41 saylı Gəncə Samux Goranboy seçki dairəsinin Yeni azərbaycan Partiyasının deputatlığa namizədi Müşfiq Cəfərovun Samux rayonunda şəhid ailələri ilə görüşü baş tutub-Fotolar
41 saylı Gəncə Samux Goranboy seçki dairəsinin Yeni azərbaycan Partiyasının deputatlığa namizədi Müşfiq Cəfərovun Samux rayonunda şəhid ailələri ilə görüşü baş tutub. Görüş ilk öncə Samux rayon, torpaqlarımız uğrunda canını fəda edən qəhrəman şəhidlərin məzarlarının ziyarəti ilə baş tutub. Sonra Samux rayon Yeni Azərbaycan Partiyasının Akt zalında şəhid ailələrinə yeni namizəd Müşfiq Cəfərovun təqdimatı olub. Tədbirdə Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının sədri Gündüz Bayramov , 101 saylı Samux-Şəmkir seçki dairəsindən deputatlığa namizəd Mübariz Qurbanlı, Samux rayon qazilər və müharibə veteranları cəmiyyətinin sədri və şəhid ailələri çıxış edib.