Şahin Sərdarlının təşviqat kampaniyası izdihamla yekunlaşdı - Fotolar
88 Saylı Şamaxı Seçki Dairəsindən deputatlığa namizəd Sərdarlı Şahin Rövşən oğlunun təbliğat-təşviqat kampaniyası izdihamla yekunlaşıb.
“Guunxeberı.az ” xəbər verir ki, gənc namizədin Şamaxının Mədəniyyət Mərkəzində seçicilərlə sonuncu görüşü baş tutub.
Dövlət himni ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbirdə seçicilər çıxış edərək gənc namizədə dəstəklərini ifadə ediblər.
Qeyd edək ki, Ş.Sərdarlı 12 aprel 1997-ci ildə Şamaxı rayonunun Meysəri kəndində anadan olub. 2014-cü ildə şəhid əmisi Aslan Sərdar oğlu Şirinov adına Şamaxı rayon Meysəri kənd tam orta məktəbini bitirib və Bakı Slavyan Universitetinin “Beynəlxalq münasibətlər” ixtisasına qəbul olub. 2017-ci ildə Azərbaycan Dillər Universitetinin “Regionşünaslıq” ixtisasına transfer olunub, 2020-ci ildə məzun olub. Həmçinin İstanbul Esenyurt Universitetinin bir sıra təlim və inkişaf proqramlarını başa vurub.
O, bir sıra tanınmış media orqanlarında müxbir, redaktor vəzifələrində çalışıb. Bakı Slavyan Universitetinin, ADU-nun İctimaiyyətlə əlaqələr şöbəsində Mətbuat xidmətində fəaliyyət göstərib. ADU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, ADU-nun Tələbələrlə İş və Tədbirlərin təşkili şöbəsinin müdiri vəzifələrində çalışıb.
Hərbi xidmətini Vətən müharibəsi dönəmində Şuşa şəhərində başa vurub.
Ş. Sərdarlı 2021-ci ildən Karyera və İşə Hazırlıq Mərkəzi MMC-ni təsis edib, hazırda direktor vəzifəsində çalışır.Qafqazınfo.az