Jalə Əliyevanin seçicilərlə görüşləri davam edir
Jalə Əliyeva : Bu gün Zərdab rayonunun Körpükənd kəndində iki qəhrəman oğlumuz - şəhid Turan Muradovun və şəhid İlkin Ağayevin evini ziyarət etdik. Hər iki ailədə çay süfrəsi arxasında söhbət etdik, ailənin ehtiyacları ilə maraqlandıq.
Sonra Körpükənd, Bıçaqçı, Yuxarı Seyidlər və Sileyli kəndlərinin seçiciləriylə görüşümüz oldu. Təxminən 200-ə yaxın seçicinin iştirak etdiyi görüşdə kənd ağsaqqallarının xeyir-duasını aldıq. Kənd camaatının təkliflərini, istəklərini dinlədik.
Bu görüşümüz də daha əvvəlkilər kimi, çox səmimi, pozitiv bir şəraitdə keçdi. Görüş iştirakçıları 1 sentyabrda inandıqları, fəaliyyətinə yüksək qiymət verdikləri Jalə Əliyevaya səs verəcəklərini bildirdilər.
Sonra Gödəkqobu kəndinə gəldik. Burada həm Gödəkqobulularla, həm də Məmmədqasımlı, Yarməmmədbağı, Lələağacı kəndlərindən olan seçicilərlə görüşdük. Görülən işlər, həllini gözləyən məsələlər haqqında fikir mübadiləsi apardıq. Yenə də, digər görüşlərimizdə qarşılaşdığımız qonaqpərvərlik və mehriban, səmimi münasibətlə bizi əhatə etdilər. Tək seçimlərinin Jalə Əliyeva olduğunu bildirdilər.
Dəyərli seçicilərimə etimadlarına və doğma münasibətə görə minnətdaram.
Görüşdən sonra Gödəkqobulularla şəhid Taleh Əliyevin ailəsini ziyarət etdik, adına ucaldılmış bulaq kompleksin qarşısında bütün şəhidlərimizin ruhuna dualar oxuduq.
Gununxeberi.az