"Bir həftə əvvəl də toplamışdıq bu yerləri. Təəssüf, çox təəssüf, yenə də nə qədər torba doldurduq, kimlərinsə hara gəldi atdığı zibillərlə".
"Gununxeberi/az " xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova "Facebook" sosial şəbəkə hesabında paylaşım edib. O, ətraf ərazilərə tullantı atılmasının qarşısını almaq məqsədilə çağırış edib:
"İstirahət etdikdən sonra tullantıları dəniz sahilində atıb gedənlər baxıb utanacaqlarmı, görəsən?
Bir az, azacıq məsuliyyət hissi olsa, bəlkə... sürücü içdiyi suyun qabını yola atmaz, dondurma yeyən böyük-balaca onun kağızını yerə atmaz, istirahətə gələn yediyini-içdiyini yerə atmaz... Atmaz da atmaz, amma atırıq ki, atırıq. Əfsus…
Tullantıları ətrafa atmamağı adətə çevirməliyik. Hamımız..." - deyə o qeyd edib.