Heydər Əliyev Naxçıvanda Azərbaycanın müstəqilliyinin təməlini qoydu

Image



Dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan  Heydər Əliyev öz mənalı həyatını bütövlükdə doğma xalqına, millətinə, vətəninə, dövlətinə  həsr etmişdir. “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”- deyən qəlbi doğma Azərbaycanla bir vuran Ümummilli lider bütün dünya azərbaycanlılarına azərbaycançılıq ideologiyasına sadiqliyi, xalqımıza xas olan adət-ənənələrimizi yaşatmağı, təbliğ etməyi tövsiyə edirdi. - “Bizim hamımızın bir vətəni var-bu Azərbaycandır. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycançılığını, öz dilini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır”.


Xalqını, vətənini canından artıq sevən böyük siyasətçi Heydər Əliyev Azərbaycanda “20 Yanvar” faciəsi törədilən gün hər bir təhlükəni göz önünə alaraq, heç nədən çəkinmədən oğlu İlham Əliyevlə birgə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedərək, respublikada “20 Yanvar” faciəsini törətmiş Sovet İttifaqı rəhbərliyini ittiham edən cəsarətli bəyanatla çıxış etdi. Bununla da xalqının ağır günündə onun yanında olduğunu bir daha sübut etdi.


Respublikanın ağır günlərində xalqla birgə olub, vətəni, xalqı xilas etmək üçün doğma Azərbaycana üz tutdu.


Lakin Azərbaycanda siyasi vəziyyətin olduqca gərgin və onlar üçün çıxılmaz olduğunu hələ anlamayan, hakimiyyəti heç cür əldən vermək istəməyən bir sıra qüvvələr dahi şəxsiyyətə Bakıya daxil olmağa imkan vermədilər.


Hava limanından birbaşa Naxçıvan Muxtar Respublikasına üz tutan Heydər Əliyev 3 sentyabr 1991-ci ildə həm deputatların, həm də minlərlə muxtar respublika sakininin tələbi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildi. Dahi rəhbər ağır şəraitdə - soyuq, qaranlıq iş otağında xalqı, dövləti üçün fədakarcasına çalışdı.


Blokada şəraitində olan Muxtar Respublikanın inkişafı və sabitliyinin davamlılığını təmin etmək üçün regional və beynəlxalq əlaqələrin formalaşdırılması, eləcə də inkişafı yönündə mühüm addımlar atıldı. Türkiyə və İranla qarşılıqlı əməkdaşlığa və tərəfdaşlığa əsaslanan ilk rəsmi təmaslar təşkil olundu. 


24 mart 1992-ci il tarixdə Ankarada Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Cumhuriyyəti arasında işbirliyi protokolunun imzalanması bu baxımdan müstəsna əhəmiyyətə malikdir.


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ümummilli Lider Heydər Əliyevi xatırlayaraq deyir: “Heydər Əliyev Azərbaycanın xoşbəxtliyi və firavanlığı, bölgədə və dünyada sülh naminə göstərdiyi fövqəladə xidmətlərlə türk və dünya tarixində şərəfli yer tutmuşdur.”


Məhz 17 noyabr 1990-cı ildə keçirilən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilmişdir.


Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın  Azərbaycanın  rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsadət qaldırmışdır. 1991-ci ilin fevral ayının 5-də həmin  vəsadətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət bayrağı elan etmişdir. 


“Mən belə bir fikirdəyəm ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı.


Naxçıvan Muxtar Respublikası üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı” – deyə xalqın iradəsini yerinə yetirən Heydər Əliyev qeyd edirdi.


Bunlarla yanaşı, Naxçıvan Muxtar Sovet Sosialist Respublikası adından “Sovet” və “Sosialist” sözləri çıxarıldı. Naxçıvan Kommunist Partiyasının fəaliyyəti dayandırıldı. Eyni zamanda Sover ordusunun əsgərləri Naxçıvan Muxtar Respublikasından çıxarıldı.


Dahi şəxsiyyət, dünya şöhrətli siyasətçi Heydər Əliyev demək olar ki, elə burada Azərbaycanın müstəqilliyinin təməlini qoydu.


Bu da taleyin bir hökmü, bir qisməti idi. 


Respublikada vəziyyət olduqca ağır idi. Bir yandan xaricdən, bir yandan isə daxildən təxribatlar törədilirdi. Həmin vaxtı hakimiyyətdə olan Xalq Cəbhəsinin nümayəndələri xalqı idarə edə bilmirdi. Ölkə vətəndaş müharibəsi ərəfəsində idi.   Rayon və kəndlərimiz erməni silahlı qüvvələri tərəfindən işğal edilirdi. Yerli sakinlər öz doğma yurd-yuvalarından didərgin düşürdülər. Azərbaycana qarşı əsassız torpaq iddiasında olan ermənilər təxribatlara əl atırdılar. Naxçıvan isə blokada şəraitində yaşayırdı. Məhz Heydər Əliyevin ağıllı, uzaqgörən siyasəti nəticəsində Naxçıvanda sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı, sabitlik təmin edildi. Naxçıvan Ulu öndərimizin iradəsi və siyasi zəkası sayəsində ayaqda durdu və bütün çətinliklərə sinə gərdi. 


Ümummilli Liderimiz xalqı bu ağır çətinliklərdən çıxarmaq üçün milli birliyə nail olmağın zəruri olduğunu bildirdi. Odur ki, Heydər Əliyev Naxçıvan Ali Məclisinin 16 dekabr 1991-ci il tarixli iclasında dünya Azərbaycanlılarına üz tutdu, onları birliyə, həmrəyliyə səslədi. 

“31 dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü” haqqında qərar qəbul edildi.


Siyasi-ideoloji baxımdan böyük əhəmiyyət kəsb edən bu hadisə azərbaycançılıq ideologiyasının təbliği və ümumxalq birliyinin təmin edilməsi baxımından önəmlidir. Lakin ölkədə vəziyyət  gərgin olaraq qalırdı. Dövlətçiliyi qoruyub saxlamaq üçün təcrübəli, qətiyyətli siyasi lider lazım idi. Azərbaycan xalqı vətənimizi bu çıxılmaz vəziyyətdən  çıxara biləcək böyük, dünya şöhrətli  siyasətçi fenomenal biliyə, bacarığa malik olan Heydər Əliyevə müraciət etdi.


Heydər Əliyev milyonlarla həmvətənlisinin arzusunu ifadə edərək 1993-cü ildə Bakıya gəldi: “Bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim... Xalqın bu əhval-ruhiyyəsini, tələblərini nəzərə alaraq bütün məsələləri götür-qoy etdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi, bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”- dedi və xalqın etimadını doğrultdu Ulu Öndər Heydər Əliyev.



Şəhla Ağbulud

“Abşeron” qəzetinin baş redaktoru








XƏBƏR LENTİ

19.09.2024 | 18:54
Ukrayna və Rusiya Azərbaycanın vasitəçiliyinə RAZIDIR

19.09.2024 | 18:51
Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

19.09.2024 | 18:49
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

19.09.2024 | 18:32
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”

19.09.2024 | 18:30
MEK oxucuları üçün videotəlimat hazırladı

19.09.2024 | 18:02
Prezident və oğlu Kəngərlidə bərpa işləri ilə tanış oldular - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 17:59
İlham Əliyev oğlu ilə birlikdə Ağdama getdi - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 16:53
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edildi

19.09.2024 | 16:51
Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür

19.09.2024 | 16:49
EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə jurnalistlər üçün seminar keçirilib

19.09.2024 | 16:29
Azərbaycanda məşhur taksi şirkəti cəzalandırıldı

19.09.2024 | 16:10
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub

19.09.2024 | 15:50
Prezident İlham Əliyev Xankəndidə

19.09.2024 | 15:40
Xankəndidə “Bulud” hotelinin açılışı oldu

19.09.2024 | 15:38
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

19.09.2024 | 15:32
“İmarət” stadionunun təməli qoyuldu

19.09.2024 | 15:29
Dini Komitənin sədri Şəhidlər məscidini ziyarət edib

19.09.2024 | 15:28
Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

19.09.2024 | 15:11
Hakan Fidan BRICS, Suriya, kibertəhlükəsizlik və soyuq müharibə BARƏDƏ

19.09.2024 | 15:07
Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç BÖLGƏ

19.09.2024 | 14:51
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

19.09.2024 | 14:27
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

19.09.2024 | 14:12
8 tüfəng polisə könüllü təhvil verildi

19.09.2024 | 14:02
Qayınanasının taleyini yaşayan gəlin, 40-a çata bilməyən ata-oğul

19.09.2024 | 14:01
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

19.09.2024 | 14:00
Sərhədi qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanıldı

19.09.2024 | 13:59
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19.09.2024 | 13:56
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

19.09.2024 | 13:02
Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

19.09.2024 | 12:58
Oğurladığı bank kartı ilə alış-veriş etdi

19.09.2024 | 12:57
“Kitab köşkü” – “AzerGold” QSC-dən daha bir maarifləndirici layihə-Fotolar

19.09.2024 | 12:43
Sabah Azərbaycanda iş günü deyil? - Rəsmi CAVAB

19.09.2024 | 12:40
Rəsmi Bakıdan İrəvana tutarlı CAVAB

19.09.2024 | 12:26
İcma dövlətləri Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıdışını dəstəkləməyə çağırıb

19.09.2024 | 12:25
Nazir: Türkiyədə terrorun kökünü kəsəcəyik

19.09.2024 | 12:20
Rusiyada qeyri-qanuni yaşayan miqrantlar : azərbaycanlılar ilk beşlikdədir...

19.09.2024 | 12:10
İlham Əliyevlə Heydər Əliyev Ağdamın Kəngərli kəndində

19.09.2024 | 12:00
Gələn il Azərbaycanda pensiya və maaşlar ARTA BİLƏR

19.09.2024 | 11:57
Vergidən şikayətlər 20 faiz azalıb

19.09.2024 | 11:55
Prezidentlə oğlu Ağdamda kəndin təməlini qoydu

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30