“Deputat seçilən xanım Fikrət Məmmədovun qızı deyil”
Sosial şəbəkələrdə Konstitusiya Məhkəməsinin hakimi, sabiq ədliyyə naziri Fikrət Məmmədovun qızının millət vəkili seçilməsi ilə bağlı məlumat yayılıb.
Məhkəmənin Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, deputat seçilən Məmmədova Nigar Fikrət qızının Fikrət Məmmədovla heç bir qohumluq əlaqəsi yoxdur.
Qeyd edək ki, Nigar Məmmədova 48 saylı Abşeron Birinci Seçki Dairəsindən deputat seçilib. O, parlamentə ilk dəfə seçilən deputatlardandır.