17 saylı Yasamal III seçki dairəsindən deputatlığa namizəd Ülvi Quliyev seçicilərlə görüşüb (fotosessiya)

Image



17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa bitərəf namizəd Ülvi Quliyev oktyabrın 29-da seçicilərlə görüşüb. Havanın soyuq olmasına baxmayaraq deputatlığa namizədin görüşünə yüzlərlə seçici toplaşıb.

Ülvi Quliyevin vəkili Şahin Quliyev deputatlığa namizədin keçdiyi həyat yolu haqda seçicilərə məlumat verib. Vəkil deyib ki, Ülvi Quliyev 2005-ci ildə seçiclərin böyük əksəriyyətinin etimadını qazanaraq deputat seçilib: “Onun seçicilərin qayğısına necə qaldığını seçicilərindən soruşa bilərsiniz”.

Sonra deputatlığa namizəd Ülvi Quliyev seçicilər qarşısında çıxış edib. Onunla görüşə gəldiklərinə görə seçicilərə təşəkkürünü bildirən deputatlığa namizəd onları 7 noyabr səsvermə günü fəal olmağa çağırıb:

“Demirəm ki, mənə səs verin. Ürəyiniz istəyən, etimadınızı  doğruldacaq namizədə səs verin. Bəzi namizədlər seçicilər qarşısında fantastik vədlər verirlər. Mən belə vədlər verməkdən uzağam. Təbii ki, mən etimadınızı qazanaraq sizlərin deputatı olmaq istəyirəm. Əgər mənə səs verərsəniz sizi Milli Məclisdə layiqincə təmsil edəcəm. Hər birinizin qarşılaşdığı çətinliyə öz problemim kimi yanaşacam.

Hazırda Milli Məclisin deputatıyam. Seçicilərə yalan vədlər verib sonra onu yerinə yetirməməyi qəbul etmirəm. Onu deyə bilərəm ki, bütün gücümü sərf edərək deputat səlahiyyətləri çərçivəsində problemlərinizin həllinə çalışacam. Bu problemlərin həlli əl-ələ verərək birgə fəaliyyət göstərməyimizdən keçir. Azərbaycanın bugünkü inkişafı hamımızın gözü qarşısındadır. Təbii ki, bir vətəndaş olaraq hazırkı inkişaf və uğurlar bizləri çox sevindirir. Ancaq problemlərin olmadığını da iddia etmirik. Söz verirəm ki, sizin xidmətinizdə olacam. Hər bir seçicimə hörmətlə yanaşacam. Nə zaman istəsəniz bizimlə görüşə biləcəksiz”

17 saylı Yasamal üçüncü seçki dairəsindən 14 namizədin olduğunu qeyd edən Ülvi Quliyev bildirib ki, onların bir çoxu şantajla, böhtanla məşğuldur, ədalətli, şəffaf və qanunvericiliyə uyğun təbliğat aparmırlar:
“Mən ad çəkmək istəmirəm. Görünür rəqib güclü olanda onlar başqa yol tapa bilmirlər. Mən isə bu üsullardan tam uzağam. Təbliğat-təşviqat kampaniyası dövründə bir çox görüşlər keçirmişəm. Bu dairədən olan insanların hörmətini, rəğbətini görmüşəm. İnsanların belə münasibəti məndə deputat seçiləcəyimə tam əminlik yaradır. Sizlərin bugünkü görüşə belə fəallıq göstərməyiniz də bunu təsdiqləyir, bir daha mənə səs verəcəyinizə inam yaradır.

Hörmətli seçicilər, ötən seçkilərdə kifayət qədər fəallıq göstərmisiniz. Ancaq 2005-2010-cu illərdə sizləri Milli Məclisdə təmsil edən olmayıb. Bu isə ötən 5 il ərzində müəyyən problemlərin həllində mənfi rol oynayıb. Amma mən Ülvi Quliyev olaraq həmin problemləri həll etməyə, üzərimə düşən vəzifəni layiqincə yerinə yetirməyə hazıram”.

Görüşdə çıxış edən xalq artisti Ramiz Əzizbəyli bildirib ki, Ülvi Quıliyev barədə geniş danışmağa ehtiyac yoxdur:
“Onu nəinki bu dairənin sakinləri, bütün Azərbaycan xalqı tanıyır. Bəzi namizədlər seçicilərə saysız vədlər verirlər, ancaq sonradan bunu unudurlar. Ülvi Quliyev isə az danışıb çox iş görən insanlardandır. Bir sənət adamı kimi sizləri Ülvi Quliyevə səs verməyə çağırıram. Ülvi Quliyev Azərbaycan həqiqətlərini dünyaya çatdıran əsl vətəndaşdır”.

Şəhid anası Ceyran xanım deyib ki, Ülvi Quliyev şəhid ailələrinin, kimsəzizlərin həmişə dayağı olub: “Biz həmişə onun qayğısını görmüşük. Ona görə də hər birinizi qayğıkeş insana səs verməyə çağırıram”.

Tanınmış idmançı, 17 saylı dairənin seçicisi Tahir İbrahimov deyib ki, Ülvi Quliyevi çoxdan tanıyır və o, hamını bu namizədə səs verməyə çağırıb.

Sonda Ü.Quliyev seçiciləri dinləyib, onların problemləri ilə maraqlanıb.






















XƏBƏR LENTİ

19.09.2024 | 22:15
Ağdamın Xıdırlı kəndindən FOTOLAR

19.09.2024 | 22:12
Leyla Əliyeva növbəti abad həyətin açılışında - Fotolar

19.09.2024 | 22:09
“İmarət”in azarkeş tutumu nə qədər olacaq?

19.09.2024 | 22:07
Bu da “Aghdam City Hotel” - Fotolar

19.09.2024 | 22:06
Prezidentin bir günü... - Fotolar

19.09.2024 | 19:56
Baş Prokurorluq vətəndaşın iddialarına cavab verdi

19.09.2024 | 19:55
Prezident Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış oldu

19.09.2024 | 19:53
Prezident Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunda aparılan işlərlə tanış oldu - YENİLƏNİB

19.09.2024 | 19:50
Şuşada Bayraq Meydanının açılışı oldu

19.09.2024 | 19:47
Bu küçədə hərəkət qismən məhdudlaşdırılacaq

19.09.2024 | 19:46
Musiqimizin doğulduğu ev... - Video

19.09.2024 | 19:40
Muxtar Babayev Masahiro İmai ilə görüşdü

19.09.2024 | 18:54
Ukrayna və Rusiya Azərbaycanın vasitəçiliyinə RAZIDIR

19.09.2024 | 18:51
Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

19.09.2024 | 18:49
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

19.09.2024 | 18:32
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”

19.09.2024 | 18:30
MEK oxucuları üçün videotəlimat hazırladı

19.09.2024 | 18:02
Prezident və oğlu Kəngərlidə bərpa işləri ilə tanış oldular - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 17:59
İlham Əliyev oğlu ilə birlikdə Ağdama getdi - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 16:53
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edildi

19.09.2024 | 16:51
Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür

19.09.2024 | 16:49
EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə jurnalistlər üçün seminar keçirilib

19.09.2024 | 16:29
Azərbaycanda məşhur taksi şirkəti cəzalandırıldı

19.09.2024 | 16:10
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub

19.09.2024 | 15:50
Prezident İlham Əliyev Xankəndidə

19.09.2024 | 15:40
Xankəndidə “Bulud” hotelinin açılışı oldu

19.09.2024 | 15:38
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

19.09.2024 | 15:32
“İmarət” stadionunun təməli qoyuldu

19.09.2024 | 15:29
Dini Komitənin sədri Şəhidlər məscidini ziyarət edib

19.09.2024 | 15:28
Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

19.09.2024 | 15:11
Hakan Fidan BRICS, Suriya, kibertəhlükəsizlik və soyuq müharibə BARƏDƏ

19.09.2024 | 15:07
Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç BÖLGƏ

19.09.2024 | 14:51
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

19.09.2024 | 14:27
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

19.09.2024 | 14:12
8 tüfəng polisə könüllü təhvil verildi

19.09.2024 | 14:02
Qayınanasının taleyini yaşayan gəlin, 40-a çata bilməyən ata-oğul

19.09.2024 | 14:01
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

19.09.2024 | 14:00
Sərhədi qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanıldı

19.09.2024 | 13:59
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19.09.2024 | 13:56
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30