Zabrat sakinləri ən layiqli namizədə səs verəcək!
Zabrat sakinləri ən layiqli namizədə səs verəcək!
Bu gün Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən seçgi qərargahında, 29 saylı Sabunçu dördüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Azər Allahverənovla görüşümüz baş tutdu. Görüş cox səmimi kecdi . Azər müəllim qeyd etdi ki, 2024-cü il sentyabr 1-də keçiriləcək VII Çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində 29 saylı Sabunçu dördüncü seçki dairəsindən Zabrat qəsəbəsində yaşayan seçicilərlə görüşləri , sakinlər tərəfindən rəgbətlə qarşılanıb və uğurla davam etdirir. Görüşümüzdə Azər müəllim qeyd etdi ki, seçicilər tərəfindən secilərəmsə qarşıda planlarımız ,lahiəllərimiz var ki, qəsəbənin problemlərinin həllinə nail olmaqla yanaşı vətəndaş məmnunluğu yaratmaqdır. Onu qeyd edim ki, Azər müəllimin qısa zamanda qəsəbə sakinlərinin rəğbətinin qazanmasının şahidi oldum . Öz növbəmizdə biz də "Günün Xəbərləri " qəzeti və "Gununxeberi.az " sayıti redaksiyası adından bu məsuliyyətli və şərəfli yolda Azər müəllimə uğurlar arzulayırıq!
Gununxeberi.az