Qəbələdə günəş elektrik stansiyaları istifadəyə verildi - Fotolar

Image






Son illər ərzində Azərbaycanda uğurla aparılan “Yaşıl Enerji” siyasəti artıq sənaye müəssisələri və hətta fərdi evlərdə də tətbiq edilməyə başlanılıb. Belə ki, artıq hər bir elektrik enerjisi istehlakçısı bərpa olunan enerji mənbələri (BOEM) hesabına 150 kVt gücünə qədər şəxsi elektrik stansiyası quraraq aktiv istehlakçıya çevrilə bilər. Belə imkan Azərbaycan Nazirlər Kabinetinin 2023-cü il 28 avqust tarixli 346 saylı qərarına əsasən mümkündür.

“Gununxeberi.az ” xəbər verir ki, bununla da fəaliyyət növündən asılı olmayaraq hər bir müəssisə və fərdi ev sahibləri quraşdırdığı BOEM stansiyasından aldığı elektrik enerjisi hesabına həm daxili tələbatını ödəyə bilər, həm də artıq istehsal etdiyi elektrik enerjisini dövlətə satmaqla əlavə gəlir əldə edə bilərlər.

Ölkə ərazisində BOEM-lərdən istifadənin genişləndirilməsi, Azərbaycan dövlətinin apardığı “Yaşıl Enerji” siyasəti və bu il Bakı şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyasının (COP29) iqlim dəyişikliklərinin tənzimlənməsi istiqamətində atılan bir addımdır.

Bu gün Qəbələ rayonunda Savalan ərazisində istifadəyə verilən hər birinin gücü 150 kVt olmaqla 3 ədəd günəş elektrik stansiyasının təqdimatı keçirilib.

Stansiyanın tikintisi Azərbaycanın “SEES” MMC şirkəti tərəfindən yerinə yetirilib. Şirkət ölkə ərazisində həm sənaye müəssisələrində, həm də fərdi evlərdə günəş elektrik stansiyalarının quraşdırılması üzrə ixtisaslaşmış və son bir ildə bu cür layihələrin həyata keçirilməsində sifarişçilər üçün etibarlı tərəfdaşa çevrilib.

Təqdimatda çıxış edən “SEES” MMC-nin baş direktoru Vüqar Şahmuradovun sözlərinə görə, quraşdırılan avadanlıqlar dünya üzrə ən aparıcı istehsalçılardan alınır:

“Günəş panellərinə zavod tərəfindən 15 il, panellərin istehsal gücünə isə 30 il zəmanət verilir. Azərbaycanda bu günə olan mövcud tariflər üzrə hesablamalara əsasən quraşdırılacaq hər bir günəş elektrik stansiyası sərf ediləcək vəsaiti 3-5 il ərzində geri ödəyəcək və növbəti illərdə stansiya müəssisəyə və ya fərdi ev sahiblərinə əlavə qazanc mənbəyi kimi işləyəcəkdir. Nazirlər Kabinetinin 28.09.2023-cü il tarixli 346 saylı qərarı Azərbaycan vətəndaşları üçün əlavə gəlir imkanları ilə yanaşı, ekologiyanın yaxşılaşdırılması və paylayıcı şəbəkənin artıq yüklənməsinin qarşısını alır.

Belə ki, böyük günəş elektrik stansiyalarından fərqli olaraq paylanmış şəkildə qurulan kiçik stansiyalar yerli transformator məntəqələri vasitəsilə paylanılır və paylayıcı şəbəkədən ötürüləcək gücləri qismən əvəzləyir. Ekoloji göstəricilərə gəldikdə isə Savalanda qurduğumuz ümumi gücü 450 kVt olan günəş elektrik stansiyaları 1 ay ərzində 55 000 kVt/saat “yaşıl” elektrik enerjisi istehsal edib ki, bu da atmosferə atılan 45 ton karbon emissiyasının azaldılması və ya 3 mindən çox ağacın əkilməsi deməkdir”.

















XƏBƏR LENTİ

19.09.2024 | 18:54
Ukrayna və Rusiya Azərbaycanın vasitəçiliyinə RAZIDIR

19.09.2024 | 18:51
Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

19.09.2024 | 18:49
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

19.09.2024 | 18:32
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”

19.09.2024 | 18:30
MEK oxucuları üçün videotəlimat hazırladı

19.09.2024 | 18:02
Prezident və oğlu Kəngərlidə bərpa işləri ilə tanış oldular - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 17:59
İlham Əliyev oğlu ilə birlikdə Ağdama getdi - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 16:53
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edildi

19.09.2024 | 16:51
Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür

19.09.2024 | 16:49
EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə jurnalistlər üçün seminar keçirilib

19.09.2024 | 16:29
Azərbaycanda məşhur taksi şirkəti cəzalandırıldı

19.09.2024 | 16:10
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub

19.09.2024 | 15:50
Prezident İlham Əliyev Xankəndidə

19.09.2024 | 15:40
Xankəndidə “Bulud” hotelinin açılışı oldu

19.09.2024 | 15:38
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

19.09.2024 | 15:32
“İmarət” stadionunun təməli qoyuldu

19.09.2024 | 15:29
Dini Komitənin sədri Şəhidlər məscidini ziyarət edib

19.09.2024 | 15:28
Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

19.09.2024 | 15:11
Hakan Fidan BRICS, Suriya, kibertəhlükəsizlik və soyuq müharibə BARƏDƏ

19.09.2024 | 15:07
Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç BÖLGƏ

19.09.2024 | 14:51
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

19.09.2024 | 14:27
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

19.09.2024 | 14:12
8 tüfəng polisə könüllü təhvil verildi

19.09.2024 | 14:02
Qayınanasının taleyini yaşayan gəlin, 40-a çata bilməyən ata-oğul

19.09.2024 | 14:01
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

19.09.2024 | 14:00
Sərhədi qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanıldı

19.09.2024 | 13:59
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19.09.2024 | 13:56
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

19.09.2024 | 13:02
Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

19.09.2024 | 12:58
Oğurladığı bank kartı ilə alış-veriş etdi

19.09.2024 | 12:57
“Kitab köşkü” – “AzerGold” QSC-dən daha bir maarifləndirici layihə-Fotolar

19.09.2024 | 12:43
Sabah Azərbaycanda iş günü deyil? - Rəsmi CAVAB

19.09.2024 | 12:40
Rəsmi Bakıdan İrəvana tutarlı CAVAB

19.09.2024 | 12:26
İcma dövlətləri Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıdışını dəstəkləməyə çağırıb

19.09.2024 | 12:25
Nazir: Türkiyədə terrorun kökünü kəsəcəyik

19.09.2024 | 12:20
Rusiyada qeyri-qanuni yaşayan miqrantlar : azərbaycanlılar ilk beşlikdədir...

19.09.2024 | 12:10
İlham Əliyevlə Heydər Əliyev Ağdamın Kəngərli kəndində

19.09.2024 | 12:00
Gələn il Azərbaycanda pensiya və maaşlar ARTA BİLƏR

19.09.2024 | 11:57
Vergidən şikayətlər 20 faiz azalıb

19.09.2024 | 11:55
Prezidentlə oğlu Ağdamda kəndin təməlini qoydu

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30