“Əcəmi”dəki bu obyektlərlə bağlı tədbir görüldü
[media=][media=]Paytaxtın Nəsimi rayonunda “Memar Əcəmi” metrostansiyasının yaxınlığında ictimai iaşə obyektlərində sakinləri narahat edən hallarla bağlı polis əməkdaşları tərəfindən tədbirlər görülüb.
Bu barədə “Qafqazinfo”ya DİN-in Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, həmin ərazidə mövcud olan sanitar-epidemioloji vəziyyət, ictimai iaşə obyektlərinin yol verdiyi məişət səs-küyü və digər neqativ hallarla bağlı təkcə son 1 ay ərzində 9 müxtəlif məzmunda profilaktik tədbir keçirilib.
Bildirilib ki, buna baxmayaraq hələ də bəzi obyektlərdə sakinləri narahat edən halların qarşının alınması məqsədi ilə vətəndaşların müraciətləri dərhal nəzarətə götürülüb.
Qeyd edək ki, daha öncə sakinlər sözügedən ərazidə çay evi adı altında fəaliyyət göstərən iaşə obyektlərinin əxlaqsızlıq yuvası kimi istifadə olunmasından şikayət edirdilər.
[media=]
[media=]