41 saylı Gəncə - Samux - Goranboy seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Müşfiq Cəfərovun Çobanabdallı kənd məktəbində seçicilərlə sonuncu görüşü baş tutub.-Fotolar
1 sentyabrda Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat və təşviqat kampaniyası çərçivəsində bu gün 41 saylı Gəncə - Samux - Goranboy seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Müşfiq Cəfərovun Çobanabdallı kənd məktəbində seçicilərlə sonuncu görüşü baş tutub. Görüşdən əvvəl kənd məktəbinin həyətində kəndin şəhidlərinin xatirəsinə ucadılmış abidə ziyarət olunub, önünə gül dəstələri düzülüb.
Tədbirdə Yeni Azərbaycan Partiyasının fəalları deputatlığa namizəd Müşfiq Cəfərov və partiyanın seçki kampaniyası barədə vətəndaşlara məlumat verib. Çobanabdallı kənd məktəbinin direktoru Arzu Kərimov tədbir iştirakçılarına namizəd Müşfiq Cəfərovun ötən parlament fəaliyyəti barədə geniş məlumat verib.
Deputatlığa namizəd Müşfiq Cəfərov ölkəmizin hərtərəfli inkişaf etməsindən və insanların rifah halının günbəgün yaxşılaşmasından bəhs edib. O, qeyd edib ki, Azərbaycan xalqı işıqlı və parlaq gələcək üçün doğru seçim edəcək.
Görüşdə çıxış edən vətəndaşlar Müşfiq Cəfərovun əvvəlki deputatlıq fəaliyyətindən xəbərdar olduqlarını və 1 sentyabr növbədənkənar parlament seçkilərində seçicilərin YAP - ın layiqli namizədi Müşfiq Cəfərova yekdilliklə səs verəcəklərini qeyd ediblər