59 saylı Quba seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Əlibala Məhərrəmzadənin Quba rayonunun Qorxmazoba kəndindən olan seçicilərlə görüşü keçirilib
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 59 saylı Quba seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Əlibala Məhərrəmzadənin Quba rayonunun Qorxmazoba kəndindən olan seçicilərlə görüşü keçirilib.
Qeyd edək ki, həmin gün deputatlığa namizəd Ə.Məhərrəmzadə YAP Quba rayon təşkilatının sədri F.Hüseynova ilə birlikdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlər Səlim Sultan oğlu Sultanovun, Ümid İlqar oğlu Həsənovun və Nurdəddin Nüsrəttin oğlu Rzayevin ailələrini ziyarət ediblər.
Şəhidlərin xatirəsinə ucaldılan Abidə kompleksinin önünə gül dəstələri qoyulub, Vətənin qəhrəman övladlarının xatirəsi ehtiramla yad edilib