Bakıda güclü yanğın başlayıb
Bakının Suraxanı rayonunda güclü yanğın başlayıb.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Hadisə ilə əlaqədar FHN-in Mətbuat xidmətindən bildirilib ki, Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu ərazisində obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Əlavə məlumat veriləcək.