Türkiyə 5 ildən sonra bu iclasa dəvət edildi
Türkiyənin xarici işlər naziri Hakan Fidan Avropa İttifaqının (Aİ) dəvəti əsasında Brüsseldə Aİ-nin XİN rəhbərlərinin qeyri-rəsmi iclasında iştirak edəcək.
“Gununxeberı.az ” xəbər verir ki, bu barədə məlumatı “TRT Haber” yayıb.
Bildirilir ki, Türkiyə 5 illik fasilədən sonra sözügedən iclasa dəvət edilib. İclas zamanı hazırda gündəmdə olan beynəlxalq mövzuların müzakirə ediləcəyi gözlənilir.
Hakan Fidan, həmçinin Brüsseldə ikitərəfli görüşlər də keçirəcək.