Ukraynanı istefa dalğası bürüyüb. Bu gün çox sayda nazir Ali Radaya istefa ərizəsi təqdim ediblər

Image




Ukraynanı istefa dalğası bürüyüb. Bu gün çox sayda nazir Ali Radaya istefa ərizəsi təqdim ediblər.

“Gununeberı.az ” xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

“Ukrayinska Pravda” nəşri öz mənbələrinə istinadən yazır ki, Dmitri Kuleba Ukraynanın xarici işlər naziri vəzifəsindən azad edilə bilər. Onun yerinə müavini Andrey Sibiqanın namizədliyinə baxılır.

İlkin məlumatlara görə, strateji sahələr üzrə naziri Aleksandr Kamışin, ədliyyə naziri Denis Malyuska, ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Ruslan Strelets, Dövlət Əmlakı Fondunun rəhbəri Vitali Koval Ali Radaya istefa ərizəsi təqdim ediblər.

Həmçinin Ukrayna baş nazirinin müavini, reinteqrasiya naziri İrina Vereşçuk və baş nazirin Avropa və Avroatlantika inteqrasiyası üzrə müavini Olqa Stefanişinanın da istefa verdiyi bildirilib.

Bütün müraciətlərə növbəti plenar iclaslardan birində baxılacaq.

Bundan başqa bildirilir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna prezidentinin ofisində də dəyişikliklər olacağını deyib. 

“Payız ölkə üçün son dərəcə əhəmiyyətli olacaq, ona görə də hökumətdə bəzi sahələri gücləndirmək lazımdır”, - o çıxışında bildirib.

Qeyd edək ki, 2020-ci il martın 4-də Ali Rada Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib, Denis Malyuska Ukraynanın ədliyyə naziri təyin edilib.

Ruslan Strelets 14 aprel 2022-ci ildə ekologiya və təbii sərvətlər naziri vəzifəsini daşıyır.

Aleksandr Kamışin isə 2023-cü il martın 21-də Ukraynanın strateji sənaye naziri təyin olunub. O, həm də Prezident Volodimir Zelenskinin müşaviri vəzifəsini tutur. 

İrina Vereşçuk da postuna 4 noyabr 2021 ildə təyin olunub. O, bu vəzifədə Oleksii Reznikovu əvəzləyib. Olqa Stefanişina da 4 iyun 2020-ci ildə indiki potuna gətirilib.

Vitali Koval 2023-cü il noyabrın 21-dən Dövlət Əmlak Fondunun rəhbəri vəzifəsindədir. Dimitri Kuleba isə 4 mart 2020-ci ildən ölkənin XİN rəhbəri vəzifəsini icra edir.

Xatırladaq ki, Ukrayna Ali Radasında prezidentyönlü “Xalqın qulluqçusu” partiyasının lideri David Araxamia ölkənin Nazirlər Kabinetinin 50%-dən çoxunda dəyişiklik ediləcəyini açıqlayıb.

Fotoda Aleksandr Kamışin

Fotoda Denis Malyuska

637

Fotoda Ruslan Strelets

Fotoda Vitali Koval

Fotoda İrina Vereşçuk

Fotoda Olqa Stefanişina

Fotoda Dmitri Kuleba 

Fotoda Andrey Sibiqan








XƏBƏR LENTİ

19.09.2024 | 18:54
Ukrayna və Rusiya Azərbaycanın vasitəçiliyinə RAZIDIR

19.09.2024 | 18:51
Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

19.09.2024 | 18:49
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

19.09.2024 | 18:32
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”

19.09.2024 | 18:30
MEK oxucuları üçün videotəlimat hazırladı

19.09.2024 | 18:02
Prezident və oğlu Kəngərlidə bərpa işləri ilə tanış oldular - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 17:59
İlham Əliyev oğlu ilə birlikdə Ağdama getdi - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 16:53
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edildi

19.09.2024 | 16:51
Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür

19.09.2024 | 16:49
EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə jurnalistlər üçün seminar keçirilib

19.09.2024 | 16:29
Azərbaycanda məşhur taksi şirkəti cəzalandırıldı

19.09.2024 | 16:10
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub

19.09.2024 | 15:50
Prezident İlham Əliyev Xankəndidə

19.09.2024 | 15:40
Xankəndidə “Bulud” hotelinin açılışı oldu

19.09.2024 | 15:38
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

19.09.2024 | 15:32
“İmarət” stadionunun təməli qoyuldu

19.09.2024 | 15:29
Dini Komitənin sədri Şəhidlər məscidini ziyarət edib

19.09.2024 | 15:28
Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

19.09.2024 | 15:11
Hakan Fidan BRICS, Suriya, kibertəhlükəsizlik və soyuq müharibə BARƏDƏ

19.09.2024 | 15:07
Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç BÖLGƏ

19.09.2024 | 14:51
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

19.09.2024 | 14:27
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

19.09.2024 | 14:12
8 tüfəng polisə könüllü təhvil verildi

19.09.2024 | 14:02
Qayınanasının taleyini yaşayan gəlin, 40-a çata bilməyən ata-oğul

19.09.2024 | 14:01
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

19.09.2024 | 14:00
Sərhədi qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanıldı

19.09.2024 | 13:59
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19.09.2024 | 13:56
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

19.09.2024 | 13:02
Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

19.09.2024 | 12:58
Oğurladığı bank kartı ilə alış-veriş etdi

19.09.2024 | 12:57
“Kitab köşkü” – “AzerGold” QSC-dən daha bir maarifləndirici layihə-Fotolar

19.09.2024 | 12:43
Sabah Azərbaycanda iş günü deyil? - Rəsmi CAVAB

19.09.2024 | 12:40
Rəsmi Bakıdan İrəvana tutarlı CAVAB

19.09.2024 | 12:26
İcma dövlətləri Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıdışını dəstəkləməyə çağırıb

19.09.2024 | 12:25
Nazir: Türkiyədə terrorun kökünü kəsəcəyik

19.09.2024 | 12:20
Rusiyada qeyri-qanuni yaşayan miqrantlar : azərbaycanlılar ilk beşlikdədir...

19.09.2024 | 12:10
İlham Əliyevlə Heydər Əliyev Ağdamın Kəngərli kəndində

19.09.2024 | 12:00
Gələn il Azərbaycanda pensiya və maaşlar ARTA BİLƏR

19.09.2024 | 11:57
Vergidən şikayətlər 20 faiz azalıb

19.09.2024 | 11:55
Prezidentlə oğlu Ağdamda kəndin təməlini qoydu

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30