Sisi Ankaradadır
Misir prezidenti Əbdülfəttah əs-Sisi prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə rəsmi səfər çərçivəsində Ankaraya gəlib.
Gununxeber.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb.
Sisi Esenboğa hava limanında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qarşılanıb.
Qeyd edək ki, Ankarada Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk iclası keçiriləcək.