Kolonoskopiya müayinəsi icbari tibbi sığorta ilə qarşılanır

Image


Kolonoskopiya yoğun bağırsağın endoskopik müayinəsidir. İcbari tibbi sığorta hesabına 2024-cü ilin ilk 6 ayı ərzində 7421 sayda kolonoskopiya müayinəsi icra olunub.

Təkrarlanan qarın ağrısı, qəbizlik və ishal halları, nəcisdə qan görülməsi, səbəbsiz çəki itirilməsi, dəmir defisitli anemiya və s. kimi simptomlar bu müayinə metodu üçün göstəriş hesab oluna bilər. 

Yoğun bağırsağın müayinəsi məqsədilə rentgen, KT, nəcis analizi və digər müayinələr edilə bilər. Bu müayinələr həzm sisteminin vəziyyəti barədə bir sıra məlumatlar versə də, kolonoskopiya qədər dəqiq nəticələr əldə etmək mümkün olmur. 

Kolonoskopiya zamanı ucunda işıqlı kamera olan rezin boru vasitəsilə yoğun bağırsaq vizual (videogörüntülü) müayinə edilir. Bu da iltihabi bağırsaq xəstəlikləri, yoğun bağırsaq qanamaları və xərçəngin aşkarlanmasına imkan verir. Kolonoskopiya ilə diaqnozun dəqiqləşdirilməsi, həmçinin cərrahi müdaxilələrin icrası mümkündür. Məsələn, kolonoskopiya bağırsaqda poliplər aşkarlandığı halda onların kəsilərək götürülməsinə, bağırsaq divarında patologiya aşkar edildikdə şübhəli sahələrdən bioptat götürməyə və digər prosedurları icra etməyə imkan verir. Bu da xəstəliklərin erkən aşkarlanmasına dəstək olaraq xərçəngin qarşısının alınmasına yardımçı olur. 40 yaşdan yuxarı hər kəsə xərçəng xəstəliyinin profilaktikası üçün kolonoskopiya müayinəsi məsləhət görülür. Kolonoskopiya zamanı patoloji hal aşkar edilmədikdə pasiyentə 5 ildən bir profilaktik müayinə məsləhət görülür. Qeyd edək ki, şübhəli sahələrin biopsiyası və götürülən materialın histoloji müayinəsi də icbari tibbi sığorta hesabına aparılır. 

Kolonoskopiyaya pasiyent öncədən hazırlanmalıdır. Müayinədən 1 gün əvvəl qastroenteroloqun təyin etdiyi dərmanla pasiyentin bağırsağı təmizlənməli və ya müayinə günü imalə olunmalıdır. Kolonoskopiya təxminən 15-60 dəqiqə aralığında davam edir. Pasiyentin rahat kolonoskopiya olması üçün prosedur sedasiya (anesteziya) ilə icra edilir. Anesteziyanın təsiri aradan qalxana qədər pasiyent (1 saata kimi) müşahidə altında saxlanıldıqdan sonra xəstəxanadan çıxa bilər. Vurğulayaq ki, kolonoskopiya zamanı istifadə olunan anesteziya xidməti icbari tibbi sığorta ilə qarşılanır. 

Kolonoskopiya TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, Səhiyyə Nazirliyinin tabeliyindəki elmi-tədqiqat institutlarında və Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrində tibbi göstəriş əsasında ixtisaslı həkim təyinatı ilə icra olunur.

 








XƏBƏR LENTİ

19.09.2024 | 18:54
Ukrayna və Rusiya Azərbaycanın vasitəçiliyinə RAZIDIR

19.09.2024 | 18:51
Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

19.09.2024 | 18:49
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

19.09.2024 | 18:32
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”

19.09.2024 | 18:30
MEK oxucuları üçün videotəlimat hazırladı

19.09.2024 | 18:02
Prezident və oğlu Kəngərlidə bərpa işləri ilə tanış oldular - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 17:59
İlham Əliyev oğlu ilə birlikdə Ağdama getdi - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 16:53
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edildi

19.09.2024 | 16:51
Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür

19.09.2024 | 16:49
EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə jurnalistlər üçün seminar keçirilib

19.09.2024 | 16:29
Azərbaycanda məşhur taksi şirkəti cəzalandırıldı

19.09.2024 | 16:10
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub

19.09.2024 | 15:50
Prezident İlham Əliyev Xankəndidə

19.09.2024 | 15:40
Xankəndidə “Bulud” hotelinin açılışı oldu

19.09.2024 | 15:38
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

19.09.2024 | 15:32
“İmarət” stadionunun təməli qoyuldu

19.09.2024 | 15:29
Dini Komitənin sədri Şəhidlər məscidini ziyarət edib

19.09.2024 | 15:28
Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

19.09.2024 | 15:11
Hakan Fidan BRICS, Suriya, kibertəhlükəsizlik və soyuq müharibə BARƏDƏ

19.09.2024 | 15:07
Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç BÖLGƏ

19.09.2024 | 14:51
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

19.09.2024 | 14:27
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

19.09.2024 | 14:12
8 tüfəng polisə könüllü təhvil verildi

19.09.2024 | 14:02
Qayınanasının taleyini yaşayan gəlin, 40-a çata bilməyən ata-oğul

19.09.2024 | 14:01
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

19.09.2024 | 14:00
Sərhədi qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanıldı

19.09.2024 | 13:59
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19.09.2024 | 13:56
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

19.09.2024 | 13:02
Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

19.09.2024 | 12:58
Oğurladığı bank kartı ilə alış-veriş etdi

19.09.2024 | 12:57
“Kitab köşkü” – “AzerGold” QSC-dən daha bir maarifləndirici layihə-Fotolar

19.09.2024 | 12:43
Sabah Azərbaycanda iş günü deyil? - Rəsmi CAVAB

19.09.2024 | 12:40
Rəsmi Bakıdan İrəvana tutarlı CAVAB

19.09.2024 | 12:26
İcma dövlətləri Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıdışını dəstəkləməyə çağırıb

19.09.2024 | 12:25
Nazir: Türkiyədə terrorun kökünü kəsəcəyik

19.09.2024 | 12:20
Rusiyada qeyri-qanuni yaşayan miqrantlar : azərbaycanlılar ilk beşlikdədir...

19.09.2024 | 12:10
İlham Əliyevlə Heydər Əliyev Ağdamın Kəngərli kəndində

19.09.2024 | 12:00
Gələn il Azərbaycanda pensiya və maaşlar ARTA BİLƏR

19.09.2024 | 11:57
Vergidən şikayətlər 20 faiz azalıb

19.09.2024 | 11:55
Prezidentlə oğlu Ağdamda kəndin təməlini qoydu

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30