Vergi ödəyiciləri ilə bağlı YENİ QƏRAR

Image

Vergi ödəyicisinin vergi borcunu ödəmə qabiliyyətinin müəyyənləşdirilməsi Qaydası təsdiqlənib.

Gununxeberi.az-n  məlumatına görə, Nazirlər Kabineti bu barədə qərar verib.

Qaydaya əsasən, vergi orqanı tərəfindən vergi ödəyicisinin orta aylıq gəlir və xərcləri aşağıdakı qaydada müəyyənləşdirilir:

- gəlir (mənfəət) vergisi ödəyicisinin əvvəlki hesabat ili üzrə seçdiyi uçot metoduna uyğun olaraq təqdim etdiyi və kameral vergi yoxlaması keçirilmiş gəlir (mənfəət) vergisi bəyannaməsi üzrə ümumi gəlirlər və cəmi xərclər (amortizasiya xərcləri istisna olmaqla) kimi əks olunan məbləğlər 12-yə (vergi ödəyicisi əvvəlki hesabat ilində tam fəaliyyət göstərmədiyi halda fəaliyyət göstərdiyi ayların sayına) bölünməklə orta aylıq gəlir və xərcləri müəyyənləşdirilir;

- sadələşdirilmiş vergi ödəyicisinin əvvəlki hesabat rübü üzrə təqdim etdiyi və kameral vergi yoxlaması keçirilmiş sadələşdirilmiş vergi bəyannaməsinə əsasən satışdankənar gəlirlər də daxil olmaqla təqdim edilmiş mallara (işlərə, xidmətə) görə əldə edilmiş hasilatın həcmi və vergi ödəyicisinin təqdim etdiyi xərc sənədləri əsasında müəyyən edilmiş xərcləri 3-ə (vergi ödəyicisi əvvəlki hesabat rübündə tam fəaliyyət göstərmədiyi halda fəaliyyət göstərdiyi ayların sayına) bölünməklə orta aylıq gəlir və xərcləri müəyyənləşdirilir;

- hesabat dövründə yeni fəaliyyətə başlayan vergi ödəyicisinin orta aylıq gəlir və xərcləri faktiki fəaliyyət göstəricilərinə (vergi ödəyicisi müraciətinə faktiki fəaliyyət göstəricilərini əks etdirən arayışı müvafiq bəyannamə (gəlir, mənfəət və ya sadələşdirilmiş vergi bəyannaməsi) formasında tərtib etməklə və sadələşdirilmiş vergi ödəyicisi üzrə vergi ödəyicisinin təqdim etdiyi xərc sənədlərini əlavə etməklə təqdim etməlidir) əsasən hesablanmaqla fəaliyyət göstərdiyi ayların sayına bölünərək orta aylıq gəlir və xərcləri müəyyənləşdirilir;


- hesabat dövründə yeni fəaliyyətə başlayan vergi ödəyicisinin gəlir və xərclərinin, sadələşdirilmiş vergi ödəyicisinin xərclərinin doğruluğunun dəqiqləşdirilməsi məqsədilə vergi orqanında olan məlumat mənbələrindən (elektron qaimə-faktura, elektron alış aktı, nəzarət kassa aparatı çekləri, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti və idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar və s.) istifadə olunur.

Vergi ödəyicisinin əvvəlki hesabat dövrü üzrə müvafiq olaraq gəlir, mənfəət və (və ya) sadələşdirilmiş vergi bəyannaməsi kameral vergi yoxlamasından keçirilənədək və ya kameral vergi yoxlamasının keçirilməsi üçün Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddət keçənədək, eyni zamanda vergi ödəyicisi tərəfindən müvafiq bəyannamələr təqdim edilməli olduğu halda, bəyannamələr təqdim edilənədək müraciət etdikdə vergi orqanı vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılmasından imtina edilməsi barədə qərar qəbul edir və vergi ödəyicisinə qeyd olunan hallar həll olunduqdan sonra yenidən müraciət etməsi barədə məlumat verilir.

Orta aylıq gəlirdən orta aylıq xərclər çıxılaraq, üzərinə müraciət edilmə tarixinə vergi ödəyicisinin xəzinəsində (kassasında), milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsaitlərin qalığı (orta aylıq gəlirlə orta aylıq xərcin müsbət fərqi qədər azaldılmaqla) gəlinməklə vergi orqanı tərəfindən vergi ödəyicisinin vergi borclarının ödənilməsi məqsədləri üçün sərbəst vəsaiti müəyyənləşdirilir. Vergi Məcəlləsinə uyğun olaraq təqdim edilən sənədlər əsasında vergi ödəyicisi tərəfindən sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan, habelə Vergi Məcəlləsinə uyğun olaraq gəlirdən çıxılmayan xərclərin çəkilməsi aşkar edilərsə, mütənasib olaraq sərbəst vəsaitin məbləği artırılır.

Vergi ödəyicisinin vergi borcu müəyyənləşdirilən sərbəst vəsaitinin 1,3 mislindən artıq olarsa, bu hal vergi ödəyicisinin vergi borcunu birdəfəyə ödəmə qabiliyyətinin olmaması kimi qiymətləndirilir və vergi öhdəliyinin yerinə yetirilməsi müddəti vergi orqanının qərarı ilə vergi ödəyicisinin seçimindən asılı olaraq uzadılır.

Bu Qaydanın digər müddəalarından asılı olmayaraq, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından ayrılan vəsait hesabına işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, habelə Azərbaycan Respublikasının avtomobil yollarının, körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, tikilməsi, istismarı, bərpası, təmiri və yenidən qurulması layihələri çərçivəsində bu sahədə işləri həyata keçirən publik hüquqi şəxsə, onun tabeliyində olan publik hüquqi şəxslərə, hüquqi şəxs statusuna malik olmayan təşkilatlara (idarələrə), onların təsərrüfat cəmiyyətlərinə, filial və nümayəndəliklərinə ödənilən avanslara görə ƏDV borcu yarandıqda, bu hal vergi ödəyicisinin vergi borcunu birdəfəyə ödəmə qabiliyyətinin olmaması kimi qiymətləndirilir.








XƏBƏR LENTİ

19.09.2024 | 18:54
Ukrayna və Rusiya Azərbaycanın vasitəçiliyinə RAZIDIR

19.09.2024 | 18:51
Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

19.09.2024 | 18:49
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

19.09.2024 | 18:32
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”

19.09.2024 | 18:30
MEK oxucuları üçün videotəlimat hazırladı

19.09.2024 | 18:02
Prezident və oğlu Kəngərlidə bərpa işləri ilə tanış oldular - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 17:59
İlham Əliyev oğlu ilə birlikdə Ağdama getdi - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 16:53
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edildi

19.09.2024 | 16:51
Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür

19.09.2024 | 16:49
EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə jurnalistlər üçün seminar keçirilib

19.09.2024 | 16:29
Azərbaycanda məşhur taksi şirkəti cəzalandırıldı

19.09.2024 | 16:10
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub

19.09.2024 | 15:50
Prezident İlham Əliyev Xankəndidə

19.09.2024 | 15:40
Xankəndidə “Bulud” hotelinin açılışı oldu

19.09.2024 | 15:38
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

19.09.2024 | 15:32
“İmarət” stadionunun təməli qoyuldu

19.09.2024 | 15:29
Dini Komitənin sədri Şəhidlər məscidini ziyarət edib

19.09.2024 | 15:28
Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

19.09.2024 | 15:11
Hakan Fidan BRICS, Suriya, kibertəhlükəsizlik və soyuq müharibə BARƏDƏ

19.09.2024 | 15:07
Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç BÖLGƏ

19.09.2024 | 14:51
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

19.09.2024 | 14:27
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

19.09.2024 | 14:12
8 tüfəng polisə könüllü təhvil verildi

19.09.2024 | 14:02
Qayınanasının taleyini yaşayan gəlin, 40-a çata bilməyən ata-oğul

19.09.2024 | 14:01
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

19.09.2024 | 14:00
Sərhədi qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanıldı

19.09.2024 | 13:59
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19.09.2024 | 13:56
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

19.09.2024 | 13:02
Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

19.09.2024 | 12:58
Oğurladığı bank kartı ilə alış-veriş etdi

19.09.2024 | 12:57
“Kitab köşkü” – “AzerGold” QSC-dən daha bir maarifləndirici layihə-Fotolar

19.09.2024 | 12:43
Sabah Azərbaycanda iş günü deyil? - Rəsmi CAVAB

19.09.2024 | 12:40
Rəsmi Bakıdan İrəvana tutarlı CAVAB

19.09.2024 | 12:26
İcma dövlətləri Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıdışını dəstəkləməyə çağırıb

19.09.2024 | 12:25
Nazir: Türkiyədə terrorun kökünü kəsəcəyik

19.09.2024 | 12:20
Rusiyada qeyri-qanuni yaşayan miqrantlar : azərbaycanlılar ilk beşlikdədir...

19.09.2024 | 12:10
İlham Əliyevlə Heydər Əliyev Ağdamın Kəngərli kəndində

19.09.2024 | 12:00
Gələn il Azərbaycanda pensiya və maaşlar ARTA BİLƏR

19.09.2024 | 11:57
Vergidən şikayətlər 20 faiz azalıb

19.09.2024 | 11:55
Prezidentlə oğlu Ağdamda kəndin təməlini qoydu

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30