Dairəsinin lider xanımları... - İlk dəfə seçilirlər

Image





Xəbər verdiyimiz kimi, Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərinin ilkin nəticələri açıqlanıb.

“Qafqazinfo”nun məlumatına görə, nəticələr seçki məntəqələrinin 91 faizini təşkil edib ki, bu da məsələnin böyük ölçüdə həlli deməkdir.

Açıqlanan lider namizədlər arasında ilk dəfə deputatlığa namizəd olan və seçilən xanımların da adına rast gəlmək mümkündür.

Bunlardan biri 13 saylı Xəzər İkinci Seçki Dairəsindən lider olan Paşayeva Gülşən Məmmədəli qızıdır. O, ilkin nəticələrə görə seçicilərin 48.5 faizinin səsini qazanıb.

Gülşən Məmmədəli qızı Paşayeva 1 avqust 1961-ci ildə Bakıda anadan olub. O, 2009-cu ildə Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri vəzifəsində işləyib, iki il sonra mərkəzə direktor müavini təyin olunub. 2018-ci ildən Prezident Administrasiyasında baş məsləhətçi vəzifəsində fəaliyyətə başlayan Gülşən Paşayeva bir il sonra Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü təyin edilib. G.Paşayeva 2018-ci ildə eyni gündə həm atasını, həm də anasını itirmişdi.

Öz dairəsində lider olan xanımlardan biri də Günay Əfəndiyevadır. 14 saylı Xəzər-Pirallahi Seçki Dairəsindən namizədliyini irəli sürmüş xanım Əfəndiyeva 49.5 faiz səs toplayıb.

Günay Əfəndiyeva Azərbaycanın Baş nazirinin sabiq müavini, Xalq yazıçısı Elçin Əfəndiyevin qızıdır. O, əvvəlcə Bülbül adına Musiqi məktəbini bitirib, daha sonra Azərbaycan Tibb İnstitutunda təhsil alıb. 2004-cü ildə Azərbaycanın İstanbuldakı konsulluğunda işə qəbul edilib və bununla da Günay Əfəndiyevanın diplomat karyerası başlayıb. G.Əfəndiyeva 4 il (2004-2008) Azərbaycan Respublikasının İstanbuldakı konsulluğunda mədəniyyət məsələləri üzrə müşavir vəzifəsində çalışıb. O, daha sonra Azərbaycana qayıdıb və 2022-ci ilədək Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti olub.

Pərvanə Vəliyeva da ictimaiyyət üçün yeni simadır. Onun namizədliyi 35 saylı Xətai Üçüncü Seçki Dairəsindən irəli sürülüb və açıqlanan ilkin nəticələrə görə, 72.8 faiz səs toplayıb.

1990-cı il təvəllüdlü Pərvanə Vəliyeva 2007-ci ildə qəbul imtahanı üzrə 667.50 bal toplayaraq Prezident təqaüdünə layiq görülüb. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati İdarəetmə fakültəsinin Menecement ixtisası üzrə təhsil alıb. Seçkiyə qədər ictimai birlik sədri olub və eyni zamanda COP-29 Təşkilat Komitəsinin üzvüdür.

44 saylı Sumqayıt Üçüncü Seçki Dairəsindən namizədliyi irəli sürülən Mehriban Vəliyeva ictimaiyyət üçün tanış sima olsa da, bu, onun deputat kimi ilk sınağı olacaq. O, seçicilərin 36.5 faizininin etimadını qazanıb. 

M.Vəliyeva bir müddət əvvəl Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsindən azad edilərək Məktəbəqədər və Ümumi Təhsil Agentliyinin direktor müavini təyin edilmişdi.

45 saylı Sumqayıt Dördüncü Seçki Dairəsinin lideri isə Səbinə Salmanovadır.

O da yeni simadır və daha öncə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin Siyasi partiyalarla iş sektorunun müdiri vəzifəsində çalışıb.

YAP tərəfindən namizədliyi irəli sürülən Elnarə Akimova da 46 saylı Sumqayıt Beşinci Seçki Dairəsində liderdir.

Filologiya elmləri doktoru olan E.Akimova Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. İlkin nəticələrə görə, o, seçicilərin 62.8 faizinin etimadını qazanıb.

48 saylı Abşeron Birinci Seçki Dairəsindən isə Nigar Məmmədova liderdir.

O, namizədliyi irəli sürənədək Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru vəzifəsində çalışıb. Seçkilərdə 61.6 faiz səs toplayıb.

65 saylı Salyan-Biləsuvar-Neftçala Seçki Dairəsinin lideri Günay Ağamalı isə sabiq millət vəkili Fəzail Ağamalının qızıdır.

O, atasının sədri olduğu Ana Vətən Partiyasında Qadınlar Şurasının sədridir. Günay Ağamalıyeva həm də özəl bağçalardan birinə rəhbərlik etməsi ilə daha öncə gündəmə gəlmişdi.

İlkin nəticələrə görə, 70 saylı Neftçala seçki dairəsinin lideri Tənzilə Rüstəmxanlı da ilk dəfə parlamentə deputat kimi getməyə çox yaxındır.

O, sabiq millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlının həyat yoldaşıdır.

Emin Səfərov







XƏBƏR LENTİ

19.09.2024 | 18:54
Ukrayna və Rusiya Azərbaycanın vasitəçiliyinə RAZIDIR

19.09.2024 | 18:51
Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

19.09.2024 | 18:49
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

19.09.2024 | 18:32
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”

19.09.2024 | 18:30
MEK oxucuları üçün videotəlimat hazırladı

19.09.2024 | 18:02
Prezident və oğlu Kəngərlidə bərpa işləri ilə tanış oldular - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 17:59
İlham Əliyev oğlu ilə birlikdə Ağdama getdi - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 16:53
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edildi

19.09.2024 | 16:51
Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür

19.09.2024 | 16:49
EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə jurnalistlər üçün seminar keçirilib

19.09.2024 | 16:29
Azərbaycanda məşhur taksi şirkəti cəzalandırıldı

19.09.2024 | 16:10
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub

19.09.2024 | 15:50
Prezident İlham Əliyev Xankəndidə

19.09.2024 | 15:40
Xankəndidə “Bulud” hotelinin açılışı oldu

19.09.2024 | 15:38
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

19.09.2024 | 15:32
“İmarət” stadionunun təməli qoyuldu

19.09.2024 | 15:29
Dini Komitənin sədri Şəhidlər məscidini ziyarət edib

19.09.2024 | 15:28
Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

19.09.2024 | 15:11
Hakan Fidan BRICS, Suriya, kibertəhlükəsizlik və soyuq müharibə BARƏDƏ

19.09.2024 | 15:07
Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç BÖLGƏ

19.09.2024 | 14:51
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

19.09.2024 | 14:27
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

19.09.2024 | 14:12
8 tüfəng polisə könüllü təhvil verildi

19.09.2024 | 14:02
Qayınanasının taleyini yaşayan gəlin, 40-a çata bilməyən ata-oğul

19.09.2024 | 14:01
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

19.09.2024 | 14:00
Sərhədi qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanıldı

19.09.2024 | 13:59
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19.09.2024 | 13:56
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

19.09.2024 | 13:02
Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

19.09.2024 | 12:58
Oğurladığı bank kartı ilə alış-veriş etdi

19.09.2024 | 12:57
“Kitab köşkü” – “AzerGold” QSC-dən daha bir maarifləndirici layihə-Fotolar

19.09.2024 | 12:43
Sabah Azərbaycanda iş günü deyil? - Rəsmi CAVAB

19.09.2024 | 12:40
Rəsmi Bakıdan İrəvana tutarlı CAVAB

19.09.2024 | 12:26
İcma dövlətləri Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıdışını dəstəkləməyə çağırıb

19.09.2024 | 12:25
Nazir: Türkiyədə terrorun kökünü kəsəcəyik

19.09.2024 | 12:20
Rusiyada qeyri-qanuni yaşayan miqrantlar : azərbaycanlılar ilk beşlikdədir...

19.09.2024 | 12:10
İlham Əliyevlə Heydər Əliyev Ağdamın Kəngərli kəndində

19.09.2024 | 12:00
Gələn il Azərbaycanda pensiya və maaşlar ARTA BİLƏR

19.09.2024 | 11:57
Vergidən şikayətlər 20 faiz azalıb

19.09.2024 | 11:55
Prezidentlə oğlu Ağdamda kəndin təməlini qoydu

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30