Bu tarixdə Moskvaya birinci qar yağacaq
Moskvada ilk qarın noyabrın əvvəlində yağacağı gözlənilir.
Gununxeberi.az xəbər verir ki, bu barədə sinoptiklərə istinadən "Moskva Now Telegram" kanalı məlumat yayıb.
Qeyd olunub ki, bu ilin sentyabr ayında havalar ötən ilin eyni dövründəki havalardan daha isti keçəcək. Mütəxəssislər yağışın 1,5 dəfə az yağacağını bildirirlər.
Oktyabrda Moskvaya soyuq hava dalğası gələcək. Noyabr bir il əvvəlki kimi soyuq olmayacaq, lakin bu ayda çoxlu yağış və qar gözlənilir.