Tahir Mirkişilinin seçicilərilə görüşləri davam edir
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 43 saylı Sumqayıt ikinci seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Tahir Mirkişilinin seçicilərilə görüşləri davam edir.
Gunnxeberi.az xəbər verir ki, Tahir Mirkişilinin görüşlərindən biri YAP Sumqayıt şəhər təşkilatının qərargahında şəhərdə fəaliyyət göstərən Sahibkarlarla baş tutub. Görüdə seçki təbliğatı ilə yanaşı iqtisadi inkişafımızda sahibkarlığın inkişafı, qanunvercilik aktlarında mövcud çətinliklər və onların aradan qaldırılması yollarını müzakirə edilib. O sahibkarları seçkidə aktiv iştirak etməyə çağırıb.
Tahir Mirkişilinin şəhid ailələri və qazilər, müharibə veteranları ilə görüşləri yalnız seçki təbliğatı məqsədi daşımır. Burada əsas missiya belə görüşləri mütəmadi etmək, onlarla bir yerdə səmimi və açıq müzakirələr aparmaqla məsələlərin həllinə çalışmaqdır.
Səmimi keçən görüşlərin hər birində seçicilər də öz təkliflərini səsləndirdiblər, problemlərini dilə gətiribilər.Yap.org