Bütövləşən, yeni Azərbaycan Heydər Əliyev siyasətinin təntənəsidir

Image

Ölkəmizin həyatında əhəmiyyətli rol oynayacaq 1 sentyabr-növbədənkənar parlament seçkilərinə bir gün qalır. Hər bir Azərbaycan vətəndaşı üçün qürurvericidir ki, bu parlament seçkiləri müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə edir. Seçkilərin növbədənkənar keçirilməsini şərtləndirən mühüm amil də məhz ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsidir. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz növbəti zəfərlərə yol açdı. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, qalibiyyət rəmzi olan üçrəngli Bayrağımız işğaldan azad edilən bütün torpaqlarımızda dalğalanır. Azad Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir, mərhələ-mərhələ sakinlərinə qovuşur. Bu gün bu torpaqlarımız xoş ovqatda parlament seçkilərinə hazırlaşır. Soydaşlarımız parlamentdə onları təmsil edəcək deputatlara öz doğma yurd-yuvalarında səs verəcəklər.

Yeni dövrə qədəm qoyan Azərbaycanın qarşısında yeni imkanlar yaranır. Dövlət başçısı İlham Əliyevin bu çağırışını xüsusi qeyd etmək istərdik ki, yeni dövrün yeni hədəfləri olmalıdır. Qeyd edək ki, bu ilin əvvəlində növbədənkənar prezident seçkilərinin keçirilməsi, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin inamlı qələbəsi ilə yeni dövrə uğurla başladıq. Dövlətimizin başçısı İlham Əliyev son 20 ildə verdiyi vədlərin hamısının yerinə yetirildiyini böyük inam və qürur hissi ilə qeyd edərək yeni dövrün hədəflərini açıqladı. Bir daha vurğuladı ki, biz yeni  dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq, mən buna şübhə etmirəm: “Çünki son illərin tarixi onu göstərir ki, qarşıya qoyduğumuz bütün vəzifələr icra edildi. Əlbəttə ki, bütöv Azərbaycan bu dövrə qədəm qoymuş, bütövləşmiş birlik nümayiş etdirmiş, o cümlədən bu seçkilərdə böyük birlik nümayiş etdirmiş xalq böyük uğurlara imza atacaq. Mənim buna şübhəm yoxdur. Azərbaycan cəmiyyətində hökm sürən çox müsbət ab-hava bizi daha da gücləndirir. Güclü Azərbaycan bizim həmişə hədəfimiz olub. Əgər güclü Azərbaycan qurmasaydıq, əgər kimdənsə istər siyasi, istər iqtisadi sahədə asılı olmuş olsaydıq, heç vaxt biz ərazi bütövlüyümüzü bərpa edə bilməzdik.”

Azərbaycanın hər bir uğuru Heydər Əliyev siyasətinin təntənəsidir. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından başlanan inkişaf, tərəqqi yolu bugünkü reallıqlarımızın əsasıdır. Son 20 ildən artıq dövrdə Prezident İlham Əliyev Azərbaycanı möhkəm təməl üzərində daha da inkişaf etdirərək ən yüksək zirvələri fəth etdirir.

Qeyd etdiyimiz kimi, xalqımız parlament seçkilərinə hazırlaşır. Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rola malik olan, cənab İlham Əliyevin böyük inamla qeyd etdiyi kimi, bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində dayanacaq Yeni Azərbaycan Partiyası seçkilərə “Yeni dövrə yeni Azərbaycanla” şüarı ilə qatılaraq  seçki platforması ilə ölkəmizin bu illər ərzində qazandığı uğurları və onların əsasında müəyyənləşdirilən hədəfləri xalqa çatdırır. Hər bir hədəf uğurların başlanğıcıdır. Azərbaycan ardıcıl şəkildə hədəflərə doğru inamla irəliləyir, əldə etdiyi uğurlarla kifayətlənmir, daim irəli baxır. Bu, ölkəmizin yeniliyə, təkmilləşməyə böyük önəm verməsinin nümayişidir.




Seçkilərin hər bir mərhələsinin demokratikliyini, şəffaflığını təmin etmək üçün bütün zəruru addımlar atılıb. Bütün namizədlər üçün bərabər şərait yaradılıb.  Seçkilərdə 25 siyasi partiyanın təmsilçilərinin iştirakı demokratiyanın göstəricilərindən biridir. Bu statistik rəqəmlər də seçkilərin Azərbaycanın demokratik inkişaf tarixinə növbəti uğur səhifəsini yazması üçün atılan addımların tərkib hissəsidir. Belə ki, parlament seçkilərini müşahidə etmək üçün 50 beynəlxalq qurumdan və 69 ölkədən 604 nəfər akkreditə olunub. Həmçinin  seçkiləri müşahidə etmək üçün 25 siyasi partiyanın 65 minə yaxın müşahidəçisi qeydə alınıb. Həmçinin seçkilərdə 991 namizəd mübarizə aparacaq.    

Parlament seçkilərinə hazırlıq prosesinin təbliğat mərhələsi uğurla başa çatır. Keçirilən görüşlərdə seçici fəallığının yüksək səviyyədə olması diqqətdən kənarda qalmadı.  Dövlətimizin həyata keçirdiyi siyasətə, Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu, hazırda cənab İlham Əliyevin uğurla inkişaf etdirdiyi Yeni Azərbayca Partiyasına inam olduqca böyükdür. Qalib, bütövləşən, yeni Azərbaycanın uğurları gələcəyə daha böyük inamla addımlamağa stimul verir. Bu gün Azərbaycana hansı sahədən baxsaq təcrübəsinin nümunə olduğunu görərik. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən  Prezident İlham Əliyev yeniliyi özündə əks etdirən siyasəti, təkmil islahatları ilə Azərbaycanın sabitlik diyarı kimi nüfuzun artırdı, dayanıqlı iqtisadi inkişafını, xarici siyasət istiqamətində yeni üfüqlərin açılmasını təmin etdi, əhalinin rifahının daha da yaxşılaşdırılması istiqamətində atdığı addımları ilə ölkəmizin sosial dövlət kimi mövqeyini möhkəmləndirdi, görülən tədbirlər nəticəsində Azərbaycan Ordusunun gücü daha da artırılaraq dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşdı,  Qarabağ münaqişəsinin tarixin arxivinə qovuşması təmin edilərək Böyük Qayıdış  Proqramının ardıcıl olaraq və zamanında həyata keçirilməsinə imkanlar yaratdı. Hazırda Laçın, Füzuli, Xocalı, Şuşa şəhərləri, Ağalı, Talış, Zabux və Sus kəndləri sakinlərinə qovuşub. Yaxın günlərdə Xankəndi və Cəbrayıl şəhərlərinə köç başlayacaq. Tarixi Zəfərimizdən ötən 4 ilə yaxın dövr müstəqillik tariximizə yazılan möhtəşəm uğurlarla zəngindir. 30 il bu günün həsrəti ilə yaşadıq. Amma xalqımız heç zaman ümidini itirmədi. Hər bir ölkənin inkişafında əsas faktor olan güclü Lider və düşünülmüş siyasət Azərbaycanın timsalında dünyaya təqdim edilir. Ümummilli Lider Heydər Əliyevin liderlik qabiliyyəti, zəngin idarəçilik təcrübəsi Azərbaycanın müstəqilliyini daimi və dönməz etdisə, Müzəffər Ali Baş Komandan İlham Əliyev adını tariximizə torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazdırdı.

Bu günümüzün əsas çağırışı yeni dövrün hədəflərini gerçəkləşdirməkdir.  Birliyimiz, həmrəyliyimiz, həyata keçirilən siyasətə, Yeni Azərbaycan Partiyasına böyük etimad bu hədəflərə də yüksək səviyyədə nail olacağımıza əsas verir. Bunun üçün 1 sentyabr tarixində seçki məntəqələrinə gəlib layiqli namizədlərə səs verməyimiz əsas çağırışdır.   

Mahir Süleymanlı

56 saylı Şabran-Xaçmaz seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizəd







XƏBƏR LENTİ

19.09.2024 | 22:15
Ağdamın Xıdırlı kəndindən FOTOLAR

19.09.2024 | 22:12
Leyla Əliyeva növbəti abad həyətin açılışında - Fotolar

19.09.2024 | 22:09
“İmarət”in azarkeş tutumu nə qədər olacaq?

19.09.2024 | 22:07
Bu da “Aghdam City Hotel” - Fotolar

19.09.2024 | 22:06
Prezidentin bir günü... - Fotolar

19.09.2024 | 19:56
Baş Prokurorluq vətəndaşın iddialarına cavab verdi

19.09.2024 | 19:55
Prezident Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış oldu

19.09.2024 | 19:53
Prezident Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunda aparılan işlərlə tanış oldu - YENİLƏNİB

19.09.2024 | 19:50
Şuşada Bayraq Meydanının açılışı oldu

19.09.2024 | 19:47
Bu küçədə hərəkət qismən məhdudlaşdırılacaq

19.09.2024 | 19:46
Musiqimizin doğulduğu ev... - Video

19.09.2024 | 19:40
Muxtar Babayev Masahiro İmai ilə görüşdü

19.09.2024 | 18:54
Ukrayna və Rusiya Azərbaycanın vasitəçiliyinə RAZIDIR

19.09.2024 | 18:51
Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

19.09.2024 | 18:49
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

19.09.2024 | 18:32
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”

19.09.2024 | 18:30
MEK oxucuları üçün videotəlimat hazırladı

19.09.2024 | 18:02
Prezident və oğlu Kəngərlidə bərpa işləri ilə tanış oldular - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 17:59
İlham Əliyev oğlu ilə birlikdə Ağdama getdi - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 16:53
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edildi

19.09.2024 | 16:51
Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür

19.09.2024 | 16:49
EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə jurnalistlər üçün seminar keçirilib

19.09.2024 | 16:29
Azərbaycanda məşhur taksi şirkəti cəzalandırıldı

19.09.2024 | 16:10
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub

19.09.2024 | 15:50
Prezident İlham Əliyev Xankəndidə

19.09.2024 | 15:40
Xankəndidə “Bulud” hotelinin açılışı oldu

19.09.2024 | 15:38
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

19.09.2024 | 15:32
“İmarət” stadionunun təməli qoyuldu

19.09.2024 | 15:29
Dini Komitənin sədri Şəhidlər məscidini ziyarət edib

19.09.2024 | 15:28
Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

19.09.2024 | 15:11
Hakan Fidan BRICS, Suriya, kibertəhlükəsizlik və soyuq müharibə BARƏDƏ

19.09.2024 | 15:07
Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç BÖLGƏ

19.09.2024 | 14:51
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

19.09.2024 | 14:27
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

19.09.2024 | 14:12
8 tüfəng polisə könüllü təhvil verildi

19.09.2024 | 14:02
Qayınanasının taleyini yaşayan gəlin, 40-a çata bilməyən ata-oğul

19.09.2024 | 14:01
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

19.09.2024 | 14:00
Sərhədi qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanıldı

19.09.2024 | 13:59
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19.09.2024 | 13:56
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30