Kamaləddin Qafarov: “Bu gün ölkələrin milli təhlükəsizliyi enerji təhlükəsizliyi ilə sıx bağlıdır”

Image



“İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə Romaya işgüzar səfər edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 6-da Çernobbio Beynəlxalq Forumunda əsas qonaq qismində iştirak edib. Məlumdur ki, bu nüfuzlu forumun işinə bir sıra dövlət və hökumət başçıları, o cümlədən İtaliya Respublikasının Prezidenti Sercio Mattarella (videokonfrans vasitəsilə), İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni, Ukrayna Prezidenti Volodimir Zelenski, Macarıstanın Baş naziri Viktor Orban, həmçinin senatorlar Lindsey Graham və Ben Cardin, ABŞ Nümayəndələr Palatasının sədri Mayk Conson və digər nüfuzlu şəxslər qatılıblar”.

Bu sözləri mətbuata verdiyi açıqlamasında VI çağırış Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

K.Qafarov bildirib ki, 1965-ci ildən fəaliyyət göstərən “The European House – Ambrosetti” İtaliyanın idarəetmə-məsləhət xidməti sahəsində aparıcı beyin mərkəzi hesab olunur. “Bu Mərkəz eyni zamanda, İtaliya və Avropa üçün potensiala malik ölkələrlə əməkdaşlığın təşviqinə müsbət təsir göstərmək imkanına malik, ikitərəfli iqtisadi əlaqələri inkişaf etdirmək iqtidarında olan liderləri bir araya gətirərək yüksək səviyyəli müzakirə platformaları təqdim edir. “The European House – Ambrosetti” müstəqil qurum olsa da, müşahidələr göstərir ki, Çernobbio Forumuna İtaliya hökuməti tərəfindən böyük dəstək göstərilir. “The European House – Ambrosetti”, həmçinin İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi ilə sıx əməkdaşlıq edir.”

K.Qafarov Forumun açılış sessiyasında çıxış edən Prezident İlham Əliyevin Azərbaycanın Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyi məsələsində getdikcə artan rolunu diqqət mərkəzinə çəkdiyini xüsusi vurğulayıb: “Qlobal Forumun “Gələcək qlobal çağırışlar və onların biznesə təsiri” adlı açılış sessiyasında cənab Prezident İlham Əliyev “Yeni geosiyasi vəziyyətdə Azərbaycanın rolu” mövzusunda çıxış edib. Öz çıxışında dövlətimizin başçısı ölkəmizin Avropa Birliyinin enerji təhlükəsizliyi məsələsində getdikcə artan rolunu diqqət mərkəzinə çəkib. Cənab Prezident bildirib ki, bu gün enerji təchizatı məsələlərinin prioritet kimi müəyyənləşdirilməsi ölkələrin milli təhlükəsizliyinin enerji təhlükəsizliyi ilə sıx bağlı olduğunu açıq şəkildə nümayiş etdirir. Azərbaycandan İtaliyaya uzanan 3500 kilometrlik Cənub Qaz Dəhlizinin bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin etdiyini qeyd edən cənab Prezident bu ölkələrin yeddisinin Avropa İttifaqının üzvü olduğunu da xüsusi vurğulayıb. Dövlət başçımızın çıxışında Azərbaycan-İtaliya münasibətlərinə də xüsusi yer ayrılmışdır. Cənab Prezident bu əlaqələrin ən yüksək səviyyədə inkişaf etdirildiyini vurğulayaraq bildirdi ki, bu gün Azərbaycanda İtaliya-Azərbaycan Universitetinin fəaliyyət göstərməsi də ölkələrimiz arasında əməkdaşlığın şaxələndirilməsinin növbəti bariz nümunəsidir. Bu universitetdə təhsil almağa başlayacaq tələbələr Azərbaycan ilə İtaliya arasında körpü rolunu oynayacaqlar. Onlar italyan dilini daha səlis biləcəklər. İtaliyanın tarixi irsini və mədəniyyətini də daha dərindən öyrənəcəklər. Onu da xüsusi qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin Çernobbio Beynəlxalq Forumuna əsas qonaq kimi dəvət olunması ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuzunun, etibarlı tərəfdaş statusunun, regionun aparıcı aktoru olmasının əyani təzahürü kimi qiymətləndirilməlidir”.







XƏBƏR LENTİ

18.09.2024 | 21:04
Azərbaycanlı alimlərə medallar təqdim olundu - FOTOLAR

18.09.2024 | 21:01
"Qisas" əməliyyatından yeni GÖRÜNTÜ

18.09.2024 | 21:00
Livanda təkrar partlayışda ölən və yaralananların sayı artdı - FOTOLAR (YENİLƏNİB)

18.09.2024 | 20:56
Tam və qəti qələbəni təmin edən əməliyyat - AÇIQLAMA

18.09.2024 | 20:47
Azərbaycanlı bəstəkardan beynəlxalq arenada növbəti uğur — FOTO

18.09.2024 | 19:58
Niyazi Bayramov sakinləri dinlədi - Fotolar

18.09.2024 | 19:49
Hikmət Hacıyev Kəlbəcərə səfərlə bağlı paylaşım etdi - VİDEO

18.09.2024 | 19:03
Leyla Əliyeva Mübariz İbrahimovun ailəsini ziyarət etdi - FOTOLAR

18.09.2024 | 19:02
Leyla Əliyeva Biləsuvarda yeni inşa edilən məktəbdə olub - Fotolar

18.09.2024 | 18:29
Sabahdan bu yol da bağlanır - Sürücülərin nəzərinə!

18.09.2024 | 17:52
Nazir Rəşad Nəbiyev İraqın ticarət naziri ilə görüşüb

18.09.2024 | 17:51
Nazir Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə aparılan proses barədə ABŞ rəsmisini məlumatlandırdı

18.09.2024 | 17:49
Heydər Əliyev Fondu ilə beynəlxalq İctimai Fond arasında memorandum

18.09.2024 | 17:38
MEK Milli Musiqi Gününə həsr olunmuş virtual sərgini təqdim edir

18.09.2024 | 17:00
Ceyhun Bayramov Ermənistanla sülh sazişi üzrə aparılan proses barədə ABŞ rəsmisini məlumatlandırıb

18.09.2024 | 16:44
“AzerGold” QSC-nin təşkilatçılığı ilə Daşkəsəndə keçirilən növbəti tibbi müayinə aksiyasına yekun vurulub

18.09.2024 | 15:20
Leyla Əliyeva "Kəpənək" uşaq bağçasının açılışında iştirak edib

18.09.2024 | 15:18
Allahşükür Paşazadə sabah Rusiyaya gedir

18.09.2024 | 14:35
Heydər Əliyev Fondu və "Zamin" Beynəlxalq İctimai Fondu arasında memorandum imzalanıb

18.09.2024 | 14:30
Peskov: Kreml Paşinyanla qətiyyən razı deyil

18.09.2024 | 12:58
Dünya Bankı: Su ehtiyatlarından səmərəli istifadə ilə büdcədə 1,5 milyard manata qənaət etmək olar

18.09.2024 | 12:43
Elmar Məmmədov: “Azərbaycan COP29 çərçivəsində irəli sürdüyü təşəbbüslər zamanı 5 prinsipə diqqət yetirib”

18.09.2024 | 12:34
"Əsrin müqaviləsi"nin 30 illiyinə həsr olunmuş xalçaların kəsim mərasimi keçirilib

18.09.2024 | 12:33
Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi

18.09.2024 | 12:32
Noyabrda neçə gün iş olmayacaq?

18.09.2024 | 12:29
Tatarıstanda terrorçu qadınlar belə saxlanıldı

18.09.2024 | 12:25
"Minsk qrupunun fəaliyyətinə son qoyulmalıdır" - Prezidentin köməkçisi

18.09.2024 | 12:02
Prezidentin köməkçisi: COP29-da hansı səviyyədə iştirakla bağlı Ermənistan tərəfi qərar verməlidir

18.09.2024 | 11:56
Sabah Bakıda yağış yağacaq

18.09.2024 | 11:55
Dövlət Komitəsinin analitik potensialının gücləndirilməsi üzrə layihənin icrasına başlanıb - VİDEO

18.09.2024 | 11:55
Lökbatanda palçıq vulkanında püskürmə qeydə alınıb

18.09.2024 | 11:53
Paşinyan: Ermənistan KTMT ilə geridönüşü olmayan nöqtəyə yaxındır

18.09.2024 | 11:49
Kitabxanaya dahi Üzeyir Hacıbəyliyə həsr olunmuş məqalə təqdim olundu

18.09.2024 | 11:44
Şagirdləri təhsildən yayındıran müəllim işdən çıxarıldı

18.09.2024 | 11:42
Sabiq polis rəisi dünyasını dəyişdi

18.09.2024 | 11:40
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü təsis olundu

18.09.2024 | 11:30
Konstitusiya Məhkəməsi gələn həftəyədək seçkilərə yekun VURACAQ

18.09.2024 | 11:27
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

18.09.2024 | 11:26
Əsas prospektlərdəki tıxacın səbəbi açıqlandı

18.09.2024 | 11:17
Respublika Gənclər Kitabxanasında akademik Nizami Cəfərovun 65 illik yubileyi ilə əlaqədar olaraq virtual kitab sərgisi hazırlanıb

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30