Kəlbəcərdə maşın aşdı - Ölən var
Kəlbəcərin Vəng kəndində avtomobil aşıb, ölən var.
Gununxeberi.az "Report"a istinadən məlumat verir ki, "VAZ-21099" markalı avtomobilin aşması nəticəsində 1979-cu il təvəllüdlü, tikinti şirkətlərinin birində işləyən Rəsul Quliyev hadisə yerində ölüb.
Digər sərnişin M.Nəcəfov müxtəlif bədən xəsarətləri alıb.
Hadisə yerinə Kəlbəcər rayon polis şöbəsinin əməkdaşları cəlb olunub, araşdırmalar davam etdirilir.