeli insan kimi düşünməyi öyrəndi

14.09.2024 | 11:56
Yolu qəribə üsulla bağlayıblar: Sürücüləri çıxılmaz vəziyyətdə qoyan problem

14.09.2024 | 10:54
Paralimpiya çempionu Orxan Aslanov: "Çətinlikdən qorxsaydım, idmanda olmazdım"

14.09.2024 | 10:11
Koronavirus şəklini dəyişib tanınmaz oldu: COVID-19 yeni "sürprizini" hazırlayır

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30