Qərbi Azərbaycan Xronikası: Hayların çirkin toponim oyunu - Kəndlərimizin adlarını necə dəyişirlər?

Image



Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "Ermənistan parlamentinin qərarı ilə adı dəyişdirilib Zovasar edilən qədim kənd" adlı süjet hazırlanıb.

Bugünkü süjetdə Ağağa, Ağadədə, Ağakiçik, Ağasıbəyli, Ağaplı toponimləri, eləcə də Ağdağ, Ağadi oronimləri haqqında söz açılır.

Bildirilib ki, bir xalqın əsrlər, minilliklər boyu formalaşdığı toponimləri kökündən dəyişdirmək həmin xalqın tarixi-coğrafi ərazidəki izlərinin silinməsinə xidmət edir.

Ağağa - Zəngəzur mahalının Sisyan rayonu ərazisində kənd olub və burada 1897-ci ildə 19 nəfər azərbaycanlı yaşayıb. 1905-1906-cı illərdə azərbaycanlılar köçürülüb və kənd ləğv edilərək xarabalığa çevrilib.

Ağdağ - Göyçə mahalının Kəvər, yəni Kamo rayonunda dağ olub. Bu oronimin adı dəyişdirilib Apitakasar qoyulub.

Ağdağ - Vedibasar mahalının Vedi, yəni Ararat rayonunda dağ adıdır.

Ağadədə - Gərnibasar mahalının Qəmərli, yəni Artaşat rayonunda pir adıdır.

Ağadi - Şəmşəddil mahalının, Karvansaray, indiki İcevan rayonunda dərə adıdır. Ağstafa çayının sahilində yerləşir.

Ağakiçik - Talin mahalının eyni adlı rayonunda kənd olub. 1873-cü ildən 1916-cı ilədək ancaq azərbaycanlıların yaşadığı kənd 1918-ci ildə erməni təcavüzünə məruz qalıb və əhalisi qırğınlarla deportasiya olunub. 1915-1916-cı illərdə Türkiyənin Sasun və Taron vilayətlərindən köçürülən ermənilər burada yerləşdirilib. 1978-ci il yanvarın 25-də adı dəyişdirilib Zovasar qoyulub.

Ağasıbəyli - Vedibasar mahalının Vedi, yəni Ararat rayonunda kənd olub.

Ağaplı - Zəngəzur mahalının Gorus rayonu ərazisində kənd olub.

Sonda vurğulanır ki, haylar çirkin toponim oyunları ilə özlərinə saxta məkan yaradıblar: "Bu oyunların alt-üst olması üçün isə azərbaycanlıların doğma yurda - Qərbi Azərbaycana qayıdışı qaçılmazdır. Əminik ki, bu geri qayıdışla ermənilərin özlərinin etiraf etdiyi kimi, Ermənistan elə Qərbi Azərbaycan olacaq".

Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı süjetdə:










XƏBƏR LENTİ

15.09.2024 | 20:20
Şampanlar partladıldı... - Fotolar

15.09.2024 | 20:17
"Azərbaycan Himni mənə güc verir" - "Ferrari"nin pilotu

15.09.2024 | 20:15
Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırıldı - FOTO

15.09.2024 | 20:13
Formula 1 başa çatdı - FOTOLAR

15.09.2024 | 16:22
Milli Kitabxanada “15 sentyabr - Bilik Günü” adlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

15.09.2024 | 13:50
İlham Əliyev “Formula 1”in prezidentini qəbul edib

15.09.2024 | 13:49
"Formula 2" yarışının qalibi mükafatlandırılıb - YENİLƏNİB

15.09.2024 | 13:47
Beynəlxalq Avtomobil Federasiyasının prezidenti İlham Əliyevin qəbulunda

15.09.2024 | 13:46
Bakının azad olunmasının 106-cı ili

15.09.2024 | 13:41
İsveçrə və dünya reytinqində 7-ci sırada olan Sürix Universitetinə qəbul olan tələbə ilə müsahibə

15.09.2024 | 11:22
Rəsmi Ankaradan Bakıya azadlıq təbriki

14.09.2024 | 21:26
"Qarabağ" "Səbail"i məğlub etdi

14.09.2024 | 21:25
"Formula 1"də üçüncü sərbəst yürüş başa çatdı - YENİLƏNİB

14.09.2024 | 21:24
Almaniyada Yaşayan Azərbaycanlı Həkimlərin III Forumu keçirilir - FOTOLAR

14.09.2024 | 21:15
Elçin Tağıyev Şəhid Hüseyn Nəsibovun valideyinlərini ziyarət edib- Fotolar

14.09.2024 | 21:08
AHİK sədri Sahib Məmmədov “Naftalan” Kurort Birliyində olub, mövcud vəziyyətlə maraqlanıb

14.09.2024 | 19:47
Polad Bülbüloğlu Rusiyada yüksək mükafata layiq görüldü

14.09.2024 | 19:35
"Formula 2": Sprint yarışının qalibi bəlli oldu (YENİLƏNİB)

14.09.2024 | 19:29
Antiterror tədbirləri tam və qəti Qələbəni təmin etdi

14.09.2024 | 17:08
Yer kürəsi yeni peyk ələ keçirəcək

14.09.2024 | 16:05
Ermənistanda Qərbi Nil qızdırmasından ölənlərin sayı artıb

14.09.2024 | 16:04
Siyəzəndə 400 şagirdin təhsil aldığı məktəb bağlanıb

14.09.2024 | 14:17
Yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası

14.09.2024 | 14:16
"Formula 1"də üçüncü sərbəst yürüş başa çatdı - YENİLƏNİB

14.09.2024 | 14:15
TƏBİB xəstəxanalarda elektron sistemin çökməsinin səbəbini AÇIQLADI - YENİLƏNİB

14.09.2024 | 14:13
“Öz adımdan və Mehriban xanımın adından başsağlığı verirəm”

14.09.2024 | 14:01
Amerikalı və erməni mütəxəssislər kibertəhlükəsizlik üzrə birgə təlimlər keçiriblər

14.09.2024 | 13:12
Alimlər prostat xərçəngi xəstəliyinə qarşı yeni təbii vasitə kəşf ediblər

14.09.2024 | 12:59
Fatma Səttarova vəfat etdi

14.09.2024 | 12:57
Bakıda bir gecənin içində parkın ərazisində bina tikiblər - İDDİA

14.09.2024 | 12:53
AHİK sədri sanatoriya direktorunu işdən çıxardı - FOTO

14.09.2024 | 12:50
Qərb Cənubi Qafqazda sülh və sabitliyə öz maraqlarına təhdid kimi baxır — Millət vəkili

14.09.2024 | 12:45
Bakıda problem yaradan yabanı ağacların götürülməsi asanlaşdırıldı — FOTOLAR

14.09.2024 | 12:42
Kamaləddin Qafarov: “Bu gün ölkələrin milli təhlükəsizliyi enerji təhlükəsizliyi ilə sıx bağlıdır”

14.09.2024 | 12:41
İlon Maskın şəxsi mühafizəsi ona hər il milyonlarla dollara başa gəlir

14.09.2024 | 12:37
Respublika Gənclər Kitabxanasında 15 sentyabr - Bilik Günü ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb

14.09.2024 | 12:10
Süni intellektdə inqilab: "ChatGPT"nin yeni modeli insan kimi düşünməyi öyrəndi

14.09.2024 | 11:56
Yolu qəribə üsulla bağlayıblar: Sürücüləri çıxılmaz vəziyyətdə qoyan problem

14.09.2024 | 10:54
Paralimpiya çempionu Orxan Aslanov: "Çətinlikdən qorxsaydım, idmanda olmazdım"

14.09.2024 | 10:11
Koronavirus şəklini dəyişib tanınmaz oldu: COVID-19 yeni "sürprizini" hazırlayır

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30