ABŞ-nin Viskonsin ştatında vitse-prezidentliyə namizəd Tim Uoltsun kortejindən bir neçə avtomobilin iştirakı ilə qəza baş verib, bir neçə nəfər xəsarət alıb.
"Gununxeberi.az " xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, yaralılar xəstəxanaya yerləşdirilib.
Qəza zamanı yalnız media nümayəndələrini və işçiləri daşıyan avtomobillərə ziyan dəyib, vitse-prezidentliyə namizədin xəsarət almadığı qeyd edilir.