59 saylı Quba seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Əlibala Məhərrəmzadə şəhid ailələri ilə görüşüb
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 59 saylı Quba seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Əlibala Məhərrəmzadə şəhid ailələri ilə görüşüb.
Deputatlığa namizəd Əlibala Məhərrəmzadə YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova ilə birlikdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhid Aqil Məlikov, şəhid Mehti Murtuzov və şəhid Orxan Balayevin ailələrini ziyarət edib.Yap.org