Müstəqilliyimizin təməl daşları Naxçıvanda qoyulmuşdur

Image


       Güclü dövlətin iki mühüm təminatı mövcuddur – xalq tərəfindən dəstəklənən mütərəqqi ideologiya və bu ideologiyanın daşıyıcısı olan xarizmatik lider. Ümummilli liderimiz Heydər Əliyevin siyasi fəaliyyətində də bu iki amil vəhdət təşkil etmiş, Heydər Əliyev – xalq, xalq – Heydər Əliyev birliyi Azərbaycanı üzləşdiyi bəlalardan xilas etmiş, güclü və qüdrətli Azərbaycan Respublikası yaradılmışdır. Ötən əsrin sonlarına doğru Sovet İttifaqının süquta uğraması ictimai-siyasi vəziyyəti  ağırlaşdırmışdı. Həmin dövrdə cərəyan edən ölkədaxili və regional siyasi proseslər Azərbaycanı da uçurumun bir addımlığına gətirib çıxarmış, Ermənistanın ölkəmizə qarşı əsassız torpaq iddialarına rəvac vermişdi. Ölkədən təcrid olunmuş, blokada şəraitində yaşayan Naxçıvan isə taleyin ümidinə buraxılmışdı. Yaranmış vəziyyətdən istifadə edən Ermənistan siyasi və hərbi təzyiqlərini getdikcə artırırdı. Vəziyyətin bu qədər gərgin olmasına baxmayaraq, Naxçıvanda əhali bütün sahələrdə çətinliklərə müqavimət göstərir, muxtar respublikanın ərazi bütövlüyünü qorumaq üçün mərdliklə mübarizə aparırdı. Bu cür çətin, mürəkkəb və məsuliyyətli məqamda Ulu Öndərimiz Heydər Əliyev kimi böyük və zəngin həyat məktəbi keçmiş təcrübəli dövlət xadiminin Azərbaycana qayıdışı, 1990-cı il iyulun 22-də Naxçıvana gəlməsi, qısa bir müddət sonra – 1990-cı il sentyabrın 30-da Azərbaycan və Naxçıvan parlamentlərinə keçirilən seçkilərdə 340 nömrəli Nehrəm Seçki Dairəsindən Azərbaycan parlamentinə, 2 nömrəli Seçki Dairəsindən isə Naxçıvan parlamentinə deputat seçilməsi xalq tərəfindən böyük sevinclə qarşılandı.

        Tarixi şəxsiyyətlər mənsub olduğu xalqın yaddaşında hər zaman yaşayır. Ancaq elə şəxsiyyətlər də var ki, onların xidmətləri daha fenomenal xarakter daşıyır.   Bu mənada xalqımızın Ümummilli lideri Heydər Əliyevin siyasi fəaliyyəti, sadəcə, bir ölkə üçün yox, həm də bəşəri dəyərləri ilə seçilir.  1991-ci il sentyabrın 3-də  Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada xalqımızın xilaskarı,  müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı,  Ümummilli liderimiz Heydər Əliyev Ali Məclisin Sədri seçildi. Nəzərə alaq ki, ötən əsrin 90-cı illərində Naxçıvan ətraf aləmdən təkcə iqtisadi və sosial bağları qoparılmış bölgə deyildi. Həmçinin sərhədlərinin böyük bir hissəsi boyunca düşmən hücumlarının hədəfinə çevrilmiş bir Vətən parçası idi. Buna görə də Türk dünyasının böyük oğlu Ali Məclisin Sədri vəzifəsinin icrasına başlayandan cəmi 4 gün sonra – 1991-ci il sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında Qərar qəbul etmişdir. Bu qərar Naxçıvanın müdafiəsinin gücləndirilməsi istiqamətində atılan ilk addım oldu. Sonrakı dövrlərdə qəbul edilmiş tarixi qərarlarla Naxçıvanda yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların muxtar respublikada saxlanılması təmin olunmuşdur. 

        Naxçıvan Muxtar Respublikası bu gün bütün Dövlət proqramlarının, infrastruktur layihələrinin uğurla həyata keçirilməsi sayəsində bir sıra mühüm göstəricilər üzrə iqtisadi təhlükəsizliyini təmin etmiş, mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilmişdir. Son illər rayon mərkəzlərindən ucqar dağ kəndlərinədək hər yerdə aparılan genişmiqyaslı quruculuq işləri qədim Naxçıvanın hüsnünü daha da gözəlləşdirmiş, enerji, ərzaq və müdafiə təhlükəsizliyi təmin olunmuşdur. Həyata keçirilən iqtisadi islahatlar qısa tarixi dövr ərzində muxtar respublikada makroiqtisadi sabitliyin bərqərar olunmasını təmin etmiş, iqtisadiyyatın dinamik inkişafına təkan vermiş və əhalinin həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdır. Naxçıvan Muxtar Respublikası müstəqil Azərbaycanın yeni tipli məktəblərə, səhiyyə ocaqlarına, yeni texnologiya ilə təchiz olunmuş sənaye müəssisələrinə, hər qarış torpağı əkilib-becərilən kənd təsərrüfatına malik inkişaf etmiş qabaqcıl diyarına çevrilmişdir. Ötən dövrdə müdafiə, ərzaq və enerji təhlükəsizliyinin təmin olunması sahəsində böyük işlər görülmüşdür. Kənd təsərrüfatı və xidmət sahələrində müasir texnologiyalara əsaslanan yeni istehsal və xidmət müəssisələrinin fəaliyyətə başlaması, aqrar sənayenin inkişafının dəstəklənməsi Naxçıvanın ixrac potensialını artırmışdır. Bütün bunlar Azərbaycanın inkişaf strategiyasının əsasını təşkil edən Heydər Əliyev yolunun Naxçıvan reallıqlarıdır. Heydər Əliyev Günəşi, bütövlükdə, Azərbaycanın və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının böyük sabahlara gedən yollarına gur işıq salır.

      Rüfət Əhmədov,

      Pirallahhı Rayon İcra Hakimiyyətinin əməkdaşı

 








XƏBƏR LENTİ

19.09.2024 | 18:54
Ukrayna və Rusiya Azərbaycanın vasitəçiliyinə RAZIDIR

19.09.2024 | 18:51
Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

19.09.2024 | 18:49
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

19.09.2024 | 18:32
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”

19.09.2024 | 18:30
MEK oxucuları üçün videotəlimat hazırladı

19.09.2024 | 18:02
Prezident və oğlu Kəngərlidə bərpa işləri ilə tanış oldular - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 17:59
İlham Əliyev oğlu ilə birlikdə Ağdama getdi - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 16:53
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edildi

19.09.2024 | 16:51
Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür

19.09.2024 | 16:49
EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə jurnalistlər üçün seminar keçirilib

19.09.2024 | 16:29
Azərbaycanda məşhur taksi şirkəti cəzalandırıldı

19.09.2024 | 16:10
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub

19.09.2024 | 15:50
Prezident İlham Əliyev Xankəndidə

19.09.2024 | 15:40
Xankəndidə “Bulud” hotelinin açılışı oldu

19.09.2024 | 15:38
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

19.09.2024 | 15:32
“İmarət” stadionunun təməli qoyuldu

19.09.2024 | 15:29
Dini Komitənin sədri Şəhidlər məscidini ziyarət edib

19.09.2024 | 15:28
Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

19.09.2024 | 15:11
Hakan Fidan BRICS, Suriya, kibertəhlükəsizlik və soyuq müharibə BARƏDƏ

19.09.2024 | 15:07
Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç BÖLGƏ

19.09.2024 | 14:51
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

19.09.2024 | 14:27
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

19.09.2024 | 14:12
8 tüfəng polisə könüllü təhvil verildi

19.09.2024 | 14:02
Qayınanasının taleyini yaşayan gəlin, 40-a çata bilməyən ata-oğul

19.09.2024 | 14:01
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

19.09.2024 | 14:00
Sərhədi qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanıldı

19.09.2024 | 13:59
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19.09.2024 | 13:56
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

19.09.2024 | 13:02
Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

19.09.2024 | 12:58
Oğurladığı bank kartı ilə alış-veriş etdi

19.09.2024 | 12:57
“Kitab köşkü” – “AzerGold” QSC-dən daha bir maarifləndirici layihə-Fotolar

19.09.2024 | 12:43
Sabah Azərbaycanda iş günü deyil? - Rəsmi CAVAB

19.09.2024 | 12:40
Rəsmi Bakıdan İrəvana tutarlı CAVAB

19.09.2024 | 12:26
İcma dövlətləri Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıdışını dəstəkləməyə çağırıb

19.09.2024 | 12:25
Nazir: Türkiyədə terrorun kökünü kəsəcəyik

19.09.2024 | 12:20
Rusiyada qeyri-qanuni yaşayan miqrantlar : azərbaycanlılar ilk beşlikdədir...

19.09.2024 | 12:10
İlham Əliyevlə Heydər Əliyev Ağdamın Kəngərli kəndində

19.09.2024 | 12:00
Gələn il Azərbaycanda pensiya və maaşlar ARTA BİLƏR

19.09.2024 | 11:57
Vergidən şikayətlər 20 faiz azalıb

19.09.2024 | 11:55
Prezidentlə oğlu Ağdamda kəndin təməlini qoydu

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30