Xalq Zəfər partiyasını seçir!
Xalq Zəfər partiyasını seçir!
Azərbaycan Respublikasının Milli Məclisinə sentyabrın 1-də keçiriləcək seçkilərlə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyasının 41 saylı Gəncə - Samux – Goranboy seçki dairəsinin deputatlığa namizədi Müşfiq Cəfərov kəndbəkənd, məhələ məhələ görüşlərinə davam edir. Namizəd bu dəfə Samux rayon Tatlı, Zazalı Alıuşağı, Qiyaslı kənd sakinləriylə bir araya gəlib. Görüşdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Deputatlığa namizəd Müşfiq Cəfərov sakinləri maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparıb, seçki platforması barədə məlumat verib.O qeyd edinki, Yeni Azərbaycan Partiyası seçkilərə yüksək səviyyədə hazırlaşıb. Görüşdə çıxış edən kənd sakinləri bildirib ki,YAP-a xalqın inamı və etimadı böyükdür. Bu seçkilərdə də xalq partiyaya, həyata keçirilən uğurlu siyasətə dəstəyini öz seçimiylə təsdiqləyəcək.
Görüşə gələn seçicilər onları maraqlandıran və narahat edən məsələlərə dair suallarla çıxış edib, konkret problemlərlə bağlı deputatlığa namizədə məlumatlar verib. Müşfiq Cəfərov seçici aktivliyiylə bağlı sakinlərə öz təşəkkürüne bildirib.Yap.org
Gununxeberi.az