Partiyalar parlament seçkilərinə niyə blokla getmədilər? - Səbəblər AÇIQLANDI

Image

Parlament seçkilərinə artıq bir gün qalıb. Seçkilərdə 26 siyasi partiyadan 25-i yarışır. Lakin bu təşkilatlardan  yalnız hakim Yeni Azərbaycan Partiyası (YAP) bütün seçki dairələrindən namizəd irəli sürüb. Digər partiyaların irəli sürdükləri namizədlərin ümumi sayı YAP-ın namizəd sayından aşağıdır.

Maraqlıdır, siyasi partiyalar blok şəklində seçkilərə qatıla bilərdimi?

Gununxeberi.az bu məsələ ilə bağlı siyasi partiyalar arasında sorğu keçirib. 


Böyük Quruluş Partiyasının 26 saylı Sabunçu birinci seçki dairəsindən namizədi Fazil Mustafa blok halında seçkilərdə iştirak etməmələrinin səbəbini belə izah edib:

"Partiya olsaq da, seçkidə bir nəfərlə iştirak edirik. Açığı digər namizədlərin hansısa dairədən seçilməsi real deyildi. Ona görə də belə qərar verildi ki, seçkilərdə təklikdə iştirak edək və partiyanın bütün resurslarını da bir dairəyə yönəldək. Əsas məsələ parlamentdə təmsil olunmaqdır”.
 

Böyük Azərbaycan Partiyasının sədri, 10 saylı Binəqədi üçüncü seçki dairəsindən namizəd Elşad Musayev isə vurğulayıb ki, blok halında seçkilərə getmək üçün şərait yoxdur:
 

"Blok halında seçkiyə getmək vacib şərt deyil. Siyasi partiyaların seçkilərə blok halında getməsi üçün tarixi şərait olur. Siyasi partiyaların ideoloji yönümləri eyni olmalıdır. Azərbaycanda elə siyasi partiya rəhbərləri var ki, onlar  partiyalarının ideoloji yönümünü bilmirlər. Dəfələrlə, müxtəlif birliklərdə olmuşuq. Vəziyyəti çox yaxşı bilirik. Ona görə hesab edirik ki, bu seçkilərə ayrıca getməliyik. Bundan sonrakı hədəfimiz Azərbaycandakı siyasi partiyalar arasında ilk üçlükdə olmaqdır".


AĞ Partiya sədri, 21 saylı Nəsimi seçki dairəsindən namizəd Tural Abbaslı partiyasının seçkilərə bloklar şəklində getməyinin hələ tez olduğunu düşünür:
 

"Onsuz da belə təşəbbüslər olmamışdı. Heç kəs bizə seçkilərə birgə, blok şəklində getməklə bağlı müraciət etməmişdi. Ayrı-ayrı dairələrdə bizim bəzi siyasi müttəfiqlətimiz var. Biz onları dəstəklədik və dəstəkləyirik də. Funksional əməkdaşlıq oldu. Hələ siyasi münasibətlər formalaşsın, növbəti seçkilərdə siyasi blok kimi məsələlər həllini tapar. Hələlik elə bir mühit təəssüf ki, yoxdur".
 

Müsavat Partiyasının sədr müavini, partiyanın 21 saylı Nəsimi seçki dairəsindən namizədi Gülağa Aslanlı vurğulayıb ki, seçkiyə blok halında getmək barədə onlara hər hansı təklif olmayıb.


REAL Partiyasının icraçı katibi Natiq Cəfərli öncədən də hansısa partiyalarla blok qurmaq fikirlərinin olmadığını söyləyib:
 

"Bunu doğru saymırıq.Çünki blok ideoloji olmalıdır. Prinsiplərimizi, proqram sənədlərimizi  öncədən elan etmişik. Biz bunu partiyamızın səhifəsində də paylaşmışdıq. Bildirmişdik ki, kim bu tezisləri dəstəkləyirsə, müraciət edə bilər. Koalisiyalar dəyərlər üzərində birləşəndə uğurlu olur. Ona görə də bizim belə bir təşəbbüsümüz olmayıb. Güclü kampaniya apardıqdan sonra namizədlərin hər birinin qalib gəlmə şanslarının yüksək olduğunu düşünürük".
 

Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli isə sualımıza belə cavab verib:
 

"Əslində, seçkilərə blok şəklində qatılmaq ideyası vardı. Bununla bağlı biz qeyri-rəsmi şəkildə bir neçə partiya sədri ilə danışıqlar aparmışdıq. Prinsip bundan ibarət idi ki, blokda elə partiyalar təmsil olunsun ki, biz Milli Məclisdə fraksiya yarada bilək. Bunun üçün isə 25 nəfər deputatın olması tələb edilir. Çox təəssüf ki,  başladığımız bu xoş missiyanı sonradan başa çatdıra bilmədik. Fraksiyanın olması parlament haqqında daha yaxşı imic də formalaşdıra bilərdi və onun ətrafında yaranmiş mənfi imici də dağıda bilərdi. Ümid edək ki, indiki halda da müxalif partiyalardan parlamentə seçilən deputatların sayı fraksiya yaratmaq imkanı verəcək"








XƏBƏR LENTİ

19.09.2024 | 22:15
Ağdamın Xıdırlı kəndindən FOTOLAR

19.09.2024 | 22:12
Leyla Əliyeva növbəti abad həyətin açılışında - Fotolar

19.09.2024 | 22:09
“İmarət”in azarkeş tutumu nə qədər olacaq?

19.09.2024 | 22:07
Bu da “Aghdam City Hotel” - Fotolar

19.09.2024 | 22:06
Prezidentin bir günü... - Fotolar

19.09.2024 | 19:56
Baş Prokurorluq vətəndaşın iddialarına cavab verdi

19.09.2024 | 19:55
Prezident Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış oldu

19.09.2024 | 19:53
Prezident Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunda aparılan işlərlə tanış oldu - YENİLƏNİB

19.09.2024 | 19:50
Şuşada Bayraq Meydanının açılışı oldu

19.09.2024 | 19:47
Bu küçədə hərəkət qismən məhdudlaşdırılacaq

19.09.2024 | 19:46
Musiqimizin doğulduğu ev... - Video

19.09.2024 | 19:40
Muxtar Babayev Masahiro İmai ilə görüşdü

19.09.2024 | 18:54
Ukrayna və Rusiya Azərbaycanın vasitəçiliyinə RAZIDIR

19.09.2024 | 18:51
Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

19.09.2024 | 18:49
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

19.09.2024 | 18:32
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”

19.09.2024 | 18:30
MEK oxucuları üçün videotəlimat hazırladı

19.09.2024 | 18:02
Prezident və oğlu Kəngərlidə bərpa işləri ilə tanış oldular - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 17:59
İlham Əliyev oğlu ilə birlikdə Ağdama getdi - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 16:53
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edildi

19.09.2024 | 16:51
Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür

19.09.2024 | 16:49
EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə jurnalistlər üçün seminar keçirilib

19.09.2024 | 16:29
Azərbaycanda məşhur taksi şirkəti cəzalandırıldı

19.09.2024 | 16:10
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub

19.09.2024 | 15:50
Prezident İlham Əliyev Xankəndidə

19.09.2024 | 15:40
Xankəndidə “Bulud” hotelinin açılışı oldu

19.09.2024 | 15:38
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

19.09.2024 | 15:32
“İmarət” stadionunun təməli qoyuldu

19.09.2024 | 15:29
Dini Komitənin sədri Şəhidlər məscidini ziyarət edib

19.09.2024 | 15:28
Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

19.09.2024 | 15:11
Hakan Fidan BRICS, Suriya, kibertəhlükəsizlik və soyuq müharibə BARƏDƏ

19.09.2024 | 15:07
Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç BÖLGƏ

19.09.2024 | 14:51
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

19.09.2024 | 14:27
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

19.09.2024 | 14:12
8 tüfəng polisə könüllü təhvil verildi

19.09.2024 | 14:02
Qayınanasının taleyini yaşayan gəlin, 40-a çata bilməyən ata-oğul

19.09.2024 | 14:01
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

19.09.2024 | 14:00
Sərhədi qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanıldı

19.09.2024 | 13:59
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19.09.2024 | 13:56
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30