“Şagirdlərə məktəbi sevdirmək lazımdır” - AÇIQLAMA

Image


“Yeni tədris ilinin açılmasına çox az bir müddət qaldığı üçün valideynlər və şagirdlər məktəbə hazırlıq işlərilə məşğuldurlar. Bəli, yeni tədris ilinə hazırlıq lazımdır, amma valideynlərin çoxu bu hazırlığı uşaqları üçün işgəncəyə çevirir və uşaqların bir çoxu artıq məktəb açılmamış məktəbə nifrət edirlər”.

Bu sözləri Yenisabah.az-a tanınmış psixoloq İlhamə Mustafayeva söyləyib.

Artıq bir neçə gün sonra başlanacaq yeni dərs ili ilə bağlı danışan ekspert bildirib ki, məktəb həyatına yeni başlayacaq uşaqların bu dönəmdə xüsusi qayğıya ehtiyacları olur: 

“Çox təəssüflər olsun ki, şagirdlərin çoxu məktəb açılar-açılmaz yüklənirlər, çünki həm məktəbə, həm də əlavə hazırlıqlara gedirlər və eyni zamanda bir çox uşaq istədi-istəmədi valideynlərinin istəyi və təkidilə digər məşğələlərə yönəldilirlər. Bir əldə beş qarpız tutmaq yarışı başlayır valideynlər arasında. Kimin uşağı neçə hazırlığa gedir, kimin uşağı hansı nailiyyətlər qazandı yarışı başlayır. Uşaqlar həm fiziki, həm də mənəvi, psixoloji yüklənirlər. Bu da ona gətirir ki, uşağın şüuraltısı ona zəmin yaradır ki, o xəstələnsin və canını bu yüklənmələrdən qurtarsın”.

Psixoloq qeyd edib ki, dərs ilinə adaptasiya prosesi birbaşa gələcək illərdəki nailiyyətlərə də təsir edir:

“Yeni tədris ilinə adaptasiya uşaqlar üçün çox önəmli məsələdir, məhz bu adaptasiya uşağın irəlidəki uğuralrının bünövrəsini qoyur, adaptasiya sürəcini doğru və sağlam keçirən şagirdlər sonrakı dönəmdə daha yaxşı nəticələr göstərir.

Eyni zamanda, vaxtında həyata keçməyən arzualarını uşaqlarının üzərindən həyata keçirmək istəyən valideynlər bilməlidirlər ki, bu, onların arzu və istəkləri olub, uşaqlar valideynlərinin reallaşa bilməyən arzularını həyata keçirməyə məcbur deyillər, onların öz istəkləri və öz arzuları var və bu istəklərini öz daxili imkanlarına görə həyata keçirə bilərlər, hansısa sahəyə potensialı olmayan uşağa o potensialı yükləmək olmaz, əksinə, onun öz potensialını inkişaf etdirmək lazımdır.

Burda ən əsas məqam uşaqların yüklənməməsidir.

Dərs açılan kimi uşaqlar dərs yükü ilə yüklənməməlidirlər, dərs yükü yavaş-yavaş artırılmalıdır ki, uşaqlar bunu aşırı hiss edib bu yük altında qalmasınlar, eyni zamanda, dərsdən sonra uşaqlar dincəlməli və istirahət etməlidir. Bizim valideynlərin çoxu düşünür ki, uşaq dərsdən gələn kimi dərs oxumalıdır.

Bu kodlama həm uşaqlarda dərsə qarşı ikrah yaradır, həm də obsessiv kompulsiv pozuntunun və həyəcan təşviş pozuntunun və s. psixi problemlərin yaranmasına və ya inkişafina zəmin yaradır.

Məktəbdən evə gələn uşaq ilk öncə nəfəs almalıdır, evdə olduğunu hiss etməlidir, dincəlməlidir və s.

Uşaqları məktəbə adaptasiya etmək və sevdirmək üçün məktəb ləvazimatlarını uşaqla birgə almaq və seçimi ona vermək lazımdır, sevdiyi və seçdiyi ləvazimatlarla məktəbə getmək və dərs oxumaq onda xoş təəssürat yaradacaq.

Uşaqların təmiz havada olması və oynaması onlara vacibdir, sinif otaqlarının havalandırması, temperaturun onlar üçün normal olması, əlavə qıcıqlandırıcı təsirlərin olmaması (toz,isti və s) vacibdir.

Sağlam qidalanma və yuxu rejiminə riayət etmək də əsas şərtlərdəndir.

Unutmamalıyıq ki, yeni tədris ilinin açılması payız fəslinə təsadüf etdiyindən bunu da nəzərə almaq lazımdır, uşaqlar eyni anda iki hala adaptasiya olmaq məcburiyyətində qalırlar.

Əsas olaraq şagirdlərə məktəbi sevdirmək lazımdır, məktəb təkcə tədris müəsisəsi olmamalıdır, həm də oyun və gözəl vaxt keçirmək, dostluq müəsisəsi olmalıdır, yalnız bu zaman uşaqlar məktəbə sevə -sevə, həvəslə gedəcəklər.








XƏBƏR LENTİ

19.09.2024 | 18:54
Ukrayna və Rusiya Azərbaycanın vasitəçiliyinə RAZIDIR

19.09.2024 | 18:51
Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

19.09.2024 | 18:49
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

19.09.2024 | 18:32
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”

19.09.2024 | 18:30
MEK oxucuları üçün videotəlimat hazırladı

19.09.2024 | 18:02
Prezident və oğlu Kəngərlidə bərpa işləri ilə tanış oldular - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 17:59
İlham Əliyev oğlu ilə birlikdə Ağdama getdi - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 16:53
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edildi

19.09.2024 | 16:51
Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür

19.09.2024 | 16:49
EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə jurnalistlər üçün seminar keçirilib

19.09.2024 | 16:29
Azərbaycanda məşhur taksi şirkəti cəzalandırıldı

19.09.2024 | 16:10
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub

19.09.2024 | 15:50
Prezident İlham Əliyev Xankəndidə

19.09.2024 | 15:40
Xankəndidə “Bulud” hotelinin açılışı oldu

19.09.2024 | 15:38
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

19.09.2024 | 15:32
“İmarət” stadionunun təməli qoyuldu

19.09.2024 | 15:29
Dini Komitənin sədri Şəhidlər məscidini ziyarət edib

19.09.2024 | 15:28
Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

19.09.2024 | 15:11
Hakan Fidan BRICS, Suriya, kibertəhlükəsizlik və soyuq müharibə BARƏDƏ

19.09.2024 | 15:07
Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç BÖLGƏ

19.09.2024 | 14:51
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

19.09.2024 | 14:27
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

19.09.2024 | 14:12
8 tüfəng polisə könüllü təhvil verildi

19.09.2024 | 14:02
Qayınanasının taleyini yaşayan gəlin, 40-a çata bilməyən ata-oğul

19.09.2024 | 14:01
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

19.09.2024 | 14:00
Sərhədi qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanıldı

19.09.2024 | 13:59
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19.09.2024 | 13:56
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

19.09.2024 | 13:02
Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

19.09.2024 | 12:58
Oğurladığı bank kartı ilə alış-veriş etdi

19.09.2024 | 12:57
“Kitab köşkü” – “AzerGold” QSC-dən daha bir maarifləndirici layihə-Fotolar

19.09.2024 | 12:43
Sabah Azərbaycanda iş günü deyil? - Rəsmi CAVAB

19.09.2024 | 12:40
Rəsmi Bakıdan İrəvana tutarlı CAVAB

19.09.2024 | 12:26
İcma dövlətləri Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıdışını dəstəkləməyə çağırıb

19.09.2024 | 12:25
Nazir: Türkiyədə terrorun kökünü kəsəcəyik

19.09.2024 | 12:20
Rusiyada qeyri-qanuni yaşayan miqrantlar : azərbaycanlılar ilk beşlikdədir...

19.09.2024 | 12:10
İlham Əliyevlə Heydər Əliyev Ağdamın Kəngərli kəndində

19.09.2024 | 12:00
Gələn il Azərbaycanda pensiya və maaşlar ARTA BİLƏR

19.09.2024 | 11:57
Vergidən şikayətlər 20 faiz azalıb

19.09.2024 | 11:55
Prezidentlə oğlu Ağdamda kəndin təməlini qoydu

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30