Bakıda problem yaradan yabanı ağacların götürülməsi asanlaşdırıldı — FOTOLAR

Image



Sentyabrın 13-də Dövlət Ekoloji Ekspertiza Agentliyində növbəti ictimai dinləmə keçirilib. Budəfəki tədbir zamanı Zaqatala şəhəri ərazisində, müxtəlif ünvanlarda yerləşən 51 ədəd müxtəlifcinsli qurumuş və qəzalı vəziyyətdə olan ağacların götürülməsi, habelə paytaxtın Nəsimi rayonu, Ənvər Qasımzadə küçəsi, 15 ünvanında "İnam-V” MMC tərəfindən inşası nəzərdə tutulmuş qeyri-yaşayış binasının tikinti layihəsi altına düşən və Yasamal rayonu, Cəfər Cabbarlı, İbrahim Əbilov, Nabatxanım Aşurbəyova, Fuad İbrahimbəyov və Sübhi Salayev küçələrinin əhatə etdiyi ərazidə "CİTY LİFE” MMC tərəfindən inşası nəzərdə tutulan yaşayış kompleksinin tikinti layihəsi altına düşən aylant cinsli yaşıllıqların götürülməsi üzrə ekoloji müzakirələr aparılıb.

Gununxeberı.az Demokat.az-a ıstınadin  xəbər verir ki, Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov bildirib ki, Bakı şəhərində, eləcə də bölgələrdə həyata keçirilən iritutumlu layihələrin razılaşdırılması üçün müvafiq qurumlara, o cümlədən də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət olunur. Həmin layihənin ekoloji tərəfləri müəyyənləşdirilir, öhdəliklər və görüləsi işlər layihə icraçılarına təqdim olunur ki, sonradan ekoloji fəsadlar baş verməsin. Bunlar xüsusilə yaşıllıqların qorunması, atmosferin mühafizəsi və əmələ gələn tullantı sularının idarə olunmasıdır.

Qeyd edilib ki, sonradan növbəti problemin yaşanmaması üçün hər hansı bir layihə həyata keçirilərkən, onda bütün ekoloji məsələlər öz əksini tapmalıdır: "Arzumuz odur ki, paytaxtda, eləcə də bölgələrdə yaşıllıq sahələri artırılsın, yaşayış məntəqələri arasında seyrəklik yaransın, ekoloji dost layihələr icra olunmaqla parklar, rekreasiya zonaları, göllərin ətrafı istirahət məkanına çevrilsin. İnsanların sağlam mühitdə yaşaması üçün tövsiyələrimiz, təkliflərimiz nəzərə alınmalıdır. Təqdim olunan layihələrdə ekoloji məsələlər nəzərə alınmırsa, biz onu geri qaytarırıq. Elə layihələr var ki, ayrılan ərazinin 30-40 faizi sırf yaşıllıqlardan ibarət olacaq. Bu cür layihələrin həyata keçirilməsinə biz də dəstək oluruq. Əvvəllər həyata keçirilən layihələrdə yaşıllıq üçün çox az, bəzən heç bir ərazi ayrılmırdı. İndi isə iş adamları, sahibkarlar qanunvericilikdən irəli gələn məsələləri nəzərə alırlar. Onlar bilirlər ki, layihə çərçivəsində yaşıllıq üçün müəyyən sahə ayrılmayıbsa, deməli, onun həyata keçirilməsi ekoloji baxımdan baş tutmayacaq".

Tədbirdə arid iqlim zonalarında, xüsusən Bakı şəhərində yaşıllıqların keyfiyyətinin artırılması məsələsi, yabanı halda bitən aylant cinsli ağacların götürülməsi ilə bağlı məsələ daha geniş müzakirə olunub. Bildirilib ki, aylant cinsli ağac və kolşəkilli yaşıllıqlar torpağa tələbkar olmadığından, quraqlığa davamlı olduğundan və bol kök ucları əmələ gətirdiyindən müxtəlif relyeflərdə inkişaf edərək çox sürətlə yayılır. Kök tumurcuqları yaratmaq qabiliyyətinə, həddindən artıq quru mühitə, şəhər şəraitinə və duzluluğa dözümlü olmasına, spesifik qoxusundan ötrü təbii düşmənlərinin olmamasına görə aylant sıx kolluqlar əmələ gətirir və yerli, daha qiymətli növləri sıxışdırır. Bir çox yerlərdə - şəhər və rayon ərazilərində, əsasən tikililərin divarının dibində, müəyyən qısa müddət ərzində istifadəsiz qalmış və ya tərk edilmiş ərazilərdə yabanı halda ağac və kol formasında bitərək infrastruktur obyektlərinə təhlükə yaratmaqla yanaşı, təbii kolluqlar əmələ gətirərək yabanılaşıb. Odur ki, bu ağac cinsi əksər hallarda şəhərsalma və tikinti qaydalarına zidd olaraq yerləşir və qanunvericilikdə nəzərdə tutulmuş ara məsafəsi  tələblərini də pozur.

Tədbirdə layihələrin icrası zamanı yaşıllıqların mühafizəsi ilə bağlı ekoloji tələblərə əməl edilmənin vacibliyi bir daha diqqətə çatdırılıb, eyni zamanda aidiyyəti ekspert və mütəxəssislərin birgə razılığı ilə gələcəkdə yarada biləcəyi ciddi maneə və təhlükələri nəzərə alaraq yabanı halda bitmiş ting və kolşəkilli kiçik parametrli aylantların mütəmadi olaraq zəruri aqrotexniki tədbirlərin köməyi ilə ərazilərdən təmizlənməsi, iri diametrli ağaclar istisna olmaqla, yalnız ting və kolşəkilli aylantların inventarizasiya zamanı yaşıllıq siyahısına daxil edilməməsi, bununla da qeyd olunan aylant cinsli ağacların götürülməsinin asanlaşdırılmasına dair vahid qərar verilib.








XƏBƏR LENTİ

18.09.2024 | 21:04
Azərbaycanlı alimlərə medallar təqdim olundu - FOTOLAR

18.09.2024 | 21:01
"Qisas" əməliyyatından yeni GÖRÜNTÜ

18.09.2024 | 21:00
Livanda təkrar partlayışda ölən və yaralananların sayı artdı - FOTOLAR (YENİLƏNİB)

18.09.2024 | 20:56
Tam və qəti qələbəni təmin edən əməliyyat - AÇIQLAMA

18.09.2024 | 20:47
Azərbaycanlı bəstəkardan beynəlxalq arenada növbəti uğur — FOTO

18.09.2024 | 19:58
Niyazi Bayramov sakinləri dinlədi - Fotolar

18.09.2024 | 19:49
Hikmət Hacıyev Kəlbəcərə səfərlə bağlı paylaşım etdi - VİDEO

18.09.2024 | 19:03
Leyla Əliyeva Mübariz İbrahimovun ailəsini ziyarət etdi - FOTOLAR

18.09.2024 | 19:02
Leyla Əliyeva Biləsuvarda yeni inşa edilən məktəbdə olub - Fotolar

18.09.2024 | 18:29
Sabahdan bu yol da bağlanır - Sürücülərin nəzərinə!

18.09.2024 | 17:52
Nazir Rəşad Nəbiyev İraqın ticarət naziri ilə görüşüb

18.09.2024 | 17:51
Nazir Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə aparılan proses barədə ABŞ rəsmisini məlumatlandırdı

18.09.2024 | 17:49
Heydər Əliyev Fondu ilə beynəlxalq İctimai Fond arasında memorandum

18.09.2024 | 17:38
MEK Milli Musiqi Gününə həsr olunmuş virtual sərgini təqdim edir

18.09.2024 | 17:00
Ceyhun Bayramov Ermənistanla sülh sazişi üzrə aparılan proses barədə ABŞ rəsmisini məlumatlandırıb

18.09.2024 | 16:44
“AzerGold” QSC-nin təşkilatçılığı ilə Daşkəsəndə keçirilən növbəti tibbi müayinə aksiyasına yekun vurulub

18.09.2024 | 15:20
Leyla Əliyeva "Kəpənək" uşaq bağçasının açılışında iştirak edib

18.09.2024 | 15:18
Allahşükür Paşazadə sabah Rusiyaya gedir

18.09.2024 | 14:35
Heydər Əliyev Fondu və "Zamin" Beynəlxalq İctimai Fondu arasında memorandum imzalanıb

18.09.2024 | 14:30
Peskov: Kreml Paşinyanla qətiyyən razı deyil

18.09.2024 | 12:58
Dünya Bankı: Su ehtiyatlarından səmərəli istifadə ilə büdcədə 1,5 milyard manata qənaət etmək olar

18.09.2024 | 12:43
Elmar Məmmədov: “Azərbaycan COP29 çərçivəsində irəli sürdüyü təşəbbüslər zamanı 5 prinsipə diqqət yetirib”

18.09.2024 | 12:34
"Əsrin müqaviləsi"nin 30 illiyinə həsr olunmuş xalçaların kəsim mərasimi keçirilib

18.09.2024 | 12:33
Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi

18.09.2024 | 12:32
Noyabrda neçə gün iş olmayacaq?

18.09.2024 | 12:29
Tatarıstanda terrorçu qadınlar belə saxlanıldı

18.09.2024 | 12:25
"Minsk qrupunun fəaliyyətinə son qoyulmalıdır" - Prezidentin köməkçisi

18.09.2024 | 12:02
Prezidentin köməkçisi: COP29-da hansı səviyyədə iştirakla bağlı Ermənistan tərəfi qərar verməlidir

18.09.2024 | 11:56
Sabah Bakıda yağış yağacaq

18.09.2024 | 11:55
Dövlət Komitəsinin analitik potensialının gücləndirilməsi üzrə layihənin icrasına başlanıb - VİDEO

18.09.2024 | 11:55
Lökbatanda palçıq vulkanında püskürmə qeydə alınıb

18.09.2024 | 11:53
Paşinyan: Ermənistan KTMT ilə geridönüşü olmayan nöqtəyə yaxındır

18.09.2024 | 11:49
Kitabxanaya dahi Üzeyir Hacıbəyliyə həsr olunmuş məqalə təqdim olundu

18.09.2024 | 11:44
Şagirdləri təhsildən yayındıran müəllim işdən çıxarıldı

18.09.2024 | 11:42
Sabiq polis rəisi dünyasını dəyişdi

18.09.2024 | 11:40
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü təsis olundu

18.09.2024 | 11:30
Konstitusiya Məhkəməsi gələn həftəyədək seçkilərə yekun VURACAQ

18.09.2024 | 11:27
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

18.09.2024 | 11:26
Əsas prospektlərdəki tıxacın səbəbi açıqlandı

18.09.2024 | 11:17
Respublika Gənclər Kitabxanasında akademik Nizami Cəfərovun 65 illik yubileyi ilə əlaqədar olaraq virtual kitab sərgisi hazırlanıb

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30