Savaşçı xanımlar - Ermənilərin başına pul qoyduğu GÜLBAR - FOTOLAR

Image




Azərbaycan xanımları hər sahədə özlərini sübut ediblər, o cümlədən də hərb meydanında. Birinci və İkinci Qarabağ müharibəsində fəal iştirak edən, döyüşərkən yaralanan, şəhidlik zirvəsinə ucalan onlarla qızlarımız-qadınlarımız olub. Onlar həm döyüşüblər, həm yaralı əsgərimizə tibbi yardım göstəriblər, həm də ağır vəziyyətdə olan hərbçilərin daşınmasına kömək ediblər. Savaşçı xanımlarımız vətənpərvərliyi, fədakarlığı, mərdliyi, millətinə və torpağına hədsiz sevgisi ilə hər birimizə örənəkdirlər.

Modern.az saytı “Savaşçı xanımlar” layihəsinə davam edir. Bu dəfə haqqında söhbət açdığımız döyüşçü xanım da Birinci Qarabağ müharibəsinin iştirakçısıdır - Gülbar Heydərova.

ARAYIŞ: Gülbar Heydər qızı Heydərova 1965-ci il martın 1-də Füzuli rayonunun Qaraməmmədli kəndində fəhlə ailəsində dünyaya gəlib. Üç qardaşın bir bacısı idi. Qonşu Zərgər kəndindəki 8-illik məktəbi bitirdikdən sonra Bakıda Neft-Kimya Texnikumuna daxil olub. Diplomunu alıb doğma yurduna qayıdandan sonra orada Doluya qarşı hərbiləşdirilmiş mühafizə dəstəsində çalışıb. Eyni zamanda rabitəçilik peşəsinə yiyələnib. Daha sonra rabitə rəisi vəzifəsinə qədər yüksəlib.

Qarabağ müharibəsi başlayanda Gülbar Heydərova könüllü olaraq Füzulidə qurulan özünümüdafiə batalyonuna yazılıb. Hərçənd atası Heydər kişi demişdi: “A qızım, onsuz da qardaşların döyüşür, sənə ehtiyac yoxdur”. Ancaq Gülbar inadından dönməmişdi…

Qardaşları Rafiq, Kərim və Rəftar da Qarabağ müharibəsində könüllü olaraq döyüşürdülər.

Gülbar qardaşı Kərimlə birlikdə vuruşurdu. O, döyüşlərdə böyük fədakarlıqlar göstərib. Zabit Rasim İbrahimovun təqdimatı ilə 20 nəfərdən ibarət olan Rabitə xidmətinin rəisi vəzifəsi leytenant Gülbar Heydərovaya tapşırılmışdı. Döyüş əməlliyatları zamanı məhz onun verdiyi dəqiq koordinatlar nəticəsində düşmən mövqeləri darmadağın edilirdi.


1993-cü ilin aprelin əvvəllərində strateji əhəmiyyətli Məngələnata yüksəkliyi ermənilərin əlinə keçmişdi. Yüksəkliyin düşməndən təmizlənməsi əməliyyatında iştirak edən Gülbar  həyatını riskə ataraq, Məngələnatanın ətəyinə - düşmənə ən yaxın yerə kəşfiyyata getmiş, orada özünə mövqe tutmuş, topçularımıza dəqiq koordinantlar verməklə ermənilərin sırasını pərən-pərən salmışdı.
Həmin döyüşdə mərmi partlayışından yaralanmış, hətta torpaq altında qalmış, döyüş dostları onu böyük çətinliklə oradan çıxarmışdılar.

Gülbarın verdiyi dəqiq koordinatlar nəticəsində dəfələrlə ağır itkilərə məruz qalan ermənilər onun başını gətirən, ya da diri tutan döyüşçülərinə pül mükafatı vəd etmişdilər. Düşmənlər buna bir neçə dəfə cəhd etsələr də, istəklərinə nail ola bilməmişdilər.

Gülbar Heydərova iştirak etdiyi döyüşlərdə neçə-neçə yaralı silahdaşını savaş mövqeyindən çıxarıb hospitala aparmış, onların xilas edilməsinə vəsilə olmuşdu.
O, Füzulinin Gövşad, Qacar, Veysəlli, Divanalılar, Xırmanca, Məlikcan, Zərgər, Axullu, Dördlər, Üçbulaq kəndləri uğrunda gedən ən ağır döyüşlərin iştirakçısı olub.

Şəhid olmazdan əvvəl döyüşçü yoldaşlarına demişdi ki, Füzuli işğal olunsa, özünü güllələyəcək.



Gülbar Heydərova 1993-cü il iyul ayının 24-də qardaşı Kərimlə birgə "UAZ" markalı maşında bir mövqedən digər mövqeyə gedən zaman düz qarşılarına düşən mərmi partlışından ağır yaralanıb. Qardaşı Kərim onu hospitala çatdırsa da, boğazından aldığı qəlpə yarasından Gülbar Heydərova şəhid olub.

Qardaşının dediyinə görə hospitalda bir anlıq huşu özünə gəlib və xahiş edib ki, çarpayısını açıq pəncərəyə yaxın gətirsinlər. Son gücünü toplayaraq başını qaldırıb, həmin pəncərədən doğma Füzulinin səmasına baxıb və gözlərini əbədi yumub.

Şəhid Gülbar Heydərova 24 iyun 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 859 nömrəli sərancamına əsasən, ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunub.

Bakıda Şəhidlər xiyabanında dəfn olunub.


Modern.az saytı
savaşçı xanımın qardaşının həyat yoldaşı Reyhan Məmmədova ilə həmsöhbət olub:

- Gülbar xanımı necə xatırlayırsınız, uşaqlığını, gəncliyini?

- Biz Gülbarla uşaqlıqdan bir yerdə böyümüşük, o, savadlı, zərif, xoşxasiyyətli qız idi. Rus dilini yaxşı bilirdi. Evdə texniki təmir işlərini də o görürdü. Çox ailəcanlı, hər şeyin yerini bilən, ata-anaya qayğı göstərən qız idi. Xüsusilə də, qızlara qarşı çox mehriban idi. Bakıda oxuyan zaman Gülbarın rayona gəlməyini böyük səbirsizliklə gözləyirdik. O, hər zaman gələndə bizə, qızlara hədiyyələr alırdı. Gülbar çox mehriban idi, hər kəsə can yandırırdı.

- Gülbar xanımın xəyalları, arzu və istəkləri barədə nə yadınızda qalıb?

- O, hər zaman güclü olmaq istəyirdi. Ailə qurmaq haqda heç vaxt fikirləşmirdi. Hətta mənə zarafatla deyirdi ki, “böyük oğlunu mənə ver, özüm böyüdüb boya-başa çatdıracam”.
Gülbar deyirdi ki, müharibə qurtarmayınca, ailə qurmaq barədə söhbət ola bilməz.

- Bəs necə olmuşdu ki, cəbhəyə getmək qərarı vermişdi?

- Xocalı hadisələrindən sonra Gülbar özünə yer tapa bilmədi. Cəbhəyə getmək qərarına gəldi. Onun bu qərarına qarşı çıxdıq. Anası demişdi ki, “cavan qızsan, evlilik yaşında mən səni cəbhəyə göndərə bilmərəm”. Qardaşları da razı deyildi. Lakin, o buna məhəl qoymadı. Deyirdi, ki, “mən bu yolu seçmişəm, yolumdan dönməyəcəm”. Gülbar müharibəyə gedəndən sonra hər kəs onu çox sevməyə başladı, insanların ona rəğbəti artdı.

- Onun şəhid olması necə baş vermişdi və bu xəbəri nə vaxt almışdınız?

- Qardaşı Kərimlə yaralılar daşıyırdılar. Maşınla hərəkət edən zaman qarşılarına mərmi düşüb və partlayışdan Gülbar ağır yaralar alıb. Cəmi 15 dəqiqə yaralı qalmışdı. İnandırım sizi, kənd hamı ayağa qalxdı ki, Gülbara nə köməklik lazımdır edək. Təki ona heç nə olmasın. Amma təəssüf, heç nə etmək olmadı.

Gülbarı ağır vəziyyətdə hospitala aparmışdılar. Xəbəri bizə digər qardaşı Rəftar çatdırmışdı. Anası da xəbəri alan kimi tez ora qaçmışdı. Gülbar son dəfə gözünü açıb anasını görəndən sonra keçinmişdi. Gülbarın şəhid olması anasına çox pis təsir etmişdi. Anası Gülbarın yoxluğuna alışa bilmədi, Gülbardan sonra o da vəfat etdi. Gülbar şəhid olandan sonra bizim ailədə sevincli günlər də getdi, üzümüz gülmədi. Ondan sonra anası da, qardaşı dünyasını dəyişdi.


- Döyüş yoldaşları Gülbar xanım haqqında nələr danışırdılar?


- Onlar Gülbarın qəhrəmanlıqlarından çox danışıblar. Deyirdilər ki, Gülbar hər zaman özünü onlara sipər edirdi. “Nə olursa mənə olsun, sizə heç nə olmasın”, - deyirmiş. Döyüşçü yoldaşı Elman Quliyev 12 əməliyyatda Gülbarla birgə olub. Onun dediklərinə görə, Üryandağ əməliyyatı zamanı Gülbarla düşmənin 3 pulemyotunu, 2 avtomatını, xeyli döyüşçüsünü məhv edərək 2 meyitini ələ keçiriblər. Elman deyirdi, “arxayın idim ki, vurulsam, meyitim düşmən əlinə keçməyəcək”...

Döyüşçü yoldaşı Sadiq Əhmədov deyirdi ki, Füzulidə batalyon yaranan gündən bütün döyüş əməliyyatlarında Gülbarla bir yerdə olub. Söyləyirdi ki, Gülbar onlarla yaralı əsgəri, o cümlədən şəxsən onun özünü, güclü atəş altında ölümün cəngindən qurtarıb. O, həm kəşfiyyat apararaq düşmənin mövqeləri və texnikalarının yeri barədə topçulara düzgün koordinantlar verir, həm də rabitəçi kimi döyüşən dəstələtin arasında körpü yaradırdı. Döyüş vaxtı isə əlində avtomat əsgərlərin ön cərgəsində olurdu.

Martın 1-i Gülbarın ad günüdür. Hər il biz onun məzarını ziyarət edəndə görürük ki, bizdən qabaq çox sayda adam onun ruhunu yad etməyə gəlib. Onların hamısı Gülbara olan hörmət-xətirə görə gəlirlər.


- Onun adı sizin nəsildə kiməsə verilibmi?


- Bəli, Gülbar şəhid olandan 2 ay sonra qızım dünyaya gəldi, qayınım “Gülbarın adı evdən çıxmasın”,- dedi. Buna görə də qardaşının qızına Gülbarın adını verdik. Qızım bibisi Gülbarın adını layiqincə daşıyır.

- Gülbar xanımın adını əbədiləşdirmək üçün hansı işlər görülüb və siz bununla bağlı nələr istərdiniz?

- Gülbarın adına bulaq kompleksi açılıb. Onun haqqında mətbuatda bir neçə dəfə məqalə dərc olunub. Haqqında film çəkilib.

- Anasının Gülbarla bağlı istəyi nə idi?

- Anası bu dünyadan Gülbarın həsrəti ilə köçdü. O, istəyirdi Gülbara “Milli Qəhrəman” adı verilsin, lakin buna nail ola bilmədik. Hər zaman deyirdi, “Gülbarın haqqını vermədilər”.
Gülbarın sağlığında göstərdiyi misilsiz igidlikləri nəzərə alan komandirləri ona “Milli Qəhrəman” adının verilməsi üçün yuxarı instansiyalara təqdimat göndərmişdi. Təəssüf ki, həmin təqdimat Müdafiə Nazirliyində it-bata düşdü.

- Gülbar xanımın hansısa əşyaları yadigar qalıb?

- Bəli, onun çemodanı yadigar qalıb, içində şəkilləri, yazdığı yazılar, dəftər və jurnallar var. Onun paltarı da qalmışdı, dedilər ki, evdə ölən birnin paltarını saxlamaq düzgün deyil. Biz də evdən çıxartdıq...




 








XƏBƏR LENTİ

19.09.2024 | 18:54
Ukrayna və Rusiya Azərbaycanın vasitəçiliyinə RAZIDIR

19.09.2024 | 18:51
Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

19.09.2024 | 18:49
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

19.09.2024 | 18:32
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”

19.09.2024 | 18:30
MEK oxucuları üçün videotəlimat hazırladı

19.09.2024 | 18:02
Prezident və oğlu Kəngərlidə bərpa işləri ilə tanış oldular - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 17:59
İlham Əliyev oğlu ilə birlikdə Ağdama getdi - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 16:53
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edildi

19.09.2024 | 16:51
Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür

19.09.2024 | 16:49
EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə jurnalistlər üçün seminar keçirilib

19.09.2024 | 16:29
Azərbaycanda məşhur taksi şirkəti cəzalandırıldı

19.09.2024 | 16:10
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub

19.09.2024 | 15:50
Prezident İlham Əliyev Xankəndidə

19.09.2024 | 15:40
Xankəndidə “Bulud” hotelinin açılışı oldu

19.09.2024 | 15:38
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

19.09.2024 | 15:32
“İmarət” stadionunun təməli qoyuldu

19.09.2024 | 15:29
Dini Komitənin sədri Şəhidlər məscidini ziyarət edib

19.09.2024 | 15:28
Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

19.09.2024 | 15:11
Hakan Fidan BRICS, Suriya, kibertəhlükəsizlik və soyuq müharibə BARƏDƏ

19.09.2024 | 15:07
Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç BÖLGƏ

19.09.2024 | 14:51
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

19.09.2024 | 14:27
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

19.09.2024 | 14:12
8 tüfəng polisə könüllü təhvil verildi

19.09.2024 | 14:02
Qayınanasının taleyini yaşayan gəlin, 40-a çata bilməyən ata-oğul

19.09.2024 | 14:01
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

19.09.2024 | 14:00
Sərhədi qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanıldı

19.09.2024 | 13:59
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19.09.2024 | 13:56
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

19.09.2024 | 13:02
Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

19.09.2024 | 12:58
Oğurladığı bank kartı ilə alış-veriş etdi

19.09.2024 | 12:57
“Kitab köşkü” – “AzerGold” QSC-dən daha bir maarifləndirici layihə-Fotolar

19.09.2024 | 12:43
Sabah Azərbaycanda iş günü deyil? - Rəsmi CAVAB

19.09.2024 | 12:40
Rəsmi Bakıdan İrəvana tutarlı CAVAB

19.09.2024 | 12:26
İcma dövlətləri Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıdışını dəstəkləməyə çağırıb

19.09.2024 | 12:25
Nazir: Türkiyədə terrorun kökünü kəsəcəyik

19.09.2024 | 12:20
Rusiyada qeyri-qanuni yaşayan miqrantlar : azərbaycanlılar ilk beşlikdədir...

19.09.2024 | 12:10
İlham Əliyevlə Heydər Əliyev Ağdamın Kəngərli kəndində

19.09.2024 | 12:00
Gələn il Azərbaycanda pensiya və maaşlar ARTA BİLƏR

19.09.2024 | 11:57
Vergidən şikayətlər 20 faiz azalıb

19.09.2024 | 11:55
Prezidentlə oğlu Ağdamda kəndin təməlini qoydu

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30