Şəhid ailələri ilə bugünkü görüş qəlbimdə dərin izlər buraxdı - Deputatlığa namizəd
Əziz şəhidlərimizin valideynləri və ailə üzvləri ilə bugünkü görüş də qəlbimdə dərin izlər buraxdı.
Bu sözləri Modern.az-a 15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizəd Ülvi Quliyev deyib.
Ü.Quliyev bildirib ki, şəhid ana və atalarının mərd duruşu, qürurlu baxışları unudulmazdır. Onların hər birinin qarşısında baş əyir, sidq ürəkdən gələn xeyir-dualarına görə bir daha təşəkkür edirəm. Uca Allahdan bütün şəhidlərimizə rəhmət, doğmalarına və xalqımıza səbr, qazilərimizə şəfa və uzun ömür diləyirəm.